Sizin Reklam Burada
Xəbər lenti
13-11-2024
12-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ədalət Partiyası Tovuz şəhərində Qarabağ müharibəsi əlil və veteranları ilə görüş keçirib -FOTO

Tarix: 11-11-2024 21:04     Baxış: 3155 A- / A+





Ədalət partiyasının təmsilçiləri Tovuz şəhərində veteranlarla görüş keçirib.
Partiyadan Manevr.az-a verilən məlumata görə, öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra partiyanın sədr müavini Vüsalə Dadaşova Ədalət Partiyasının sədri, siyasi-ictimai xadim, prof. İlyas İsmayılovun tədbir iştirakçılarına salamlarını çatdırıb, onları Zəfər Bayramı münasibəti ilə təbrik edib, rayon veteranları, əlil və ağsaqqallarına partiyanın 8 Noyabr Zəfər Bayramı ilə bağlı bəyanatını səsləndirib.
Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyi Tovuz şöbəsi və Qarabag Əlillərinə Qaygı İctimai Birliyi  Tovuz filialının sədri Etibar Vəliyev çıxışında Vüsalə Dadaşovanı hələ Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il deputat seçki kampaniyasından tanıdıqlarını və göstərdiyi qayğı və xidmətlərə görə onu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin fəxri üzvü seçdiklərini və Azərbaycan Respublikasının Milli Ordusunun 100 illiyi ilə bağlı təsis olunmuş “Milli Ordu – 100” medalı ilə təltif etdiklərini bildirib və ona veteranları daima diqqətində saxladığı, mütəmadi görüşlərinə gəldiyi üçün minnətdarlıq edib.
Tədbirdə Qarabağ və Tovuz rayonu uğrunda mübarizə aparan 1-ci Qarabağ müharibəsi veteranlarının mövcud problemlərindən bəhs olunub və Prezident İlham Əliyevin müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında və keyfiyyətli həllinə nail olunması, hər cür diqqət və qayğı ilə əhatə olunması, tibbi sığorta və güzəştli vergi və mənzil imtiyazları ilə təmin olunması istiqamətində  təyin etdiyi və apardığı siyasət çərçivəsində Vətən Müharibəsi veteranları ilə yanaşı, 1-ci Qarabağ Müharibəsi veteranlarının  da lazımınca yararlanmaları üçün partiya rəhbərliyindən , onların da mümkün imkan və mexanizmləri ilə köməklik göstərmələri xahiş olunub.  

Tədbirdə həmçinin  partiyanın rəhbərliyi tərəfindən  fəaliyyətləri istiqamətində dövlətçilik ənənələrinin qorunmasının prioritet olduğu bildirilib, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi probremlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, və onlarla əməkdaşlığı, qarşılıqlı əlaqələri möhkəmləndirmək məqsədilə bu cür  görüşlərin mütəmadi təşkil olunmasına çalışılacağı vurğulanıb. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Manevr.az








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar