Sizin Reklam Burada
Xəbər lenti
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Coşqun Xəliloğlu deyir "Dənizə daş atmayın"

Tarix: 03-12-2024 18:17     Baxış: 4118 A- / A+
CoşqunLU XƏLİLOĞLU


DƏNİZƏ DAŞ ATMAYIN
(Neftçi oğlunun dilindən)

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 2015-ci ilin 4 dekabr tarixində baş
vermiş yanğın hadisəsində həlak olmuş və itkin düşmüş neftçilərin əziz xatirəsinə ithaf
edirəm.

Dənizə daş atmayın,
O daş atama dəyər,
Atam Xəzərdə batıb,
Bunu bilmirsiz, məgər?

Sevinclə, gülərüzlə,
Yollanmışdı işinə,
Körpəyəm, nə söyləyim,
Fələyin gərdişinə.

Gedən gün məni öpüb ,
Kişi, darıxma, dedi,
Ananın sözünə bax,
Heç vaxt, karıxma, dedi.

Mən də qucaqlayaraq
Öpdüm, onun üzündən,
Fərəh, sevinc yağırdı
Bu vaxt onun gözündən.

Getdi, həmişəki tək,
Xəzərin qucağına,
Bir daha qayıtmadı
Öz doğma ocağına.

Xəzər coşmuşdu yaman,
Külək qəzəblə əsir.
Qəfil qopmuşdu tufan,
Dalğalar əjdaha, şir...

Od-alov bircə anda
Bürümüşdü dörd yanı,
Elə bil, yuxudaydım,
Bəs mənim atam hanı?

Zəhmətkeş idi atam,
Gecə-gündüz çalışdı,
Xəzəri çox sevirdi,
Xəzərə də qarışdı.

Dənizə daş atmayın,
O daş atama dəyər,
Atam Xəzərdə batıb
Bunu bilmirsiz, məgər?

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar