Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şaumyanın qızı Füzuli Təhsil Şöbəsinin müdiri işləyir - FAKT

Tarix: 22-05-2023 14:09     Baxış: 3661 A- / A+


Son 2-3 ayda bəzi media orqanları Füzuli rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova haqqında ictimaiyyətə müxtəlif səpkili məlumatlar ötürür. Bunlardan ən vacibi və hazırda azərbaycanlılarda qıcıq yaradacaq biri də R. Məmmədovanın atasının adının “Şamuyan “ olmasıdır. 
Bir araşdırmaçı –jurnalist olaraq fakt çox diqqətimi çəkdi və öz profilimdə Füzuli rayonundan olan soydaşlarıma sorğu ünvanladım: “Doğrudanmı,bəzi saytların yazdığı kimi Ramella xanımın atası Şaumyan adlı bir ermənidir?” Sorğumuza ilk cavab verən sevimli yazıçı Seyran Səxavət oldu.

Manevr.az Adalet.az-a istinadla tanınmış yazarın fikirlərinin nöqtə -vergülünə toxunmadan sizin diqqətinizə çatdırır. Seyran müəllim bildirir ki, Ramella xanımı şəxsən tanımır, heç vaxt qarşılaşmayıblar. Amma onun atası Şaumyanı yaxından tanımışam: “Allah rəhmət eləsin, çox ləyaqətli və nəzakətli türk oğludur, yerini , sözünü bilən adam idi. Şahinin(dəyişdirilmiş adı) adının belə qoyulması onun anadan olduğu dövrdə - Stalin hökümətinin türk millətindən olan ziyalıları, sovet rejiminin mahiyyətini anlayan və etiraz edən siniflərin yox edilməsi, represiyaya məruz qalması dövründə olub. Valideynlər Sovet hökümətinin başında duranların türk düşmanlığını anlayır və özlərini də, övladlarını da qorumaq üçün bu üsuldan istifadə ediblər.
Digər bir tərəfdən sovet təbliğatı elə inkişaf edib, elə geniş vüsətlə yayılmışdı ki, azərbaycanlılar hamını dost-qardaş kimi qəbul etmişdi. Yadınıza gəlir” Kür, Araz, Ararat, gözəldi bu həyat, Qardaş olub Hayastan Azərbaycan” mahnısı...
Azərbaycanda 31 mart soyqırımının əsas təşkilatçısı olan, qatil S. Şaumyanın adını daşıyan 74 kolxoz, sovxoz, rayon, qəsəbə, küçə, prospekt vardı. DQMV-nin mərkəzi olan Xankəndi şəhərinə bu erməninin adı verilmişdi. Stepanakert! Hətt Bakı şəhərinin ən böyük rayonu olan Xətai uzun illər (1932-ci ildən 1990-cı ilədək) Şaumyanın adını daşıyıb. Aşağı Ağcakənd kəndinin əvvəlki adı Şaumyanovsk olub. Şaumyanın adına şəhər, kənd, küçə salmağa, ona heykəl qoymağa mərkəzi komitə, xüsusən Moskva tələb edirdi. Dərsliklərə salınırdı bu qatil . Təbliğat o qədər güclü idi ki, övladının adını Vİlen, Sovxoz, Sovet, Kommunst, Marks, Vladimir, Komsomol, Traktor, Kombayn, Kolxoz, Oktyabr, Bolşevik, Prikaz qoyanlar vardı. Sovet təbliğatının məhsulu deyildisə, bu nə idi?
Qanımızı tökən, xalqımızı qıran Stepan Şaumyanı düz 70 il qəhrəman kimi bizə sevdirən də o rejim olub. O dövr elə idi. O dövrdə kim erməniyə düşmən kimi baxıb ki? Kimi süfrəsinin başında erməni oturtmayıb ki? Qaldı da, Ramella xanımın bir təhsil şöbəsinin rəhbəri kimi necə işləməsinə, Azərbaycanın bütün təsil şöbələri kimi, Azərbaycan təhsil sisteminin əməkdaşı kimi öz işinin başındadır.
Şahin adını 1988-ci ildə sovet hökümətinə etiraz əlaməti olaraq özü dəyişdi. Amma bir də təkrar edirəm Şahin(Şaumyan) türk oğlu türkdür və həm də ləyaqətli insan olub!”

Qeyd edək ki, Məmmədova Ramella Şahin qızı 15 noyabr 1958-ci ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. 1965-ci ildə Qoçəhmədli kənd orta məktəbinin I sinfinə gedib, 1975-ci ildə həmin məktəbi bitirib.1977-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul olub. 1982-ci ildə həmin institutu bitirib və 1983-cü ildən Füzuli rayon 4№-li orta məktəbdə müəllim vəzifəsində çalışıb. 2000-ci il dekabrın 1-dən ATİAHİ-nin Füzuli rayon komitəsinin sədr vəzifəsinə təyin edilib. 2008-ci ildə Respublikanın Əməkdar Müəllimi fəxri adına layiq görülüb.2016-cı il yanvarın 15-dən Füzuli rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir.
 P.S.Füzuli rayon Təhsil Şöbəsinin müdiri xanım Ramella Məmmədovanı yaxından tanıyanlar rayon adamlarından bir neçəsi də bizimlə əlaqə saxlayaraq bildirdi ki, o vətəni, dövləti, xalqı uğrunda hər əziyyətə qatlaşmağı bacaran əqidə adamıdır.

Əntiqə Rəşid




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar