Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan əleyhinə açıqlamalar verən ekspert Universitetdən qovuldu

Tarix: 18-12-2022 13:11     Baxış: 5266 A- / A+

Azərbaycan əleyhinə açıqlamalar verən rusiyalı ekspert çalışdığı Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetindən (MDBMİ) qovulub.
Bu barədə MDBMİ-nin bəyanatında bildirilib.
Qeyd olunub ki, Mixail Aleksandrovun bəyanatlarının əsassız aqressivliyi və açıq-aşkar qeyri-peşəkarlığı xarici siyasət ictimaiyyətinin son dərəcə sərt mənfi reaksiyasına, MDBMİ-lilərin qəzəbinə səbəb olub. Universitetin imicinə və maraqlarına ciddi zərbə vurulub."Rusiya telekanallarından birinin efirində universitetin Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti vəzifəsini tutan Mixail Aleksandrov müttəfiqə xələl gətirən açıqlamalar verib. Aleksandrovun bəyanatlarının əsassız aqressivliyi və açıq-aşkar qeyri-peşəkarlığı xarici siyasət ictimaiyyətinin son dərəcə sərt mənfi reaksiyasına və MDBMİ komandasının qəzəbinə səbəb oldu. Universitetin imicinə və maraqlarına ciddi zərbə vuruldu.
Aleksandrovun hərəkətlərinin MDBMİ əməkdaşı statusuna uyğun gəlməməsi, habelə Aleksandrovun xidməti vəzifələrinə həddindən artıq laqeyd yanaşması ilə bağlı müəyyən edilmiş faktlar əsasında rektor əmək münasibətlərinə xitam verilməsi və M. Aleksandrovun universitetdən xaric edilməsi haqqında əmr imzalayıb" deyə MDBMİ-nin yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, M.Aleksandrov Rusarminfo internet telekanalının efirində Laçın yolunda Azərbaycan ekoloqlarının dinc aksiyasını şərh edərkən Azərbaycan əleyhinə açıqlamalar verib. Açıq-aşkar düşmənçilik bəyanatları səsləndirən "ekspert" bildirib ki, Rusiya Bakının neft strukturuna zərbə endirməlidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar