Sizin Reklam Burada
Xəbər lenti
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi

Tarix: 08-11-2026 13:30     Baxış: 328 A- / A+
Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Manevr.az təbrikin mətnini təqdim edir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!
Sizi böyük qürur hissi və təntənə ilə qeyd etdiyimiz 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri sayəsində respublikamızın müstəqilliyinin, suverenliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Ordusunda vahid komandanlıq yaradılaraq ordumuz nizami ordu kimi formalaşmış və hərbi quruculuq məsələləri prioritet məsələ kimi daima önə çəkilmişdir.
Ulu Öndərin qurtuluşdan başlanan Zəfər yolu və inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək 8 Noyabr – Zəfər Günü Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatların uğurla davam etdirilməsi ordumuzu daha qüdrətli və yenilməz edir.
Dövlət başçımızın sərəncamı ilə ölkəmizdə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma, bərpa və abadlıq işlərinə böyük töhfədir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları, antiterror tədbirləri nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Azərbaycan Respublikasının Dövlət Bayrağının əzəmətlə və qürurla dalğalandığı işğaldan azad edilən ərazilərdə rəşadətli Azərbaycan Ordusu bərpa-quruculuq işlərinin əmin-amanlıq şəraitində həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verir. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 8 Noyabr – Zəfər Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, sosial qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha hər birinizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar