Xəbər lenti
"Sabir Rüstəmxanlının şeirləri ciddi ədəbiyyatla əlaqəsizdir"
Emil Rasimoğlu
Əgər mövzu şəxsən Sabir Rüstəmxanlı və ədəbiyyatdırsa o zaman yaxın gəlin, bir — iki kəlmə sözüm var.
Əvvəla, onu deyim ki, Sabir Rüstəmxanlı da daxil olmaqla “demokratam” deyib, söz və düşüncə azadlığına qarşı hər məqamda, hər addımbaşı aqressivlik göstərən qəribə bir toplum formalaşıb. Bu tendensiyadan xilas olmaq lazımdır...
Bəs, harada qaldı demokratiya, ay azadlıq carçıları?
Qayıdım, Sabir Rüstəmxanlı və ədəbiyyat mövzusuna...
Bilirsiniz, əksəriyyət hələ də ciddi ədəbiyyatın mahiyyət etibarı ilə özünəməxsus xüsusiyyətlərə, prinsiplərə malik olmasını qəbul etmir... edə bilmir... etmək istəmir!
... Bir adam izah etsin görüm, Sabir Rüstəmxanlının bir dövrlər azadlıq hərəkatındakı xidmətlərinin yazdığı şeirlərin bədii mahiyyətinə verilən şərhlə nə əlaqəsi?
Sənəti yarada bilməyibsə ədəbi müstəvidə müəllifə bəraət yoxdur...
... Elə ki, sənət prinsiplərdən yola çıxıb, məsələn, yazırsan ki, Sabir Rüstəmxanlının şeirləri ciddi ədəbiyyatla əlaqəsizdir, o saat o tərəfdən birisi başlayır mətləbdən kənar şəkildə özünü pafosla “öldürməyə” ki, bəs, niyə elə deyirsən, Sabir Rüstəmxanlı xalq hərakatında olub, Turançı olub, millətçi olub və.s...
Ay əzizim, bu amillər heç vaxt sənətkarlığın göstəricisi olmayıb... olmur... ola da bilməz!
Ədəbiyyat bir ayrı ilahi — idraki — fövqəl NƏSNƏdir...
...Yeri gəlmişkən onu da qeyd edim ki, Sabir Rüstəmxanlının şeirləri ilə bağlı fikirlərimi bir neçə dəfə ifadə etmişəm. Söz düşmüşkən, qısaca bir daha deyim ki, o şeirlərin mahiyyətində müəllifin SPESİFİK YARDICI POTENSİALı, ədəbi hadisəni ortaya qoyacaq novatorluğu, ciddi mətn çalarları dayanmır. Yalnız, populizm... sentimental, publisistik — kütləvi fikirlərin texniki səsləşməsi... və emosional nəzm! Məhz bu detallardan ibarətdir. Vəssalam!
Hər kəsə uğurlar…
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar