Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elmi işi saxta olan məmurlar - İstəyirlər ki, məzarlarına “alim”, “professor” yazılsın

Tarix: 26-06-2023 10:43     Baxış: 3280 A- / A+


Elmi işi saxta olan məmurlar - İstəyirlər ki, məzarlarına “alim”, “professor” yazılsın


70 yaşı var, məzar daşına "professor" yazılması üçün elmi ad almaq istəyir...
 
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda plagiatlığa qarşı mübarizənin gücləndirilməsinin tərəfdarıdır. Bu yaxınlarda media qarşısında çıxış edən nazir saxtakarlığa əl atan elm adamlarının fəaliyyətinin ömürlük qadağan olunmasını təklif edib.
 
"Hesab edirəm ki, əqli mülkiyyətlə bağlı yuxarı yaş təbəqələri üçün cəza tədbirləri ağırlaşdırılmalıdır. Mən hesab edirəm ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. Bunun başqa yolu yoxdur", -  o deyib.
 
Nazirin çıxışı sosial şəbəkələrdə maraqlı müzakirələrə yol açıb. Sosial şəbəkə paylaşımlarında iddia olunur ki, plagiata əl atanlar arasında elm xadimləri ilə yanaşı, bəzi nazir və deputatlar da var. Belə ki, adları açıqlanmayan məmurların və parlamentrarilərin elmi işlərinin, habelə müəllifləri olduqları kitabların başqaları tərəfindən yazıldığı deyilir.
 
Deyilənlər nə qədər realdır? Saxtakarlığa yol verən məmurlar kimlərdir?
 

 
Mövzu ilə bağlı Modern.az-a danışan  tarixçi  alim, dosent Zaur Əliyev Azərbaycanda vəzifəli şəxslərin əsas plagiat mənbəyinin qəzetlər olduğunu düşünür.
O fikirlərini belə əsaslandırıb: “Azərbaycanda vəzifəli şəxslərdə görə biləcəyimiz bir nömrəli plagiat mənbəsi dövlət qəzetləridir. Azərbaycanın rəsmi qəzetləri var ki, onlar dövlətdən maliyyə alırlar. Bunlar əsasən plagiat mənbələridir. Əlbəttə, mən başa düşürəm ki, dövlətin özünün qoyduğu xüsusi yazı sistemi var, buna etiraz etmirəm. Amma mətbuatı izləsəniz görərsiniz ki, qəzetlərdə dərc olunan yazıların 90 faizi vəzifəli şəxslərin özlərinə məxsus deyil. Bunu tam əminliklə deyə bilərəm. Həmin yazıları məmurların köməkçiləri, yaxud digər şəxslər yazır. Bu yazıları diqqətlə izləsək,  görərik ki, 2 il öncə yayımlanmış yazılarla eynidir və başqasının adından yenidən verilib. Təkcə dövlət məmurlarının deyil, elm sahəsində tanınan ictimai-siyasi xadimlərin də dövlət haqqında yazdıqları yazılar plagiatdır. Onlar internetdə axtarış verir və bəyəndikləri yazını köçürüb göndərirlər. Qəzetlər isə bunun plagiat olub-olmamasını yoxlamır. Qəzetlərdə professional redaktorlar yoxdur ki, bu yazını yoxlasın. İkinci məsələ odur ki, vəzifəli şəxslərin standart düşüncə tərzi var. Standart düşüncə tərzi belədir: biz elə cümlələr qurmalıyıq ki, kimlərsə səhv tutub ittiham etməsin. Buna görə də, onlar standart sözlərdən istifadə edirlər. Standart sözlərin isə hamısı plagiatdır”.

Tanınmış alimin fikrincə, əsas problem peşəkar kadrların az olmasındadır:

“Bu gün Azərbaycanın yüksək vəzifəli şəxsləri dissertasiya işlərini müdafiə edib, diploma alır və alim olurlar.  Hətta bu yaxınlarda bir nəfərlə söhbət etdim. O bildirdi ki, uzun müddət hüquqşünas olaraq dövlət qulluğunda fəaliyyət göstərib. Nəyə görə 70 yaşında elmi ad almaq istədiyini soruşdum. Cavabında isə öldükdən sonra qəbrinin üstündə hüquq elmləri doktoru, professor yazılmasını istədiyini bildirdi. Bir neçə dəfə belə hallara şahid olmuşam. Bu gün Azərbaycanda məmurlar, yaxud yüksək səviyyəli şəxslər özləri oturub bir cümlə yazı yazmırlar. Azərbaycanda məmurların yanında çalışacaq və dövlət məmurlarının fikirlərini ortaya qoyacaq professional kadrlar yoxdur. Yəni prosesi izləyəcək və həmin proseslərdən təhlil yaradaraq ortaya analiz qoyacaq kadr yoxdur. Məmurların zamanı olmadığı üçün müəyyən şəxslərə lazımi sənədləri yazdırır və onlar da işinin tez bitməsi üçün qəzetlərdən və kitablardan yazıları olduğu kimi köçürüb təhvil verirlər. Məmurlar isə oxumadan saytlarda, televiziyalarda çıxış edir. Sonradan məlum olur ki, onun dedikləri və yazdıqları ondan əvvəl deyilib və yazılıb. Bunun kökündə isə peşəkar kadrların olmaması dayanır”.

Zaur Əliyev onu qeyd edib ki, məmurların xaricə göndərilən məqalələrinin 75 faizi plagiata görə geri qayıdır.

“Günah bizim təhsil sistemimizdədir. Bizdə elmi tədqiqat işlərinə şərait yaradılmır. Tələbələr sırf imtahan və tədris prosesində təhsil alır. Elmi tədqiqat işləri yoxdur. Plagiatın qarşısını almaq mümkün deyil. Tanış, yaxud pul. Bu gün Azərbaycanda bu iki amilin gücünə elmi iş, kitab yazanlar başqalarının fikirlərini oğurlayıb öz fikirləri kimi təqdim edirlər. Əgər elmi işini müdafiə etmiş məmurları Ali Attestasiya Komissiyasına çağırsalar, onların 90 fazinin işindən xəbəri olmayacaq. Problem sistemdədir. Azərbaycanda elm siyasəti ilə bağlı güclü qurum olmalıdır ki, buna icazə verilməsin. Bizim xaricə göndərdiyimiz məqalələrin, məmurların məqalələrinin 75 faizi plagiata görə geri qayıdır. 

Mən hesab edirəm ki, qəzetlərə, saytlara, Elmlər Akademiyasına, Ali Attestasiya Komissiyasına peşəkarlar gəlməlidir. İndi çoxları plagiatla məşğul olur, onlar elə bilir ki, belə də olmalıdır. Çünki pulu və hörməti var. Nəşriyyatlar, saytlar bundan imtina etməlidir. Amma edə bilmirlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar