Xəbər lenti
Təhsildə gender bərabərliyi
“Əgər qadınlara kifayət qədər səhiyyə, təhsil və iş imkanları təqdim etmirsinizsə, potensialınızın yarısını itirəcəkdir. Gender bərabərliyi və qadın hüquqları iqtisadi inkişafın təməlidir”.
Michelle Bachelet

Müasir dövrdə Azərbaycan qadınlarının cəmiyyətdə baş verən sosial –siyasi proseslərdə fəal iştirakının zəruriliyi təhsil sistemində gender bərabərliyinə nail olmağı mühüm vəzifə kimi qarşıya qoymaqdadır. Ona görə də hər bir cəmiyyətin demokratik dəyərlərə malik olması onun qadına və onun azadlığına dəyərlə də ölçülür. Bu baxımdan da qadınların və kişilərin bərabər hüquqlu münasibətlərdə olması ilə yanaşı bu istiqamətdə təhsil-tədris və tərbiyə sahəsində həlli vacib olan işlərin görülməsi ümumi təhsilə yeni baxışın formalaşmasına imkan yaradır. Təhsil və tərbiyə sisteminə gender (kişi və qadınlar) bərabərliyinin gətirilməsi cəmiyyətin bütün sahələrində - siyasi, sosial-iqtisadi, mədəni məqsədlərinə daha tez və uğurla çatmasına kömək edir. Məhz, bu səbəbdən də təhsildə gender bərabərliyinə nail olmaq və qadınların imkanlarının genişləndirilməsini mühüm vasitələrindən biri kimi qiymətləndirmək lazımdır. Bunu da qeyd edək ki, “Gender bərabərliyinin təminatı haqqında” “Qanun”da təhsildə gender bərabərliyinin təsbit olunması öz əksini tapmışdır. Bu “Qanun”un aşağıdakı maddələrində deyilir: 13.1 “Dövlət kişi və qadınlara təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edir. 13.2. İşəgötürən kişi və qadınlara kişi və qadınlara əsas və əlavə təhsil almaq, təhsillə bağlı məzuniyyət hüququndan istifadə etmək üçün bərabər şərait yaratmalıdır. 13.3. Dövlət mülkiyyət növündən asılı olmayaraq, bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 13.4. Dərsliklər gender bərabərliyi prinsipinə əsaslanmalıdır.”
Təhsildə gender bərabərliyindən bəhs edərkən ixtisas seçimində gender balansının pozulması gələcək fəsadlara yol açması şübhəsizdir. Ali təhsil sahəsində aparılmış tədqiqatlara əsasən aydın olmuşdur ki, oğlanların əksəriyyəti texniki və iqtisadi, qızlar isə humanitar və pedaqoji ixtisaslara üstünlük verirlər. Belə ki, sosiologiya, pedaqogika, psixologiya ixtisasları üzrə təhsil alanların böyük əksəriyyəti qızlardır. Pedaqogika və tibb sahələrinə qızların daha çox meyl etməsi, oğlanların isə bu peşələri qeyri -kişi peşəsi kimi qəbul etmələri gələcəkdə təhsilin ilkin və sonrakı mərhələlərində gender balansının pozulmasından xəbər verir.
Ümumilikdə deyə bilərik ki, təhsildə Gender (kişi və qadınlar) proqramlarının tam icrasının asanlaşdırmaq üçün müsbət bir mühitin olması vacibdir. Belə bir mühitin orta məktəblərə də şamil edilməsi təhsildə mühüm məsələlərdən biri kimi qəbul olunmalıdır. Məktəb rəhbərliyinin edə biləcəklərinə isə aşağıdakılar daxil ola bilər;

Samirə Şaqavatova
AMEA-nın doktorantı,
Sənaye və Yüksək Texnologiyalar üzrə
Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi.

- 1. Gender təhsilinə həvəsləndirmək və dəstəkləmək.
- 2. Gender təhsilinin tətbiqi və gənclərin ehtiyaclarını həll etmək üçün uyğun şəraitin yaradılması.
- 3. Müəllimlər şagirdləri öyrənməli, kəşf etməli və onların psixoloji keçid mərhələlərində öz məsləhətlərini əsirgəməməlidirlər.
- 4. Cinsiyyət kimliyindən asılı olmayaraq gender bərabərliyi və ayrıseçkiliyə yol verilməməsini məktəb üzrə təbliğ etmək və bütün şagirdlərin hüquqlarına hörmətlə yanaşmaq.
- 5. Gender təhsilini təmin etmək üçün məktəbi etibarlı bir mühit halına gətirmək.

Samirə Şaqavatova
AMEA-nın doktorantı,
Sənaye və Yüksək Texnologiyalar üzrə
Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar