Xəbər lenti
Sertifikasiyanın təhsilin keyfiyyətinə təsiri - RƏY+ŞƏKİL
Məlum olduğu kimi, iyunun 20-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə başlanılıb.
Qaydaların tələblərinə müvafiq olaraq, test imtahanı ilə bağlı məlumat mayın 18-də iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bütün ölkə üzrə iyunun 20-23-də 20 000-ə yaxın təhsilverən ibtidai sinif, iyunun 24-də isə 8500-dən çox təhsilverən Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunub.
Ümumilikdə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
Bəs sertifikasiyanın təhsilin keyifiyyətinə təsiri nə olacaq? Bu suala ekspertlərin fikirləri ilə cavab tapmağa çalışdıq.
Təhsil üzrə mütəxəssis Nadir İsrafilov sertifikasiya imtahanlarının ümumi işin xeyrinə olduğunu hesab edir:
"İstənilən halda bu, ümumi işimizin xeyrinədir. Əgər bu il də ötənilki vəziyyət təkrarlansaydı, sertifikasiyaya inam itəcəkdi. Müəllimlərimizin üzü gülməlidir ki, onların yetirmələrinin də bu gülüşə böyük ehtiyacı var. Müəllimlərin aşağılanması təkcə təhsilimizə deyil, bütövlükdə cəmiyyətimizə başucalığı gətirmir. Ümid və arzu edək ki, sertifikasıiya həyacanı geridə qalacaq, bu sevinc və yüksəliş növbəti illərdə də davam edəcək. Ötən il zəif göstəriciləri olan müəllimlərimiz də ruhdan düşməsinlər. “Keçənə güzəşt deyərlər” atalar məsəlini xatırlayıb, özlərində yeni ruh yüksəkliyi yaratsınlar”.
Təhsil eksperti Kamran Əsədov saytımıza açıqlamasında bildirib ki, sertifikasiya müəllimlərin ən azı 3-5 ildən bir müəyyən qədər bilik və bacarıqlarını təkmilləşdirilməsi üçün lazımdır:
"Müəllimlər maaşların artımına görə, ən azından öz üzərlərində çalışmalıdırlar. Onlar sertifikasiyaya cəlb edilməlidirlər. Ancaq imtahan sualları və imtahan edənlərin mütləq şəkildə dəyişdirilməsinə ehtiyac var", - deyə K.Əsədov qeyd edib.
Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov "Tehsil.biz"ə açıqlamasında sertifikatlaşdırma prosesini dəstəklədiyini bildirib.
"Biliyi olanlar öyrədən olmalı, ixtisasını bilməyən sistemdən uzaqlaşdırılmalıdır. Kimin səriştəsi, biliyi, çalışqanlığı yerindədirsə, onlar övladlarımızı öyrətməlidir", - deyə Qoşqar Məhərrəmov qeyd edib.
Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin fikirlərinə görə, təhsildə inkişafa nail olmaq uzunmüddətli prosesdir:
"Nəticəni qısa zamanda görmək mümkün deyil. Gün olsun, hər kəs bu prosesə cəlb edilib, öz gücünə, dəyərinə bələd olsun. 10 ildir ki, müəllimlər sertifikasiya imtahanına cəlb edilir. Bu proses özəl sektora da öz işini qurmaqda böyük dəstək ola bilər".
Təhsil üzrə ekspert Elşən Qafarov "Tehsil.biz"ə sertifikasiyanın işə qəbul və ya hər hansı müsabiqə olmadığını deyib:
"Sertifikasiya müəllimlərin peşə yararlılığını, peşəkarlığını yoxlayan prosedurdur. Sertifikasiyadan keçən müəllimlər sübut edəcəklər ki, onlar təsadüfən bu peşəyə gəlib düşməyiblər və peşələri ilə bağlı minimal bilik və bacarıqlara malikdirlər".
Qeyd edək ki, bu gün sertifikatlaşdırma imtahanlarının son günüdür. Sertifikatlaşdırmadan keçən müəllimlərin vəzifə maaşına 10 %, test imtahanında 51 və daha artıq bal toplayanların vəzifə maaşına isə 35 % əlavə ediləcək. Əlavələr sentyabr ayından tətbiq olunacaq.
Mərcanə Əsədova

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar