Sizin Reklam Burada
Xəbər lenti
13-11-2024
12-11-2024
BÜTÜN XƏBƏRLƏR

Burada insanlar 100 ildən çox yaşayır - "Mavi Zona"nın uzunömürlülük sirri

Tarix: 12-11-2024 13:55     Baxış: 434 A- / A+
Burada insanlar 100 ildən çox yaşayır -
Sardiniya, insanların çoxunun 100 il və ya daha çox yaşaya biləcəyi dünyanın nadir Mavi Zonalarından birinin evidir.

BAKU.WS "Ekspress" nəşrinə istinadən xəbər verir yazır ki, zona İtaliyadakı adalardan birində insanların qeyri-adi uzunömürlülüklə əlaqəli olan genetik "qəribəlik" ilə yaşadığı kənddən ibarətdir.

Qeyd olunur ki, Oqliastra, Barbagia di Ollolai və Barbagia di Seulo kimi mavi zona ərazilərində bəzi yerli sakinlər təkcə genlərinə görə deyil, həm də həyat tərzi vərdişlərinə görə belə qocalmış yaşa qədər yaşaya bilirlər.

Sardiniyalıların yemək süfrələrində bazar günləri və ya xüsusi tədbirlər üçün ayrıldığı qeyd edilən ətdən çox meyvə və tərəvəz, eləcə də tam taxıl çörəyi və lobya üstünlük təşkil edir.


Sardiniyalılar ailəni prioritet təşkil edir və ailə dəyərləri hər bir ailə üzvünün ehtiyac duyduğu qayğını almasını təmin edir.

Bundan əlavə, belə uzunömürlülüyü nənə və babaların nəvələrinə göstərdikləri sevgi, qayğı və müdrikliklə əlaqələndirmək olar.

"Gündə bir-iki stəkan qırmızı şərab içmək də bir fayda hesab olunur, keçi südü də iltihablı xəstəliklərdən qorunmağa kömək edə bilər. Dostlar və ailə ilə əylənmək də stressi və ürək xəstəliyi riskini azaldır", -deyə məlumatda qeyd olunur.

Ekspress əlavə edib ki, Sardiniyadan başqa dünyada daha dörd mavi zona var, yəni Yaponiyada Okinava adaları, Kosta Rikada Nikoya yarımadası, Yunanıstanda İkariya və Kaliforniyada Loma Linda bölgələri.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar