Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Tiranozavrlar primatlar qədər ağıllı deyilmiş - Yeni araşdırma

Tarix: 08-05-2024 09:17     Baxış: 375 A- / A+
Tiranozavrlar primatlar qədər ağıllı deyilmiş - Yeni araşdırma
Almaniyanın Heynrix Heqne Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu tiranozavrların intellektual qabiliyyətlərini tədqiq edib. Onların tapıntıları nəhəng yırtıcı kərtənkələnin primatlar qədər ağıllı olduğuna dair Braziliyadan olan nevroloqların əvvəlki fərziyyəsini təkzib edib. 
Manevr.az xəbər verir ki, tədqiqat "The Anatomical Record" (TAR) elmi jurnalında dərc olunub.
Uzun müddət nəsli kəsilmiş heyvanların beyin biologiyasını öyrənmək üçün zooloqlar endokastlardan - kəllə fosillərinin tökmələrindən istifadə ediblər. Onlar bizə kəllə sümüyünün nisbi ölçüsünü və bir vaxtlar orada olan toxuma nisbətini təxmin etməyə imkan verir.
Müasir alliqatorlarda və timsahlarda beyin kəllə boşluğunun yalnız 30%-ni tutur, quşlarda və məməlilərdə isə bu rəqəm 100%-ə yaxındır.
Əldə edilən məlumatlar əsasında alimlər hesablayıblar ki, tiranozavr reksinin beynində 250 milyondan 1,7 milyarda qədər neyron var bə bu da canlı timsahların neyronlarının sayına uyğundur.
Əvvəlki bir araşdırma, "Tyrannosaurus rex"in neyron sıxlığının 3,3 milyard olduğunu təxmin edib ki, bu da babunların beyninə bənzəyir. Komanda qeyd edib ki, braziliyalı həmkarları yırtıcı heyvanın beyninin bütün endokranial boşluğu tutduğunu irəli sürərək hesablama səhvinə yol veriblər.
Alimlər qeyd ediblər ki, onların nəticələri tiranozavrların axmaq olması demək deyil. Neyronların sayı və beyin ölçüsü heyvanlar arasında çox dəyişir, lakin bu, həmişə zəka ilə əlaqəli deyil. Məsələn, göyərçinlər kiçik beyinləri ilə meymunlar kimi saya bilirlər.
Tədqiqatçılar vurğulayıb ki, öz dövrləri üçün tiranozavrlar çox güman inkişaf etmiş yırtıcılar olublar.(Qaynarinfo)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar