Xəbər lenti
Ata beşaylıq qızını faciəvi şəkildə öldürdü
Rusiyanın Moskva şəhərində ata 5 aylıq qızını döyərək öldürüb.
Bu barədə “Radio1” məlumat yayıb.
Moskva yaxınlığındakı Lyubertsı şəhərində baş verən hadisənin detalları araşdırılıb və məlum olub ki, ata doğma qızını ağladığı üçün döyüb.
Ölən uşağın hər iki valideyni miqrantdır. Onun anası Ukraynadan, atası isə Tacikistandandır.
İlkin məlumata görə, ana mağazaya gedib, bu vaxt uşaq ayılıb və ağlamağa başlayıb.
Körpənin ağlamağına əsəbiləşən ata onun baş və bədən nahiyəsini təpikləyib. Ana evə qayıdanda təcili tibbi yardıma müraciət etsə də, azyaşlının aldığı xəsarətlərdən hadisə yerində keçindiyi məlum olub.
Ata, 26 yaşlı Murodjon saxlanılıb. Dindirilmə zamanı o, hüquq-mühafizə orqanının əməkdaşlarına qızını öldürdüyünü etiraf edib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 2-ci hissəsinin “c” bəndinin 105-ci maddəsi ilə (yetkinlik yaşına çatmayan uşağın öldürülməsi) cinayət işi başlanıb. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar