Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanın həbsdə olan sabiq daxili işlər naziri Ali Məhkəməyə müraciət edib

Tarix: 19-12-2022 21:31     Baxış: 3308 A- / A+
 Naxçıvanın sabiq daxili işlər naziri general-mayor Əhməd Əhmədov kassasiya şikayəti verib.

Şikayət ərizəsində sabiq nazir barəsində həbslə bağlı olmayan qərar qəbul olunması istənilib. Bundan başqa Əhməd Əhmədovun səhhətindəki problemlərə görə, bir müddətdir xəstəxanaya yerləşdirildiyi də məhkəmənin diqqətinə çatdırılıb.

Ali Məhkəmə şikayəti icraata qəbul edib.

Xatırladaq ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılıraq həbs edilib.

Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Bir müddət əvvəl isə Əhməd Əhmədovun vəziyyəti pisləşib. O, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə yerləşdirilib. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar