Sizin Reklam Burada
Xəbər lenti
03-12-2024
02-12-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət bütün sahələri maliyyələşdirə bilməz – Nazir

Tarix: 20-11-2024 14:29     Baxış: 333 A- / A+

“Bütün istiqamətlərə vəsaitin ayrılması mümkün deyil”.
Manevr.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Ölkəmizin tarixində bu səviyyədə xərclər büdcəsi olmayıb. 2021-ci illə müqayisədə növbəti il üçün təklif olunan dövlət büdcəsinin xərclər səviyyəsi, 50% artım deməkdir. Bu, kifayət qədər qısa müddət ərzində təsirli addımdır. Şübhəsiz ki, bütün istiqamətlərə vəsaitin ayrılması imkanımız olsa, dövlət bunu edərdi. Dünyanın ən varlı dövlətlərində də bu mümkün deyil. Ona görə çalışırıq ki, bütün istiqamətlərə imkan daxilində büdcə layihəsi təqdim edilsin.
İdmana da kifayət qədər vəsait ayrılıb. Növbəti ildə MDB-yə daxil olan dövlətlərin idman yarışları da keçiriləcək. Buna da xüsusi vəsait ayrılıb. Son illər ərzində idmana vəsait ayrılması baş verir. Dövlət bütün sahələri maliyyələşdirə bilməz”, – deyə S.Şərifov bildirib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar