Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstanda daha bir məmur arvadını döyməkdə ittiham olunur - Şəkillər

Tarix: 07-05-2024 22:27     Baxış: 364 A- / A+
Qazaxıstanın BƏƏ-dəki səfirinin müşaviri Saken Mamaşın arvadı Karina Mamaş bildirib ki, əri onu 10 il ərzində fiziki və cinsi zorakılığa məruz qoyub.

Qazaxıstanın Zorakılıq Qurbanlarına Yardım Fondu Karinanın ifadələri ilə video və yazışma dərc edib.

"Bəyan edirəm ki, 10 ildir zorakılığa məruz qalmışam... Mənə qarşı etdiyi bütün təhqirlərə görə ərimin diplomatik statusundan məhrum edilməsini və həbsə salınmasını istəyirəm. Fiziki, cinsi, emosional, iqtisadi, məişət, məişət zorakılığı", - diplomatın həyat yoldaşı bildirib.

Karina onu da qeyd edib ki, bir neçə gün əvvəl əri onu və BƏƏ-də onlara baş çəkməyə gələn böyük bacısını döyüb.

Bildirilir ki, hazırda diplomatın həyat yoldaşı xəstəxanada, uşaqları isə atalarının yanındadır.

"Biz qadının müdafiəsini və onun uşaqları ilə qovuşmasını tələb edirik. Biz onun təhlükəsizliyini və uşaqları ilə Qazaxıstana qayıtmasını istəyirik. Ərinin isə sistematik işgəncələrə və bütün səlahiyyətlərdən məhrum edilməsinə görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirik", - fondun açıqlamasında vurğulanıb.

Səfirin müşavirinin həyat yoldaşının açıqlamasından sonra Qazaxıstan Xarici İşlər Nazirliyi Mamaşı BƏƏ-dən geri çağırdığını açıqlayıb.

"Biz bu işçini təcili olaraq Qazaxıstana geri çağırırıq. Bundan sonra onun işi ilə hüquq-mühafizə orqanları məşğul olacaq", - deyə departamentin əməkdaşı Aibek Smadiyarov bildirib.

Qeyd edək ki, daha öncə Qazaxıstanın sabiq iqtisadiyyat naziri 43 yaşlı Kuandıq Bişimbayev həyat yoldaşı Səltənət Nukenovanı öldürməkdə təqsirləndirilərək həbs olunmuşdu. qafqazinfo

Manevr.az 


Whatsapp

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar