Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Slovakiya ilə strateji tərəfdaşlıq bəyannaməsi münasibətlərdə yeni səhifə açacaq” – Millət vəkili

Tarix: 08-05-2024 10:32     Baxış: 386 A- / A+



“Azərbaycanla Slovakiya arasında münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz bir çox sahələrdə uğurlu əməkdaşlıq numunələrinə imza atıblar. Slovakiya Baş nazirinin Azərbaycana səfəri ilə iki ölkə arasında münasibətlər yeni mərhələyə keçir. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanması bunun əyani sübutudur. Strateji tərəfdaşlıq Bəyannaməsində qeyd olunan maddələr Azərbaycan-Slovakiya münasibətlərini daha da sıxlaşdıracaq, dövlətlərimizin maraqlarına cavab verəcək”.
Manevr.az xəbər verir ki, bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanat haqda fikirlərini bildirərkən söyləyib.
Millət vəkilinin sözlərinə görə Azərbaycanın tarixi Zəfərindən sonra bir çox dövlətlər ölkəmizlə hərbi sənaye sahəsində əməkdaşlığa can atırlar: “Azərbaycan ordusu istər 44 günlük Vətən müharibəsində, istərsə, antiterror əməliyyatı zamanı Ali Baş Komandanın rəhbərliyi ilə keçirdiyi uğurlu döyüş əməliyyatları ilə müasir hərb sənayesinin üstünlüklərini savaş meydanında praktik olaraq nümayiş etdirib. Bu baxımdan, Azərbaycanın uğurlu təcrübəsi, seçimləri bir çoxları üçün maraqlıdır. Slovakiya ilə imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlərin olması da bu məqsədə xidmət edir. Müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilib”.

Dost ölkələrin işğaldan azad edilmiş ərazilərin qurulmasında iştirak etdiyini xatırladan A.Məmmədov Slovakiyaya aid şirkətin də bu prosesə cəlb ediləcəyini bildirib: “”Cənab Prezident qeyd etdi ki, “əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”.
Avropanın enerji təchizatında Azərbaycanın xüsusi yerinin olduğunu deyən millət vəkilinin sözlərinə görə Slovakiya da Azərbaycan qazını alan dövlətlər cərgəsinə qoşula bilər: “Bunun üçün Azərbaycanın zəngin resursları və siyasi iradəsi mövcuddur”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar