Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti: “Babam qardaşının “göbək kəsdisi”ni qaçırıb”

Tarix: 04-12-2024 11:48     Baxış: 427 A- / A+



Xalq artisti Qurban İsmayılov uşaqlıq illəri və ailəsi ilə bağlı maraqlı açıqlamalar verib.
Manevr.az xəbər verir ki, bu barədə aktyor jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində danışıb.
Obrazlarından söz açan sənətçi əslində onların aqressiv olmadığını söyləyib:
"Mən belə görmüşəm ki, səhv edəndə üstümə qışqırıblar. Düşünürəm ki, biz bunu etməklə uşağımıza xeyir edirik, qışqırırıq ki, uşaq başa düşsün ki, olmaz. Bu addım o dərəcədə düz deyil ki, mən qışqırıram, dəhşətə gəlirəm, həyəcanlanıram. Bəlkə də başqa ssenaridə bunu daha yumşaq ifadə edən ata-babaya rast gəlsəm, onu elə oynayaram. Kiçik qardaşım məndən bir yaş balacadır. Babam onun adını öz adına yaraşdırıb qoyub. Deməli, nənəm anadan olanda onu babamın qardaşına "göbək kəsdi" ediblər. Babam da gedib, böyüyüb, sonra 35-40 yaşında kəndə qayıdıb, görüb ki, nənəm nə qəşəngdir! Baxmayıb ki, qardaşının "göbəkkəsməsi"dir. Nənəm də deyir, mən kuklayla oynayırdım, məni təndirə qoydu ki, burada gözlə, səni aparacam. Axşam da qaçırdıb. Babamın qardaşı acıq edib, kənddən gedib, ölənə kimi bir-birilərini danışdırmayıblar, görüşməyiblər. Onun adı nə olsa, yaxşıdır? Qurban. Qardaşını danışdırmayıb, lakin onun adını mənə qoyub. Bəlkə də babam istəyib ki, o gəlsin, hərəsi 80 il yaşayıb. Sonradan eşitdik ki, babamın qardaşı Əlibayramlıda bərbər  kimi çalışıb. Qızı da bizi tapdı, onda babam rəhmətə getmişdi, gəldi-getdi. Sonradan bilmədim, qohumluq alınmadı. Babam balaca qardaşımı çox istəyirdi. Onunla həyətdə nəsə işləyirdilər, məni çağırırdılar, tez nənəmə deyirdim ki, bunlar məni işə çağırır. Nənəm də deyirdi ki, ona dəyməyin, mənə dəymirdilər. Ona görə babamın məndən çox xoşu gəlmirdi. Ölümündən əvvəl beyninə soyuq olmuşdu, onda bir dəfə mənə xoş söz dedi. Ayağını yuyanda dedi ki, Qurban, sənə qurban olum.
Bu, mənim qulağımdadır. Yadıma düşəndə pis oluram. Mən də onlardan aqressiya görmüşəm. Aqressiya düşmən kimi deyil ki, o onun oğludur, hökmlü olurdular. Mən isə övladlarımla dost kimiyəm. On yaşlı övladım var, deyirlər ki, ərköyün böyüdürsən.  Ona heç nə deyə bilmirəm. Belə qışqırıram, görürəm ki, dediyimi etmir. Məsələn, deyirəm dərs oxu, yarım saat keçir, deyirəm nə oldu? Qayıdır ki, bir dəqiqə. Oyun oynayır axı. Gedirəm, 1 saat sonra gəlirəm ki, yenə həmin şeydir".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar