Xəbər lenti
Sertifikasiya imtahanında kəsilən müəllim, yoxsa sertifikatlaşdırmadan keçməyən müəllim?
Nadir İsrafilov: “Bəlkə, hər şeyi öz adı ilə çağırsaq daha etik olar…?
Nəhayət sertifikasiyanın növbəti mərhələsini də başa vurduq. Rəsmi açıqlamalara görə ötən il test mərhələsinə dəvət edilən 11665 nəfərdən 11211-i imtahanda iştirak etmiş və onlardan 8843-ü keçid balını toplamışdı. Müsahibə mərhələsində 8784 nəfər təhsilverən iştirak etmiş və onlardan 8751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmişdi. Sertifikatlaşdırmadan keçmiş 3127 təhsilverənin vəzifə maaşına 35 faiz, 5624 təhsilverənə isə 10 faiz əlavə təyin edilmişdi. Sertifikatlaşdırılma prosesi zamanı birinci mərhələdən – test imtahanlarından 2427 müəllim 30 baldan az topladığına görə ikinci mərhələyə – müsahibəyə buraxılmamışdı. İkinci mərhələyə – müsahibəyə buraxılan müəllimlərdən isə 33 nəfər 20 baldan az topladığına görə sertifikatlaşdırmadan keçməmişdi.
Məqsədim heç də bunda deyil. Sadəcə açıqlamadakı bir cümlə diqqətimi çəkdi: “Beləliklə, ötən il 2460 ibtidai sinif müəllimi sertifikasiyadan kəsilmişdi.” Təkcə, bir bu cümlə olsaydı, hardasa ötüşmək olardı. Gəlin baxaq görək, bu kimi ifadələr yeganədirmi? “Sertifikasiyadan kəsilən müəllimlər işdən azad olunacaq?” ; “Sertifikasiyadan kəsilən müəllimlər işdən azad olunmalıdırlarmı?” sualına, “Bir dəfə sertifikasiya imtahanında kəsilən müəllim yalnız 2-ci şans əldə edəcək” və s. bu kimi sual-cavablara yazılı və elektron mediada azmı rast gəlirik?
Kiçik bir xatırlatma etmək yerinə düşər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”sı pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
“Qayda”nın müvafiq maddələrinə diqqət yetirək:
5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Göründüyü kimi uğursuz nəticə göstərmək “Qayda”da “imtahandan kəsilmək” kimi deyil, “keçid balını toplaya bilməyən”, “sertifikatlaşdırmadan keçməyən” kimi ifadə olunub. Yəni, olmazmı ki, cümləni “ötən il sertifikatlaşdırma prosesində imtahandan kəsilənlər”əvəzinə, Qaydaya müvafiq olaraq “ötən il sertifikatlaşdırma prosesində uğur qazanmayanlar” kimi işlədək? Kimsə mübahisə edib deyə bilər ki, sertifikatlaşdırmadan keçməyən və kəsilən mahiyyət etibarı ilə eyni şeydir. Xeyr, eyni şey deyil. İmtahandan kəsilmək ağır sözdür, Müəllim üçün isə bu, ikiqat ağır sözdür.
Növbəti illərdə digər fənn müəllimləri də sertifikasiya prosesinə cəlb olunacaqlar. Beş il ərzində bütün fənn müəllimlərinin sertifikatlaşdırmadan keçirilməsi planlaşdırılır. Gəlin, heç olmasa növbəti dəfələrdə müəllim “imtahandan kəsildi” sözünü dilimizə gətirməyək, sertifikasiyadan keçməyən müəllimlərin növbəti cəhddə keçməsinin təəssübkeşi, ilhamçısı və təminatçısı olaq. Bu gün təhsilimizin bir nömrəli problemi bütün vasitələrlə müəllim nüfuzunu qoruyub saxlamaqdan ibarətdir. Digər problemlər müəllim nüfuzu ilə bağlı məsələlərdir.TehsilForumu.Az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar