Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Yol açılan kimi Xankəndidən İrəvana köçəcəyik” - Qarabağlı ERMƏNİ

Tarix: 17-12-2022 22:51     Baxış: 3286 A- / A+
“Yol açılan kimi Xankəndidən İrəvana köçəcəyik” - Qarabağlı ERMƏNİ
Qarabağın dağlıq hissəsində yaşayan bəzi mülki ermənilər Azərbaycana məxsus ərazilərdən çıxıb getmək istəsələr də, Arayik Arutyunyan, Ruben Vardanyan, Vitali Balasanyan, David Babayan kimi separatçı-terrorçuların qorxusundan hələ ki bu addımı ata bilmirlər.

 “Hraparak” xəbər verir ki, Xankəndi-Laçın yolunun bağlanmasından sonra Qarabağı tərk etmək istəyən ermənilərin sayı xeyli çoxalıb.

“Bu vəziyyətdən bezmiş və ilk fürsətdə “Artsax”ı tərk edəcəklərini söyləyənlər var. Çünki “Artsax”da gələcək qeyri-müəyyən və təhlükəlidir”,- “Hraparak” yazıb.

44 günlük müharibədən sonra iki uşağı ilə Xankəndiyə köçən hadrutlu qadın Anahit Xaçatryan “Hraparak”a deyib ki, o, Qarabağda qalmaq istəmir, yol açılsa belə, burada yaşamaq çox təhlükəlidir.
 
“Yol açılan kimi biz dərhal İrəvana gedəcəyik. Hər dəqiqə yol yenidən bağlana bilər. Açılıb-bağlanacaq, açılıb-bağlanacaq, beş dəfə açılıb-bağlanacaq və “Artsax”da heç kim qalmayacaq. Yol açılan kimi mən iki uşağımla birlikdə kirayə yaşamaq üçün İrəvana gedəcəyik”, - Anahit Xaçatryan deyib.

Onun sözlərinə görə, hazırda Qarabağda insanlar ərzaq və dərman çatışmazlığından narahatdırlar..

“Məsələn, kartof yoxdur, kartof böhranı var, hətta apteklərdə sadə ürək dərmanı belə yoxdur. Uşaqlar məktəbə getmir, bunun nə demək olduğunu başa düşürsüz...”. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar