Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Silah və narkotiklə “tutulmuşdu”- 1 il 9 ay sonra məhkəmə bəraət verdi

Tarix: 21-12-2022 08:43     Baxış: 3226 A- / A+
Natiq Məhəmmədsoyun vəkili: “Azərbaycan məhkəmələrində belə ədalətli və obyektiv hökmlərin çıxarılması...”

Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynli Türkan qəsəbə sakini, 3 uşaq atası Natiq Məhəmmədsoyun cinayət işi üzrə hökm çıxarıb.

Natiq Məhəmmədsoyun vəkili Cavad Cavadlı məlumatı “Yeni Müsavat”a təsdiqləyib. Bildirib ki, hakim 1 ildən artıq məhkəmə istintaqı aparandan sonra Natiq Məhəmmədsoyun ittihamlar üzrə günahsız olması qənaətinə gəlib:

 “Məhkəmənin 1 ildən artıq davam etməsinin  obyektiv səbəbləri var. Hakim Hüseyn Hüseynli bu müddət ərzində çox diqqətlə, səbirlə məhkəməyə təqdim etdiyimiz hər bir detalı araşdırdı. Natiq Məhəmmədsoyun saxlanılması ilə bağlı bir çox qaranlıq məqamlar vardı, hansı ki, ittihamı darmadağın edirdi. Həmin məqamlarla bağlı araşdırma aparmışdıq, videomateriallar əldə etmişdik. Həmin videolar və digər dəlil-sübutlar da təsdiq edirdi ki, Natiq Məhəmmədsoy ittihamda göstərilən vaxtda tamamilə başqa  yerdə olub. Vəsatətlər verib "Təhlükəsiz Şəhər" kameralarından çıxarışların götürülməsi, anten məlumatlarının alınması, ekspertiza təyin olunması, əlavə şahidlərin dindirilməsini xahiş etmişdik. Hakim Hüseyn Hüseynliyə təşəkkür edirik ki, obyektiv və qərəzsiz mövqe sərgilədi, günahsız  Azərbaycan vətəndaşının, 3 övlad atasının barəsində ədalətli hökm çıxardı. Hakim Hüseyn Hüseynlinin çıxardığı bəraət hökmü vətəndaşlarda məhkəmələrə inamı artırır. Azərbaycan məhkəmələrində belə ədalətli və obyektiv hökmlərin çıxarılması bu baxımdan olduqca vacib və önəmlidir".  

Qeyd edək ki, 55 yaşlı Natiq Məhəmmədsoy 1 il 9 ay əvvəl, 2020-ci il martın 5-də saxlanıb, Xəzər Rayon Polis İdarəsində barəsində cinayət işi başlanıb. Ona qarşı CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Xəzər rayonunun prokuroru Fəxri Ələsgərov onun barəsində həbs qərarı seçilməsi üçün məhkəməyə təqdimat verib. Bir gün sonra təqdimata baxan Xəzər Rayon Məhkəməsinin hakimi Zaur Tağıyev onu təmin etməyib. Hakim Natiq Məmmədsoyun istintaq dövründə ev dustaqlığında olmasına qərar verib. Həmin gün  Natiq Məmmədsoy məhkəmə zalından azad edilib. Baş Prokurorluq bu qərarın ləğvi üçün apelyasiya protesti verib. Bakı Apelyasiya Məhkəməsi protesti təmin edib.

Natiq Məhəmmədsoy torpaqları zəbt olunan Türkan qəsəbə sakinləri Əzizəxanım Atayeva və Xumar Şabanovaya vəkil tapmaqda, pozulmuş hüquqlarının bərpası üçün kömək etmişdi. Həbsindən əvvəl Natiq Məhəmmədsoy Baş Prokurorluğa gedərək bildirmişdi ki, 2 ahıl yaşda olan qadına köməklik etdiyinə görə ondan qisas alırlar. Natiq Məhəmmədsoy məhkəməsində də dəfələrlə bildirib ki, təqsirsizdir, evindən və maşınından tapıldığı iddia olunan narkotik və silahın ona aidiyyəti yoxdur. Onun sözlərinə görə, sağ olduqları halda, ölmüş kimi rəsmiləşdirilərək, mülkiyyətlərindəki torpaq sahələri zəbt olunmuş 81yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanovanın pozulmuş hüquqlarının bərpasında onlara yardım etdiyinə görə cəzalandırılıb. Natiq Məhəmmədsoy Türkan sakinlərinə vəkil tapmaqda, dövlət orqanlarına şikayət etməkdə yardım etmişdi. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar