Xəbər lenti
Ordumuzun ilk hərbi hissəsinin komandiri VƏFAT ETDİ - Şəkil
1991-ci ildə yaradılan Azərbaycanın ilk hərbi hissəsi olan 701 saylı hərbi hissənin komandiri olmuş veteran hərbçi Valeh Rəfiyev vəfat edib.
Ehtiyatda olan polkovnik-leytenant xəstəlik səbəbindən dünyasını dəyişib. O bu gün Qax rayonunun Qarabaldır kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, 701 saylı hissə 1991-ci il oktyabrın 9-da Şıx qəsəbəsində Sovet ordusuna məxsus 18110 saylı hərbi hissədə yaradılıb.
Valeh Rəfiyevin rəhbərliyi altında fəaliyyət göstərən briqada könüllülərdən təşkil edilib və Daşaltı əməliyyatında, Şuşanın kəndlərinin, Xocalının, Kəlbəcərin müdafiəsində, 1992-ci ilin uğurlu yay kampaniyasında, eləcə də 1994-cü ildə Füzuli və Murovdağ istiqamətindəki hücum əməliyyatlarında iştirak edib.
1993-cü ilin aprelində Kəlbəcər işğal edilərkən bu hərbi hissənin qüvvələri dağınıq şəkildə rayonu tərk etmişdi. sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İdman
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar