Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən varlı və yoxsul ölkələrinin SİYAHISI

Tarix: 07-05-2024 16:09     Baxış: 358 A- / A+


Dünyanın ən varlı və yoxsul ölkələrinin SİYAHISI

“Global Finance” agentliyi dünyanın ən varlı və yoxsul ölkələrinin reytinqini açıqlayıb. Reytinq cədvəli adambaşına düşən ÜDM-nin həcminə görə tərtib olunub.
 
Manevr.az agentliyin saytına istinadla xəbər verir ki, reytinq cədvəlində dünyanın ən varlı ölkələri siyahısına Lüksemburq başçılıq edir. Bu ölkədə adambaşına düşən ÜDM-nin həcmi 143 383 dollardır. İlk onluqda sonrakı yerləri Makao, Qətər, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Norveç, San Marino və ABŞ tutublar.
 
Reytinq cədvəlində dünyanın ən kasıb ölkəsi kimi göstərilən Cənubi Sudan (adambaşına düşən ÜDM-nin həcmi 455 dollar) 2011-ci ildən bəri zorakılıqla üzləşib. Sosial parçalanmalar, bərabərsizlik, korrupsiya və müharibə burada vəziyyəti daha da pisləşdirib. Bu il Cənubi Sudan əhalisinin 60 faizindən çoxunun - 9 milyona yaxın insanın humanitar yardıma ehtiyacı olacaq.
 
Dənizə çıxışı olmayan kiçik Burundi ən yoxsul ölkələr arasında ikinci yerdədir. Ölkə təbii sərvətlərə malik deyil və 1993-2005-ci illərdə davam edən vətəndaş müharibəsindən əziyyət çəkib. Üçüncü yerdə Mərkəzi Afrika Respublikasıdır. Belə görünür ki, qızıl, neft, uran və almazla zəngin olan bu ölkədə nədənsə çox kasıb insanlar yaşayır və on il ərzində dünyanın ən kasıb dövlətləri sırasında yer alıb.
 
Dünyanın ən yoxsul ölkələrinin ilk onluğuna Konqo Demokratik Respublikası, Mozambik, Niger, Malavi, Liberiya, Madaqaskar və Yəmən də daxildir.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar