Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 1800 manata nömrə almaq istəyən şəxsi görün necə aldatdılar - Şəkil

Tarix: 19-12-2022 22:06     Baxış: 3340 A- / A+

Şikayət edən zərərçəkmiş Fəzail Hüseynov bildirib ki, nömrəni almaq üçün pul ödədikdən sonra qarşı tərəf yoxa çıxıb:

“Təxminən 3-4 ay əvvəl elan saytlarından birində mobil nömrə satışı elanını gördüm. Həmin nömrəni sifariş edib almaq istəyirdim. Mənimlə əlaqəyə keçən Rövşən Məmmədov adlı bəy bir şəxsiyyət vəsiqəsi göndərdi. Amma şəxsiyyət vəsiqəsi özünün deyil, bir xanımın idi.

Dedi ki, şirkət onun adınadır. Sonra ödəniş üçün kartı da göndərdi. Nömrə 1800 AZN-ə idi. Mən kreditlə alacaqdım. Pulu tam ödədikdən sonra isə adıma qeydiyyata salacaqdılar. Karta 330 manat göndərdim. Geri qalanını da 1 il ərzində hər ay ödəyəcəkdim. Pulu ödəyəndən sonra nömrəni mənə çatdırmalı idilər. Amma həmin şəxs məni blokladı. Başqa bir nömrəm var, oradan yazdım. Məni fırlatmağa çalışdı. Mən də bildirdim ki, polisə müraciət edəcəyəm”.


Şikayətçi üzləşdiyi problemlə bağlı dəfələrlə “102”yə müraciət etdiyini, lakin ona cavab verilmədiyini deyib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, daxil olmuş müraciət üzrə araşdırma aparılır.

F.Hüseynovun adını çəkdiyi R.Məmmədovla əlaqə saxlasaq da, hər iki telefon nömrəsinə zəng çatmayıb. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar