Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu təhsil müəssisələri universitetlərin tabeliyinə verilir - Universitetlərə qəbul asanlaşır?

Tarix: 24-06-2023 19:33     Baxış: 3221 A- / A+




Bir müddət öncə elm və təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, orta ixtisas təhsili müəssisələrinin bir hissəsinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi həyata keçirilir.
"Azərbaycandakı peşə təhsil müəssisələrinin infrastrukturu bu sahədə islahat aparmağa imkan vermir", - deyə o əlavə edib.
Bəs orta ixtisas təhsili müəssisələri universitetlərin tabeliyinə verilməsi hansı dəyişikliklərə səbəb olacaq? Univeristetlərə qəbul daha da asanlaşacaq?
Məsələ ilə bağlı Trend-in suallarını cavablayarkən təhsil eksperti Elçin Süleymanov orta ixtisas təhsili müəssisələri universitetlərin tabeliyinə verilməsinə ilk olaraq 2018-ci ildən başlanıldı.
"Pilot layihə olaraq bir neçə kollec,ixtisas məktəbi univeristetlərin tərkibinə verildi. 2030-a qədər artıq əksər orta ixtisas təhsili müəssisələrinin universitetlərin tabeliyinə veriləcək. Bu müsbət bir addımdır. Həmin müəssisəslərin universitetin tərkibində olması maddi-texniki baxımdan da əhəmiyyətlidir. Çünki universitetin maddi-texniki bazasından orta ixtisas təhsili müəssisələrinin tələbələri də istifadə edir. Müəllim professor heyəti daha hazırlıqlı, bu sahənin mütəxəssislərindən formalaşır. Eyni zamanda ixtisasların da proqramlarının bakalavr proqramıyla uzlaşmasına kömək edir", - deyə o əlavə edib.
Ekspert qeyd edib ki, qərbdə əksər ölkələrdə bu təcrübə var.
"Elə peşələr var ki, onun üçün dörd il bakalavr təhsilinə ehtiyac yoxdur. İki il müddətində də o peşəni bilən mütəxəssi hazırlanır. Bu həm də kollec məzunları üçün gələcəkdə bakalavr təhsili alması üçün əhəmiyyətlidir. Biri var hansısa regionun kollec məzunu, biri də var universiteti tərkibində olan kollec məzunu olasan. Bu həm də daha prestijlidir.
Orta ixtisas təhsili müəssisələrinin universitetlərin nəzdində olması təhsilin fasiləsizliyinə gətirib çıxaraq. Müəyyən mənada təhsil sahələrinin bir-birinə inteqrasiyasına səbəb olacaq", - deyə E.Süleymanov bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar