Xəbər lenti
Ermənistanda ciddi müharibə hazırlığı gedir
İrəvan hərbi büdcəni kəskin artırıb
Gələn il üçün qəbul edilmiş büdcə layihəsi Ermənistanın heç bir sülh danışığı barədə düşünmədiyini və ciddi-cəhdlə müharibəyə hazırlaşdığını göstərir.
Manevr.az istipress-in məlumatına görə bildirir ki, Ermənistan parlamenti tərəfindən sentyabrın 28-də 2018-ci il üçün qəbul edilmiş büdcə layihəsində bu ölkənin hərbi xərcləri 2017-ci illə müqayisədə 17,6% artırılaraq 518 milyon dollara çatdırılıb.
2017-cı il üzrə Ermənistanın hərbi xərcləri 440 milyon dollar nəzərdə tutulub. Göründüyü kimi, hərbi xərclər birdən birə 80 milyon dollar artırılıb. Həmçinin budcədə hərbi xərclərin payı da artırılıb. 2018-ci ildə Ermənistanın toplam büdcə xərcləri 3,1 milyard dollar olacaq ki, hərbi xərclər bunun təxminən 17 faizini təşkil edəcək. 2017-ci il üçünsə hərbi xərlər 2,9 milyard dollara bərabər toplam büdcə xərclərinin 15 faizinə bərabər olub. Müqayisə üçün, 2017-ci ildi Azərbaycanın 9,8 milyard dollara bərabər büdcə xərclərinin yalnız 950 milyon dolları, yəni 9,6 faizi müdafiə üçün nəzərdə tutulub.
Göründüyü kimi, Ermənistanın hərbi sahəyə xərcləri getdikcə artır və artıq Azərbaycanın xərcləri ilə müqayisə edələ biləcək səviyyəyə qalxır. Əvvəllər isə Ermənistanın hərbi xərcləri Azərbaycanınkından 8-9 dəfəyə qədər az olurdu. Məsələn, 2015-ci ildə Azərbaycanın hərbi büdcəsi 3,8 milyard dollar, Ermənistanın hərbi büdcəsi ilə 472 milyon dollar olmuşdu.
Məhz fərqin bu qədər azalması erməni ekspertləri xeyli ürəkləndirib və yenidən Azərbaycana bir qarış da torpaq qaytarmayacaqlarından dəm vurmağa başlayıblar. Məsələn, bu barədə “Regnum”da məqalə yazmış erməni ekspert Leonid Nersisyan Azərbaycana Qarabağı unutmağı tövsiyyə edir: “Neftin qiymətinin azalması Azərbaycanın hərbi büdcəsinin dəfələrlə kiçilməsinə səbəb olub. Bu, Ermənistana Rusiya ilə hərbi-texniki əməkdaşlığın xüsusi şərtləri hesabına bir çox mövqelər üzrə geriləməni aradan qaldıra bilər”.
Rusiya ilə hərbi-texniki əməkdaşlığın xüsusi şərtləri isə Ermənistana hərbi texnikanın Rusiyanın daxili bazar qiyməti ilə satılmasıdır və Nersisyan buna işarə vurur. Bu, ermənilərin hərbi texnikanı və sursatı dünya bazarı qiymətlərindən bir neçə dəfə ucuz alması deməkdir. Əslində, Rusiya Ermənistanı pulsuz silahlandırır, məsələn, Rusiyanın Ermənistana ayırdığı 200 milyon dollarlıq kredit çərçivəsində Ermənistan bir sıra başqa hərbi texnika növləri ilə yanaşı “İsgəndər” raket kompleksi də alıb. Dünya bazarında “İsgəndər” komplekslərinin qiyməti 2 milyard dollar ətrafında dəyişir. Rusiyanın bu kompleksi 200 milyon dollarlıq kredit paketinə yerləşdirə bilməsi çox mətləblərdən xəbər verir.
Yəni Moskva 2016-cı ilin aprelində 30-a yaxın erməni tankının bacara bilməydiyi işi - qərbə təzyiq üçün Cənub Qaz dəhlizini təhdid altında saxlamaq hərbi tapşırığını bu dəfə bahalı “İsgəndər” raket kompleksinin hesabına təmin etməyə çalışır. Ermənilər bu durumdan yararlanmağa və 2016-cı ilin aprel döyüşlərində uğradıqları məğlubiyyətin əvəzini çıxmağa çalışırlar. Hər halda, Serj Sarkisyan 2018-ci ilin aprel ayından sonra Ermənistan baş naziri olmaq və ölənə kimi bu ölkəyə rəhbərlik etmək niyyətindədir. Bu isə Qarabağda müəyyən hərbi uğurlar fonunda mümkündür. Buna görə o, Müdafiə Nazirliyində və orduda sadiq saymadığı kadrları vəzifədən uzaqlaşdırır və öz adamlarını vəzifəyə gətirir.
Qarabağda müharibə gözlənildiyini Leonid Nersisyan da gizlətmir. Onun fikrincə, 2016-cı ilin aprel döyüşləri Azərbaycan - Ermənistan müharibəsinə baxışı ciddi şəkildə dəyişib: “Buna qədər müharibə hadisələrin qeyri-real və hipotetik inkişafı kimi görünürdü, indi gərginliyin təkrarlanması inanılmaz görünmür. Deməli, bu cür ssenariyə tam ciddiliklə hazırlaşmaq lazım gəlir”.
elə görünür ki, Serj Sarkisyan büdcənin digər istiqamətlərdə artımını azaldaraq hərbi xərcləri şişirtməklə məşğuldur. Məsələn, Ermənistanda yaxın bir neçə ildə pensiyalar artırılmayacaq və 33 dollar səviyyəsində saxlanacaq. Müstəqil ekspert araşdırmaları göstərir ki, ahıl insanlar bu vəsaitlə İrəvanda maksimum 4 gün yaşaya bilərlər. Təbii ki, bunu uyğun şəkildə dövlət qulluqçularının maaşları və digər sosial xərclər də artırılmayacaq.
Nəticədə, Ermənistandan neçə ildir ki, davam edən miqrasiya daha da sürətlənəcək və Serj Sarkisyanın 2040-cı ilə 4 milyonluq Ermənistan xülyası da dağılacaq. Bu isə Livanda yaşayan Kilikiya katalikosu 1-ci Aramın, yəni Bedros Keşişyanın təbirincə deyilərsə, Ermənistanın məğlubiyyəti, erməni diasporunun çöküşü ilə başa çatacaq. Sirr deyil ki, erməniləri öz evlərindən Rusiya yollarına məhz yoxsulluq salır.
Ermənilər Azərbaycanın hərbi xərclərinin azalmasına sevinirlər. Amma bir şey unudurlar ki, Azərbaycan Dövlət Neft Fondunda 35 milyard dollar vəsait saxlanır. Əgər Ermənistanla uzun sürən müharibə olacaqsa, həmin vəsaitlər sonuna qədər xərclənəcək. Azərbaycanın Ermənistan kimi nə diaspordan pul dilənməsinə, nə də Rusiyaya kredit üçün yalvarmasına ehtiyac qalmayacaq .
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar