Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Prokurorun öldüyü qəza ilə bağlı təfərrüatlar

Tarix: 08-05-2024 10:25     Baxış: 358 A- / A+

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb.

Manevr.az qafqazinfo-ya istinadla xəbər verir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

Bildirilib ki, hadisə dünən sübh vaxtı Bakı-Qazax magistralının 289.4-cü kilometrliyində baş verib. Müşfiq Abdullayev Gəncədəki evindən çıxaraq “Lexus” markalı 10 MA 133 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı istiqamətinə hərəkət edirmiş. Saat 06:15 radələrində avtomobil Yevlax rayonu ərazisində hərəkətdə olarkən onun idarəetməsindən çıxaraq aşıb. Nəticədə M.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin ehtimala görə, qəza prokurorun yuxulu olması səbəbindən baş verib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Müşfiq Abdullayev kənd təsərrüfatı nazirinin sabiq müavini, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun və Ağstafanın sabiq polis rəisi Elsevər Aslanovun bacısı oğludur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar