Xəbər lenti
Toy və yas sahibləri yığılan puldan vergi verməlidir - Qəribə təklif

Bu sözləri Yenisabah.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Kulturoloq toy və yas məclislərindən əldə edilən gəlirin vergiyə cəlb olunmasını təklif edib:
"Ona görə də hər bir insan işləyən zaman, mükafat alan zaman onun ailə büdcəsinə pul gələn zaman dövlətə mütləq vergi verməlidir və bu onun müqəddəs borcudur. Vergilər verilməsə, dövlət orqanları çalışa bilməz, pensiyalar verilə bilməz, məktəblər işləyə bilməz, dövlətlərin sosial problemləri həll oluna bilməz. Bu baxımdan Azərbaycanda toylar və yaslarla bağlı vergi mədəniyyəti olmalıdır. Bir çox insan deyir ki, toylar üçün xərclər çəkilir, bu toy sahibindən çıxır, amma çox maraqlı və qəribədir ki, toy və yas sahibləri bu məslislər hesabına öz büdcəsini doldurur, yəni ailəyə əlavə gəlir daxil olur, amma həmin məbləğ vergiyə cəlb edilmir. Bir toydan 50-100 min yığıla bilər və bunun yarısı xərclərə gedir, o xərcləri kənara qoyuram, lakin real gəlir var və o gəlirin müəyyən faizi dövlətin büdcəsinə getməlidir. Yoxsa hər kəs uşaq pulu istəyir, pensiyaların artmasını tələb edir, məvaciblərinin artırılmasını istəyir, bəs dövlət bu pulu haradansa götürməlidir ki, artım da olsun.
Qəribədir, biz 10 manat lotereyadan pul udanda həmin puldan vergi tutulur, baklara pul qoyduqda faiz götürürüksə, həmin faizdən də vergi tutulur. Amma toyda, yasda, ad günü şənliklərində qazanılan həmin pullardan, nəmərlərdən, yığılan vəsaitlərdən heç bir vergi tutulmur. Yüz minlərlə qazanılan puldan insanlar vergi vermək istəmir. Bu nə dərəcədə düzgündür?"
Aydın Xan Əbilov təklif edib ki, toylardan tutulan vergi hesabına kasıb təbəqəyə kömək etmək də mümkündür və bu ədalət prinsipi ilə tənzimlənməlidir:
"Burada bir məsələ var, düşünürəm ki, yuxarı və orta təbəqə vergi verməlidir, amma aşağı təbəqə üçün əksinə, dövlət konpensasiya ödəməlidir. Çünki kasıb toy etdiyi zaman bəzən restoranlara verməyə pulu olmur, bu da həm yeni yaranan ailənin özü üçün problem olur, həm də toy edən valideynlər üçün. Hətta əvvəllər şadlıq evləri yeni evlənən cütlükləri girov götürürdülər ki, gedin borcu gətirin, sonra bəylə gəlin evə getsin. Bu da çox böyük konfliktlər yaradırdı. Əgər belə hallar yaşanarsa. Yığılan vergi hesabına dövlət həmin insanlara yardım etməlidir. Biz ədalət prinsipini qorumaq şərti ilə bu məsələyə xüsusi önəm verməliyik". mətbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar