Sizin Reklam Burada
Xəbər lenti
13-11-2024
12-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həmin qadınların saçlarını kəsdilər, lüt şəhəri gəzdirdilər - Fransa tarixinin daha bir rəzil hadisəsi

Tarix: 11-11-2024 08:53     Baxış: 337 A- / A+
Məşhur ingilis yazıçısı Uilyam Tekkerey müharibə haqqında deyib: “Müharibə qadınlara və kişilərə eyni dərəcədə təsir göstərir: sadəcə kişilərin qanını, qadınların isə göz yaşlarını axıdır…”.

Müharibə bəşəriyyətin ən böyük lənətidir və həm qalib, həm də məğlub tərəf müxtəlif formada da olsa bu lənəti ödəyir.

Rəsmi statistikalara görə, təkcə II Dünya müharibəsində cəbhələrdə 10 milyonlarla əsgər, əsirliklərdə, ölüm düşərgələrində 27 milyon hərbi xidmətçi, 25 milyon dinc sakin həyatını itirib. Bunlar müharibənin canlı itkiləridir, mənəvi-psixoloji itkiləri isə statistikaya daxil etmək mümkün deyil. 
f4cf2bb8-58d2-458f-90d5-afa0ee2af78d.jpg (65 KB)
Müharibənin gedişində Fransa nasistlər tərəfindən işğal olunur. Bu işğal orta hesabla 4 il davam edir. 4 ildən sonra Fransa müttəfiqləri tərəfindən azad edilir. Ərazisi düşmən tərəfindən işğal olunan, özü-özünü azad edə bilməyən Fransa höküməti yenə ənənəvi üsula əl atır- ən zəif və zərif üzərində güc nümayişi göstərir. Fransanı idarə edən Vişi höküməti on minlərlə vətəndaşını dəlil və sübut olmadan vətən xaini elan edib ölüm düşərgələrinə göndərir. Vişi hökümətinin bu güc nümayişinin əsas qurbanı isə dinc qadınlar olur. 
e8a605b7-6359-439b-9fe0-0788af012c40.jpg (75 KB)
20 mindən artıq qadın alman əsgərləri ilə münasibət qurmaqda, övlad sahibi olmaqda, onlara dövlət sirrini verməkdə ittiham olunaraq olduqca alçaldıcı cəzayə məhkum olundular. Parisin küçələrində açıq havada bərbər masaları quruldu. İttiham etdikləri qadınları o masalara əyləşdirib kütlə önündə saçlarını qırxdılar. Hikkəsi soyumayan hökümət nümayəndələri saçları qırxılan qadınların sinələrinə və alınlarına nasistlərin simvolunu-svastika çəkdilər. Küçədə gəzdirilib nümayiş olunan qadınların paltararı soyundurulmuşdu. Sonra həmin qadınları kütlənin içində gəzdirməyə başladılar. Əhali onlara psixoloji və fiziki şiddət göstərirdi. Üzlərinə tüpürür, yumruq və şillə zərbələri vururdular. 
7ba261b7-c655-445a-8199-c054420ae15b.jpg (58 KB)
Bu qadınlara qarşı irəli sürülən ittihamların heç də hamısı sübüta yetirilməmişdi. Onlara özlərini müdafiə şansı da verilməmişdi. Hətta bəzilərinin həyat yoldaşı Fransa uğrunda döyüşlərdə həyatını itirmişdi. Kütlə içində döyülən çılpaq qadınların bəziləri  alman əsgərlərlə münasibətə məcbur edildiklərini, bunu qətiyyən öz iradələri ilə etmədiklərini hayqıra bilmişdilər. Bəziləri isə ailə başçılarını itirdikdək sonra həyatlarına davam edə bilmək üçün alman əsgərləri ilə münasibət qurduqlarını iddia etmişdilər. Amma məğlubiyyət hikkəsi Fransada hökümətinin qulaqlarını da bağlamışdı. Almaniyaya məğlubiyyət sənədini imzalatdırdığı vaqonda illər sonra öz təslimiyyətini imzalayan Fransa bu alçaldıcı münasibətin acığını qadınlardan və müdafiəsiz qəbilələrdən çıxa bildi. Qadınlar ömürlərinin sonuna kimi bu travma ilə ya yaşadılar, ya da yaşamadılar.
Öz vətəndaşına bunu edən dövlət başqa vətəndaşlara nələr etməz ki? musavat.com

Manevr.az 
 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar