Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nəyisə dəyişmək yox, mövcud olanı təkmilləşdirmək daha uğurlu çıxış yolu ola bilər

Tarix: 18-07-2023 15:07     Baxış: 3244 A- / A+
MİQ imtahanın test mərhələsində texniki və digər problemlərin yaşanması nə dünənin, nə də bu günün məsələsi olmayıb, bu imtahanların keçirilməsinə başlanandan bəri zaman-zaman gündəmə gətirilib, sualların çətinliyindən, anlaşılmazlığından, uyğunsuzluğundan narazılıqlar və şikayətlər bildirilib. Vəziyyətdən çıxış yolu kimi imtahanların DİM tərəfindən keçirilməsinə dair təkliflər də irəli sürülüb.
Manevr.az xəbər verir ki, bu fikirləri “Təhsil365”ə açıqlamasında təhsil üzrə mütəxəssis Nadir İsrafilov deyib.
Ekspert bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən MİQ imtahanının test mərhələsini DİM-ə həvalə etməklə heç bir uğur əldə etməyin mümkün olmadığını vurğulayıb.
“Hesab edirəm ki, nəyisə dəyişmək yox, mövcud olanı təkmilləşdirmək daha uğurlu çıxış yolu ola bilər. Güman etmirəm ki, sualların tərtib olunmasını və imtahanların keçirilməsinin DİM-ə həvalə olunması bu sahədə nəyisə dəyişəcək. Əvvəlla, DİM onsuz da həddən artıq yüklüdür. Öz iş qrafikinin ancaq çatdıra bilir. Digər tərəfdən bir vəzifəni bir qurumdan alıb, digər quruma verilməsindən sonra nəyinsə müsbətə doğru dəyişəcəyinin o qədər də şahidi olmamışıq.”
Mütəxəssisin sözlərinə görə, gələcək zamanda Testologiya mərkəzi və ya institutu yaradılması, həmçinin MİQ üçün test suallarının hazırlanmasının həmin qruma həvalə olunması təklif olunub.
“İkncisi, DİM-in hazırladığı testlərdən və keçirdiyi imtahanlardan da narazılıqlar heç də az deyil. Hətta, artıq test hazırlamaq, vəsait buraxmaq və xüsusi proqramla fəaliyyət göstərmək səlahiyyətlərinin Dövlət İmtahan Mərkəzindən alınması. DİM-in yalnız imtahanı keçirən texniki qurum olması, əvəzində Testologiya mərkəzi və ya institutu yaradılması, sualların tərtibini məhz həmin quruma həvalə edilməsi barədə təklifləri dilə gətirənlər də var.
Xüsusilə də Bakı və regionlarda təşkil edilən Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahanların bir qrup iştirakçılarının prosesdən narazılıqla çıxmaları, həm ixtisas, həm də kurikulumdan anlaşılmaz sualların tərtib olunması ilə bağlı imtahanın yenidən təşkil edilməsi tələbləri bir daha göstərdi ki, bu sahədə nəsə bir təkmiləşdirmə və yenilənmə aparılması artıq zərurətə çevrilib. Nazirlik bu istiqamətdə monitorinqlər aparmalı, ümumiləşmiş təhlillələrə əsasən namizədlərin real bilik və bacarıqlarının ümumi səviyyəsinə uyğun suallar hazırlanmalı, prosedurun optimal varintını tapmalıdır”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar