Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

30 min müəllim bu qərarı gözləyir

Tarix: 31-01-2025 09:35     Baxış: 433 A- / A+
 
Ekspert hesab edir ki, yeni sertifikasiya təhsil sistemində narazılığı daha da artıracaq
Sertifikasiya imtahanları ilə bağlı məlumatların elan edilməməsi, imtahan tarixlərinin məlum olmaması müəllimlər arasında narazılığa səbəb olub. Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın iclası hələlik keçirilməyib.
Bir neçə gün əvvəl qəzetimizə daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin -  tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək. Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib.
Bildirilir ki, regional təhsil idarələrinə tapşırıq verilib ki, Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə fizika, kimya, biologiya, coğrafiya, tarix, informatika, texnologiya fənn müəllimləri ilə bağlı məlumatlar işlənsin. Bu o deməkdir ki, həmin fənn müəllimlərinin sertifikasiyası gözlənilir. Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq olunmuş sertifikatlaşma qaydalarında göstərilir ki, sertifikasiyanın keçirilmə tarixi 1 ay öncə müəllimlərin şəxsi kabinetinə göndərilməlidir.
Bildirilir ki, sadalanan fənn müəllimlərinin sayı ölkəmizdə ən azı 30 min nəfərdir. Qeyd edilir ki, bu fənlərdən kəsilənlər işsiz müəllimlər sırasını daha da artıra bilər.
Sertifikasiya təhsilin inkişafına yönəlmiş addımdır” – Kamran Əsədov
Kamran Əsədov
Təhsil üzrə mütəxəssis Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki,  müəllimlərin sertifikasiya prosesinin qeyri-müəyyən şəkildə idarə olunması və imtahan tarixləri ilə bağlı rəsmi məlumatların vaxtında açıqlanmaması təhsil sistemində ciddi narazılıqlara səbəb olur: “Azərbaycanda müəllimlərin sertifikasiyası 2020-ci ildə Nazirlər Kabinetinin 155 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalara əsasən həyata keçirilir. Həmin sənədə görə, sertifikasiyanın keçirilmə tarixi ən azı 1 ay öncədən müəllimlərə bildirilməlidir. Lakin hazırkı vəziyyət göstərir ki, Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası tərəfindən bu müddətə əməl olunmur və imtahanlarla bağlı rəsmi qərarlar gecikdirilir. Bu isə 30 mindən çox müəllimin psixoloji gərginliyinə, planlaşdırma çətinliklərinə və təhsil prosesində qeyri-müəyyənliklərin artmasına səbəb olur.
Sertifikasiya müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün vacib mexanizmdir. 2023-cü ildə keçirilmiş sertifikasiya imtahanlarında ümumilikdə 40 minə yaxın müəllim iştirak edib və onların 15%-i uğursuz nəticə göstərib. Bu göstəricilər sertifikasiya prosesinin tədris keyfiyyətinin artırılmasına yönəldiyini göstərsə də, onun tətbiqində ciddi problemlər var. Əvvəlcədən rəsmi açıqlamaların verilməməsi, imtahan tarixlərinin qeyri-müəyyən qalması və müəllimlər üçün hazırlıq imkanlarının məhdud olması imtahanların obyektivliyinə və effektivliyinə kölgə salır. Sertifikasiyanın əsas məqsədi müəllimlərin peşəkar inkişafını stimullaşdırmaq və təhsilin keyfiyyətini artırmaqdırsa, bu proses şəffaf və planlı şəkildə həyata keçirilməlidir.
Məlumatlara görə, 2025-ci ildə tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya və informatika müəllimləri sertifikasiyaya cəlb olunacaq. Bu qərarın yekun olaraq təsdiqlənməməsi, lakin regional təhsil idarələrinə həmin fənn müəllimlərinin məlumatlarının Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemində işlənməsi ilə bağlı göstərişin verilməsi, prosesin planlaşdırılmasının qeyri-şəffaf aparıldığını göstərir. Əgər rəsmi qərarlar əvvəlcədən verilməsə və müəllimlərə imtahana hazırlıq üçün lazımi vaxt ayrılmasa, nəticədə bu proses əks təsir göstərəcək və təhsil sistemində narazılığı daha da artıracaq".
 
Kamran Əsədov əlavə edib ki, sertifikasiyanın keçirilmə qaydalarına nəzər yetirəndə əsas problemlərdən birinin müəllimlərin imtahana hazırlıq imkanlarının məhdudluğu olduğu görünür: “Hazırda imtahana hazırlıq üçün dövlət tərəfindən heç bir dəstək proqramı təqdim edilmir. Müəllimlər ya şəxsi vəsait hesabına repetitor xidmətlərindən istifadə etməli, ya da fərdi şəkildə hazırlaşmalıdırlar. Halbuki inkişaf etmiş ölkələrdə müəllimlərin sertifikasiyası zamanı dövlət tərəfindən dəstək mexanizmləri yaradılır. Məsələn, Böyük Britaniyada müəllimlər sertifikasiya imtahanlarından əvvəl pulsuz təlimlərdə iştirak edə bilirlər. ABŞ-da isə müəllimlərin ixtisasartırma proqramları sertifikasiya prosesinə inteqrasiya edilib və müəllimlər bu proqramları keçərək sertifikasiya tələblərinə cavab verirlər. Azərbaycanın sertifikasiya sistemi də bu modelə uyğun şəkildə təkmilləşdirilməli və müəllimlər üçün dövlət dəstəyi təmin olunmalıdır. Bundan başqa, sertifikasiyanın yalnız test imtahanlarından ibarət olması da sistemin effektivliyinə şübhə yaradır. Nəzəri biliklər müəllimin peşəkar fəaliyyətini tam qiymətləndirmək üçün yetərli deyil. Məsələn, Finlandiya və Almaniyada müəllimlərin qiymətləndirilməsi zamanı onların sinifdə real dərs keçmə bacarığı da nəzərə alınır. Bu ölkələrdə müəllimlərin sertifikasiyası təkcə imtahanlarla deyil, həm də praktiki qiymətləndirmə ilə həyata keçirilir. Azərbaycan da bu modeli tətbiq edərək sertifikasiya prosesini daha çox praktiki fəaliyyətə əsaslanmış bir sistemə çevirməlidir.
Sertifikasiya prosesinin gecikdirilməsi və qeyri-müəyyənliklər yalnız müəllimlərin deyil, şagirdlərin də təhsil keyfiyyətinə təsir edir. Müəllimlər imtahana nə vaxt hazırlaşacaqlarını bilmədikləri üçün dərs prosesinə tam fokuslana bilmirlər. Bu isə şagirdlərin tədris proqramında geriləməsinə səbəb ola bilər. Bundan əlavə, imtahanın nəticələrinə əsasən işini davam etdirib-etdirməyəcəyini bilməyən müəllimlər psixoloji stress yaşayır və bu da onların motivasiyasını aşağı salır.
Sertifikasiya sisteminin inkişafı üçün bir neçə əsas addım atılmalıdır. Birincisi, sertifikasiyanın keçirilmə qaydaları və tarixləri əvvəlcədən açıqlanmalı, bütün proses şəffaf həyata keçirilməlidir. Müəllimlər ən azı 6 ay öncədən imtahan cədvəlini bilməli və hazırlıq üçün kifayət qədər vaxt əldə etməlidirlər. İkincisi, dövlət tərəfindən müəllimlər üçün pulsuz və ya subsidiyalı hazırlıq kursları təşkil edilməlidir. Əgər müəllimlərin sertifikasiyası təhsilin keyfiyyətini artırmaq məqsədi daşıyırsa, müəllimlərin bu imtahanlara daha yaxşı hazırlaşması üçün lazımi şərait yaradılmalıdır.
Digər vacib məsələ imtahanın təkcə nəzəri biliklərdən ibarət olmaması ilə bağlıdır. Müəllimlərin pedaqoji bacarıqları, sinif idarəetməsi və real dərs prosesi də qiymətləndirilməlidir. Bu model bir çox Avropa ölkələrində uğurla tətbiq edilir və müəllimlərin real iş şəraitində qiymətləndirilməsinə imkan yaradır.
Bütün bu problemlər həll edilməzsə, sertifikasiya müəllimlərin inkişafına deyil, onların əlavə yük və stress altında qalmasına xidmət edəcək. Prosesin şəffaf və planlı şəkildə həyata keçirilməsi üçün Elm və Təhsil Nazirliyi müəllimlərin təkliflərini dinləməli, beynəlxalq təcrübəni nəzərə almalı və sertifikasiya sistemini təkmilləşdirməlidir. Əks halda, bu proses müəllimlər üçün bürokratik bir prosedur olaraq qalacaq və təhsilin keyfiyyətinin artırılmasına real töhfə verməyəcək. Azərbaycan təhsil sistemində davamlı inkişafın təmin edilməsi üçün müəllimlərin peşəkar inkişafı real dəstək mexanizmləri ilə həyata keçirilməlidir".musavat.com

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar