Xəbər lenti
Yaşı 60-dan çox olan müəllimlər sertifikasiyadan niyə azad olunur? - TƏHLİL+ ŞƏKİL
"Məlumdur ki, sertifikasiya başlanandan bu yana yaşı 60-dan çox olan müəllimlərin sertifikasiyadan azad olunması ilə bağlı müzakirə və polemikalar səngiməyib. Ən çox mübahisə predmeti isə yaş senzi ilə bağlı olub. Məsələnin çözülməsinə dəstək olaraq müəllimlər, ekspertlər, daha sonra isə deputatlar qöşulub".
Manevr.az xəbər verir ki, bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
Ekspert bildirib ki, "Əmək və sosial siyasət Komitəsinin sədri Musa Quliyevin “yaş həddi insanın çalışma imkanına əngəl olmamalıdır. Əgər bilik və bacarığı, sağlamlığı imkan verirsə, müvafiq sertifikasiya və attestasiyadan keçibsə, formal yaş məhdudiyyətinə görə insanları əmək fəaliyyətindən kənarda qoymaq doğru deyil” kimi çağırışı, bir müddət öncə millət vəkili Məlahət İbrahimqızının yaş senzinin ləğv olunması tələbi, səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün qoyulan yaş həddinin artırılması, 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxılmalı olduğu barədə təklifi, Millət vəkili Vüqar Bayramov isə ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olmasına diqqət yetirməsi bu məsələni yenidən gündəmə gətirib:
"Ümumiyyətlə yekun rəy əsasən ondan ibarət olub ki, “yaş həddi insanın çalışma imkanına əngəl olmamalıdır. Əgər bilik və bacarığı, sağlamlığı imkan verirsə, müvafiq sertifikasiya və attestasiyadan keçibsə, formal yaş məhdudiyyətinə görə insanları əmək fəaliyyətindən kənarda qoymaq doğru deyil. Bu, vətəndaşın Konstitusiya ilə təmin olunan əmək hüququnun pozulmasıdır. Nazirliyin mövqeyi isə hələ ki, ondan ibarətdir ki, “60 yaşı tamam olan müəllimlərin sertifikasiya imtahanlarında iştirakı könüllü xarakter daşıyacaqsa, onlar yalnız istədikləri təqdirdə müəllimlərin işə qəbul imtahanında iştirak edəcəklər. Əgər iştirak etsələr əməkhaqlarında təbii ki, dəyişiklik olacaq. MİQ-də iştirak etməsələr artım onlara şamil olunmayacaq. Qanunvericiliyə təklif edilən dəyişiklik qəbul olunarsa, 60 yaş üzəri müəllimlərin sertifikasiyada iştirakı könüllü olacaq. Hazırda məktəblərdə yaşı 60-dan artıq olan 5 mindən çox müəllim işləyir. Təkliflər hələ qəbul edilmədiyindən həmin müəllimlərə də iştirakla bağlı SMS göndəriləcək. Dəyişiklik olsa, məsələyə yenidən baxilacaq”.
Ekspertin sözlərinə görə, real vəziyyət göstərir ki, gənclər işlə təmin olunmalarında yaşlı nəslin onlara maneə törətdiklərindən şikayətlənir, yaşlı nəsil isə gənclərin təcrübəsizliyindən gileylənir:
"Əslində yaşlılarla gənc nəsil arasında bir növ psixoloji savaş yaranıb. Beləliklə, bu gün bir tərəfdə təqaüd məbləği ilə bağlı yenə çalışmaq məcburiyyətində qalan yaşlı müəllimlər, digər tərəfdə isə işlə təmin olunmaq istəyən gənclər dayanıb. fılhılpBir də ki, gəncdir deyə işləməlidir, yaşlıdır deyə getməlidir deyilən bir anlayış yoxdur. Təcrübəli yaşlı müəllimləri sıxışdırmaq yolu ilə təcrübəsiz gənc müəllimlərə yol açmaq da, gənclərə etimad göstərmək mənasına gələ bilməz. Heç də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilərkən nüfuz kəlməsi altında, “müəllim peşəsi” nəzərdə tutulur, “müəllimin yaş senzi” yox. Sertifikasiyanın məqsədlərindən biri də məhz yaşından asılı olmayaraq müəllim əməyinin stimullaşdırılması və əmək haqqına differensial yanaşmanın tətbiq olunmasıdır. Bu mənada hər kəs öz göstəricilərinə görə qiymətini almalıdır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar