Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Meyxanaçı Xəyyam üçün toplanan pulun aqibəti necə olacaq? - AÇIQLAMA

Tarix: 03-12-2024 14:45     Baxış: 3100 A- / A+

Meyxanaçı Namiq Qaraçuxurlu ötən gecə dünyasını dəyişən həmkarı Xəyyam Əhmədlinin əməmliyyatına dəstək olmaq istəyən şəxsdən danışıb.
Manevr.az xəbər verir ki, axşam.az-a açıqlama verən Namiq Qaraçuxurlu bildirib ki, Xəyyamı Rusiyaya aparmağa hazırlaşsalar da, alınmayıb:
"Meyxanaçılar Xəyyam üçün 70 min manatdan çox pul toplamışdı. Amma onun əməliyyatını etdirmək istəyən şəxs dedi ki, bütün pulu özüm ödəyəcəyəm. Həmin şəxs onu Moskvada əməliyyat etdirmək istəyirdi. Xəyyam isə bildirdi ki, Belarusiyada həkim tapıb və oranı istəyir. Xərci çəkən adam da dedi ki, harada istəyirsiniz etdirin, mən məbləği ödəyəcəyəm. Hətta yolxərcini də öz üzərinə götürmüşdü. Düzdür, onun xarici ölkəyə aparılması riskli idi. Hələ bir il əvvəl Xəyyam reanimasiyaya yerləşdiriləndə həkimlər bildirmişdi ki, gedin dəfnə hazırlaşın. Onun bir il yaşaması möcüzə idi".
N.Qaraçuxurlu Xəyyam üçün meyxanaçıların topladığı məbləğin aqibətindən danışıb:
"Həmin məbləğ ailəsinə veriləcək. Onlar nə məsləhət bilərlər edərlər. Mən öz və Xəyyamın ailəsinin adından bütün meyxanaçılara, ona dəstək olanlara təşəkkür edirəm".
Qeyd edək ki, Xəyyam uzun sürən xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar