Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq forum öz işini uğurla yekunlaşdırıb

Tarix: 21-12-2022 18:12     Baxış: 4269 A- / A+
2022-ci il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “İdrak” İctimai Birliyinin birgə təşkil etdikləri “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda beynəlxalq forum öz işini uğurla yekunlaşdırıb.
Bağlanış nitqi ilə çıxış edən Aİİ rektoru Aqil Şirinov ikigünlük forumun önəmli mövzuya həsr olunduğunu qeyd edərək, tədbirin işinə qatılan elm adamlarına təşəkkürünü bildirib. O, qeyd edib ki, Forumun əsas mövzusu və istiqamətlərini özündə ehtiva edən məruzələr – MDB dövlətlərindən və dünyanın bir çox ölkəsindən islamşünaslıq sahəsində tanınmış tədqiqatçı alimlərin çıxışları gələcəkdə kitab şəklində çap olunacaq. A.Şirinov İslam dünyasında elmin inkişafı, MDB ölkələrində İslamşünaslığın mövcud vəziyyəti və onun inkişaf perspektivləri barədə də söhbət açıb. Sovet dövründə ölkəmizdə din siyasəti haqqında danışan  Aİİ rektoru müasir Azərbaycanda Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində həyata keçirdiyi siyasi kursun hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. A.Şirinov vurğulayıb ki, ölkəmiz dünyada dinlərarası dialoqun və tolerant dəyərlərin mövcud olduğu məkan kimi tanınır. “İdrak” İctimai Birliyinin sədri cənab Rüfət Quliyev bağlanış mərasimində çıxış edərək, tədbirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib. Qeyd edib ki,  “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda baş tutan beynəlxalq forum müxtəlif millətlərə məxsus olan alimlərlə tanış olmağımıza fürsət yaratdı.  Gürcüstan Parlamentinin deputatı Tariel Nakaidze forum təşkilatçılarına təşəkkürünü bildirib. O, tədbirdə dinlənilən məruzələrin hər birini yüksək qiymətləndirib. Qeyd edib ki,  “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunun müxtəlif aspektlərdən araşdırıldığının şahidi olduq. Tədbirin sonunda qonaqlara hədiyyələr təqdim olunub.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar