Xəbər lenti
"Bu, tədrisin keyfiyyətinə təsir göstərəcək" - Dərslərin sentyabrın 1-də başlaması tələb olunur
2004-cü ilə kimi ölkənin orta məktəblərində dərslər sentyabrın 1-də başlayıb mayın 25-i yekunlaşırdı. Lakin Avropa təhsil sisteminə inteqrasiya əsas gətirilərək, 2004-cü ildən Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu dəyişiklik o dövrdə də insanlar tərəfindən böyük narazılıqla qarşılanmışdı. Dərslərin sentyabrın 15-dən başlamasından narazılıq edənlər bu gün də var. Müəllimlər də, valideynlər də tədris ilinin sentyabrın 1-də başlamasını daha məqbul hesab edirlər.
Təhsil ekspertlərinin də fikrincə, dərslərin sentyabrın 1-dən başlaması təhsil sisteminin düzgün qurulması baxımından önəmlidir. Dərslər sentyabrın 1-də başlayıb vaxtında bitərsə, uşaqların tətil müddəti də normal tənzimlənər.
Dünya ölkələrində tədris ilinin başlanılması fərqli tarixlərdə olsa da, bir çoxunda sentyabrın 1-də başlayır.
Rusiyada ənənəvi olaraq 1 sentyabr "Bilik günü"dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Kanadada, Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. Fransada yeni dərs ili sentyabrın əvvəlində başlayır, lakin dərslərin başlanacağı gün məktəblər tərəfindən təyin edilir. İrlandiyada və Sloveniyada da tədris ili sentyabrda başlayıb iyunda başa çatır. Ümumiyyətlə, heç bir ölkədə dərs ili hər hansı ayın ortasından yox, ayın əvvəlindən başlayır.
Təhsil eksperti Nadir İsrafilovun fikrincə, dərs ilinin başlanma vaxtının 15 gün irəli çəkilməsinin təhsilin keyfiyyətinə müsbət təsirindən çox mənfi təsirləri olub. Buna görə də o, dərslərin sentyabrın 1-dən başlanmasını məqsədəuyğun hesab edir:
"Tədris ilinə sentyabrın 1-dən başlanması Sovet dövründən qalma ənənə hesab olunduğu üçün dəyişdirildi. Ancaq bunu o dövrün ənənəsi hesab edib dəyişmək doğru qərar deyil. Bu qərar verildikdə çox insanlar dərslərin sentyabrın 15-də keçirilməsinə qarşı çıxdı. Ancaq nəticə olmadı. Bu illər ərzində biz bu dəyişikliklə elə bir nailiyyət də əldə etmədik, şagirdlərin dərs yükü də azalmadı. May ayının sonlarından etibarən istilər düşür və şagirdlər də dərsə getmirlər. Dərs proqramı da başa çatdığından, məktəblər boş qalır. Deməli, boş yerə müəllimlər əziyyət çəkib dərsə gəlirlər".
N.İsrafilov vurğulayıb ki, dərslərin iyunun 15-də başa çatması Dövlət İmtahan Mərkəzinin də imtahan qrafikinə mənfi təsir göstərir:
"Dövlət İmthahan Mərkəzi dərs ili başa çatmamış qəbul imtahanı keçirir. DİM-dən də hər dəfə deyilir ki, keçirilməmiş proqram imtahana salınmır, insanlar buna inanmırlar, narazılıq, gərginlik yaranır. Bu səbəbdən də Təhsil Nazirliyi dərs ilinin başlanma və başa çatma vaxtının dəyişdirilməsi üçün Nazirlər Kabinetinə təklif verməlidır. Dərslər sentyabrın 15-i yox, 1-i başlamalıdır".
Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, təhsilin müddəti uzandıqca keyfiyyət də azalır. Dərslərin 14 iyuna qədər davam etməsi həm müəllimləri, həm də şagirdləri yorur. Yay aylarında şagirdlərin dərs oxumağa bir o qədər də həvəsi olmur. İyunun ortalarına kimi uzadılan dərslərin heç bir mənası yoxdur. Çünki şagirdlər dərsdə həvəssiz şəkildə, candərdi otururlar. Bunun isə nə müəllimə, nə də şagirdə faydası ola bilməz:
"İyunda övladını məktəbə aparıb-gətirmək valideynlər üçün də çətindir. Fikrimcə, tədris sentyabrın 1-də başlasa, daha yaxşıdır. Biz də artıq dünya təcrübəsindəki kimi 36 həftəlik tədrisə keçməliyik. Bu, təhsilin keyfiyyətinə müsbət mənada təsir edəcək".
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyir ki, dərslər sentyabrın 1-də başlasa, daha yaxşı olar:
“Mən özüm də bir neçə ildir ki, bu təklifi irəli sürür, belə bir qərarın qəbul olunmasının vacib olduğunu deyirəm. Düşünürəm ki, məhz dərslərin sentyabrın 15-dən deyil, 1-dən başlamasını təmin etmək lazımdır. Bu təbii ki, Elm və Təhsil Nazirliyinin verəcəyi qərardan asılı deyil. Bununla bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır. Bu gün müxtəlif ölkələrdəki təcrübələrə nəzər salsaq, görərik ki, fərqli ölkələrdə tətillərə fərqli zaman ayırıblar. Amma Azərbaycandakı qədər yay tətilinə zaman ayrılması çox az sayda ölkədə təsadüf edilir. Nümunə olaraq deyə bilərəm ki, Bakıda fəaliyyət göstərən bir neçə özəl məktəblərdə dərslər avqustun 15-dən başlayır. Təbii ki, onlar kondisioner sistemi ilə təchiz olunub, bu ayrı bir mövzudur. Yəni demək istəyirəm ki, bu, mümkündür. Əlbəttə, demirəm ki, məktəblər avqustdan açılsın. Lakin dərslərin sentyabrın 1-dən başlaması mümkündür. Eyni zamanda tətillərin bu qədər uzun müddət olması şagirdlərin də dərslərdən uzaqlaşmasına səbəb olur. Məktəblər açılandan sonra təxminən bir həftə ərzində şagirdlər dərslərə adaptasiya olur”.
Təhsil eksperti Elçin Əfəndi bildirib ki, dərslərin sentyabrın 1-i başlayıb iyunun 14-də bitməsi ilə bağlı təklif həm də adaptasiya məsələsinə əsaslanır:
“Çünki dərslər sentyabrın 15-i başlayanda şagirdlərin davamiyyət göstəriciləri o qədər ideal olmur. Bəziləri hələ istirahətdən qayıtmırlar, bəziləri qayıtsa belə dərsə gedib-gəlməyə bir qədər tərəddüdlə yanaşırlar. Bu prosesi iki həftə qabağa çəkəndə artıq onlar dərs prosesinə rahat uyğunlaşırlar. Bu qərar verilsə, ümumilikdə təhsil göstəricilərinə keyfiyyət qatacağını demək doğru olmaz. Çünki bu göstəricilər tədris ilinin uzunluğu və ya qısalığından asılı deyil. Burada daha çox təhsilverənlərin keyfiyyətli tədris həyata keçirməsindən, şagirdlərin dərs vəsaitlərini qavramasından, tədris proqramları və sair amillərdən asılıdır”.
Ekspert qeyd edib ki, tədris sentyabrın 1-i başlasa, qəbul prosesi istiqamətində də iş aprılmalıdır:
“Qəbul məsələsi də avqustun axırınadək yekunlaşmalıdır, hazırki vəziyyətdə müvafiq qəbul prosesində hətta tələbələrin yerləşdirilməsi sentyabrın 20-dək gedib çıxır”.
Elçin Əfəndinin fikrincə, dünyanın əksər ölkələrində 3-4 həftəlik tətil dövrü var, qalan aylar ancaq tədris dönəmidir:
“Məsələn, Yaponiyada mart-aprel ayında şagirdlər tətildə olurlar, aprelin sonundan sonra yeni tədris ili başlayır. Təhsilin keyfiyyət göstəricisi baxımından Yaponiya ilə Azərbaycanın ümumi inkişaf səviyyəsini bir götürməyimiz düzgün deyil. Bunları tətbiq etməklə təhsilin keyfiyyətinin yüksək olacağını deyə bilmərik. Təbii ki, mövcud tətbiqdən ən azı 5-10 il keçməlidir ki, onun mümkün nəticələrini görə bilək. Düşünürəm ki, dərslərin sentyabrın 1-i başlaması şagirdlərin dərsə davamiyyət, eyni zamanda ümumi təhsil prosesinə daha tez adaptasiyana gətirib çıxarar”.
Valideyn Cəmilə Quliyeva dərslərin sentyabrın 1-dən başlamasını istəyir: "Dərslər sentyabrın 1-i başlasa çox yaxşı olar. Çünki tədris ili sentyabrın 15-i başlayanda iyunun 14-də sona çatır. Vaxtı 14 gün uzatmaqla nəyəsə nail olunmur. Əksinə, uşaq bu 14 gündə boş boşuna vaxt itirir. Heç müəllimlər də normal dərs keçmirlər. May ayının sonu müəllimlər proqramı yekunlaşdırır, kitablar yığılır. Bundan sonra dərsə getmək əlavə vaxt itkisindən başqa bir şey deyil. Bir sözlə, məktəbə boş-boşuna gedib-gəlirlər, məcburiyyətdən. Əlaqədar qurumlardan çox xahiş edirəm ki, tədris ili mayın 31-i başa çatsın. Nə bizi, nə də övladlarımızı əlavə əziyyətə salsınlar”.
Müəllim Bəsti Qaraşovanın sözlərinə görə, dərslərin əvvəlki illərdə olduğu kimi sentyabrın 1-də başlaması daha məqsədəuyğundur:
"May ayından sonra şagirdlər demək olar ki, dərsə, oxumağa maraq göstərmirlər. Müəllimə qulaq asmaq, nəyisə öyrənmək, ümumiyyətlə, məktəbə gəlmək istəmirlər. Müəllimlərin çoxu, biri elə mən özüm, mayın 25-dən sonra uşaqları dərsə qulaq asmağa, oxumağa bir növ məcbur edirik. Şagirdlər də məcbur olduqları üçün müəllimə diqqətlə qulaq asmırlar. Bunun da heç bir müsbət nəticəsini görmürük. Ona görə də hesab edirəm ki, dərslər sentyabrın 1-i başlayıb mayın 31-də yekunlaşsa, yaxşıdır".
Millət vəkili Musa Quliyev deyir ki, neçə illərdir, parlamentdə dərs ilinin sentyabrın 1-də başlamasına dair təkliflər verilir:
"Fikrimcə, dərs ili sentyabrın 1-dən başlamalıdır. Heç kəsə sirr deyil ki, may ayının sonlarından məktəblərimizdə, xüsusilə yuxarı siniflərdə dərs keçilmir. Ona görə də dərs ilinin mayın sonlarında başa çatması düzgün olardı".
Millət vəkili Ceyhun Məmmədov da dərslərin sentyabrın 1-dən başlamasının tərəfdarı olduğunu bildirib:
“Dəfələrlə bu mövzuda öz fikrimi bildirmişəm. Hesab edirəm ki, dərslər sentyabrın 1-dən başlamalıdır. Rəy sorğuları, vətəndaşların fikirləri də bunu təsdiqləyir. Burada parlamentdən asılı bir məsələ yoxdur. Məsələ daha çox Elm və Təhsil Nazirliyinə aiddir. Lakin tələsmək də olmaz. Aidiyyəti orqanlar məsələni dərindən öyrənməli, araşdırmalı, daha sonra Prezident Administrasiyasında məsləhətləşmələr aparmalıdır. Ondan sonra müvafiq qərarlar qəbul oluna bilər".
Millət vəkili Fazil Mustafa da dərslərin sentyabrın 1-dən başlamasının tərəfdarıdır:
"Müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də birincisi orta və ali məktəblərdə dərslərin sentyabrın 15-dən başlaması barədə qərardır.
Fikrimcə, bu qərar təhsil sistemimizdə məqsədli şəkildə dolaşıqlıq yaratmaq üçün verilib. Məhz bu qərara görə Azərbaycanda bütün tədris planı ala-bula olub. Yalan deyirlər, mayın 25-dən sonra heç bir məktəbdə normal dərs keçirilmir, bütün təhsil sistemimiz bu mənasız qərarın girovuna çevrilib. Heç bir ciddi əsaslandırması da yoxdur”.
Fazil Mustafa müəllimlərin də iyun ayının 15-dək olan mənasız uzatmalardan bezdiyini bildirib:
“Müzakirəyə çıxarın görək, neçə faiz ağıllı tapılacaq ki, dərslərin 15 gün gec başlamasını dəstəkləsin? Mən tam əminliklə deyirəm, dərslərin sentyabrın 1-dən başlaması haqda qərar verilsə, bu, tədrisin keyfiyyətinə dərhal öz təsirini göstərəcək. Tədrisdə itirilən bir gün belə önəmlidir. Dərslər sentyabrın 1-dən başlamalıdır!”
Qeyd edək ki, bir müddət öncə Elm və Təhsil naziri Emin Əmrullayev də məktəblərdə dərslərin sentyabrın 1-dən başlamasının daha uyğun olduğunu bildirib:
"Hesab edirəm ki, tədris ilinin sentyabrın 1-dən başlaması daha məqsədəuyğundur. Bu, sadəcə istəkdir".
Mövzu ilə bağlı əlaqə saxladığımız Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda növbəti tədris ilində dərslərin sentyabrın 1-də başlamasına dair qərar yoxdur:
“Bilik Günü Nazirlər Kabineti tərəfindən verilən qərar əsasında sentyabrın 15-i müəyyən edilib. Nazirlik olaraq, biz hər hansı şərh verə bilmərik".Bakupost.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar