
Xəbər lenti
İş yoldaşının çənəsini qıran xəstəxana direktorundan növbəti qalmaqal: Bu dəfə qadını yumruqladı

Buna səbəb direktorun avqust ayında rayonun Bolsulu kənd sakini Laləzər Əliyevanı yumruqla vuraraq sağlamlığına xəsarət yetirməsi olub.

Laləzər Əliyevanın həyat yoldaşı Seymur Məhərrəmov 6-20 avqust – 14 gün müddətində Goranboy Mərkəzi Xəstəxanasında xəstəliyi ilə bağlı müalicə alıb və 3 dəfə də xəstə kimi yatıb. Bütün bunlara baxmayaraq, baş direktor R.Yahyayev Seymur Məhərrəmova Bakı şəhərində müalicə almaq üçün göndəriş verilməsinə əngəl yaradıb.
Laləzər Əliyeva Rauf Yahyayev tərəfindən yumruqla vurulduğu üçün DİN-in "102" xidmətinə şikayət etdikdən sonra həyat yoldaşı xəstəxana tərəfindən göndərişlə təmin edilib. Həmçinin xəstə Seymur Məhərrəmovun Goranboy xəstəxanasında həkimlərin səhv müalicə etmələri və bununla da onun xəstəliyinin ağırlaşmasına səbəb olması da ekspertiza rəyində öz təsdiqini tapıb.
Onu da bildirək ki, bu ilin fevral ayında "Goranboy Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru təyin edilən Rauf Yahyayev bir çox qalmaqalları ilə gündəmə gəlib.
Yahyayev direktor təyin edildikdən iki ay sonra, aprel ayında xəstəxananın həyətində kütləvi şəkildə ağacları kəsdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnməsi olub.
2019-cu ildə isə Gəncə şəhər 2 saylı xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri və eyni zamanda Goranboy rayon Dəliməmmədli Şəhər Xəstəxanasında həkim işləyən Rauf Yahyayev iyun ayında Dəliməmmədli xəstəxanasının gözətçisi Teymur Həsənovu vuraraq çənəsini qırıb və ona az ağır xəsarət yetirib.
Həmin vaxt hadisə Goranboy polisi tərəfindən araşdırılıb, Rauf Yahyayevə 127.1 maddəsi ilə cinayət işi açılıb və günahı sübuta yetirilib. Ancaq gözətçi Teymur Həsənov R.Yahyayevi bağışladığı və onunla barışdığı üçün işə xitam verilib. Bundan başqa Rauf Yahyayevin dəfələrlə Gəncə şəhər 2 saylı xəstəxanada vətəndaşlarla dava etdiyi də deyilir.
Rauf Yahyayevin qadını vurmasının video görüntüsünü sizə təqdim edirik: bakupost.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar