Xəbər lenti
Təhsil sahəsində növbəti eksperiment – Dövlət imtahanının ləğvi hansı nəticələri doğuracaq?
Gələn ildən ali məktəblərdə dövlət imtahanı ləğv olunacaq. Bunun əvəzində tələbələr diplom işi təqdim edəcəklər. Cəmiyyətdə birmənalı qarşılanmayan bu məsələ ilə bağlı təhsil üzrə ekspertlərin fikirlərini öyrəndik.
Manevr.az-ın xəbərinə görə, təhsil üzrə ekspert Nadir İsrafilov Bizim.Media-ya bildirib ki, ali məktəblərdə dövlət imtahanlarının ləğv olunması məsələsi artıq masadadır:
Dövlət imtahanı başa düşüləndir, bəs bu hesabat nə olan şeydir? Tələbə 4 il get-gəldən sonra nəyin hesabatını verəcək? Hara gedib gəldiyinin, yoxsa nə oxuduğunun hesabatını verməlidir?
İndi də başlayıblar dövlət imtahanlarının tamamilə ləğv olunması məsələsini qaldırmağa. Doğrudur, imtahanların məzmunu yenilənməlidir, yeni modellər tətbiq olunmalıdır. Amma bunlar ölçülüb biçilməlidir. Dünyanın hansısa bir ölkəsində bir uğurlu təcrübə varsa onu kopyalayıb ölkəmizdə tətbiq etməməliyik. Çünki, hər ölkənin öz inkişaf səviyyəsi, mental xüsusiyyətləri var”.
Nadir İsrafilovun iradları bununla bitmir:
“Yaxşı, dövlət imtahanı ləğv olundu. Onun əvəzinə təklif olunan diplom işi nə qədər idealdır? Deyirlər ki, dövlət imtahanında subyektivlik var. Razıyam. Bəs, diplom işinin müdafiəsindəki şəffaflığa kim təminat verəcək? Kim təminat verə bilər ki, diplom işini tələbə rüşvətlə yox, özü yazıb hazırlayacaq?!
Çox təəssüf ki, təhsil sistemi bu gün eksperiment poliqonuna çevrilib. Hər il yerli-yersiz o qədər qaydalar tətbiq edirik ki... Bu il tədris fənlərini dəyişirik, o biri il imtahanın formasını dəyişirik.
Ən pisi də odur ki, tətbiqin adaptasiya dövrünü gözləmirik. Çünki, bir çox qərarlar kollegial yox, şəxsi olur. Hər məmur öz ideyasını vacib və zəruri hesab edir. Əslində istənilən yenilik pilot layihə kimi həyata keçirilməlidir. Məsələn, dövlət imtahanının ləğvi əvvəlcə bir-iki universitetdə tətbiq edilməlidir. Əgər bu tətbiq bir-iki ilə müsbət nəticə versə onda bütün universitetlər bunun tətbiqini reallaşdırmalıdır. Ona görə də kütləvi şəkildə dövlət imtahanının ləğvinin mən əleyhinəyəm”.
Təhsil üzrə ekspert digər bir vacib məqama da toxunub:
“Sovet dövləti dağılandan sonra Avropa təhsil sisteminə inteqrasiya etməyə başladıq. Lakin bu inteqrasiya prosesində bir sıra yanlışlıqlara yol verdik. Çünki, həm sovet təhsil sistemindən tam qurtula bilmədik, həm də inteqrasiya prosesi ümummilli maraqlara deyil, ayrı-ayrı məmurların şəxsi təşəbbüslərinə söykənirdi. Çox təəssüf ki, bu gün də belədir. Təsəvvür edin ki, “Təhsil haqqında” qanuna son 1 ildə nə qədər dəyişiklilklər edilib?! Bu qədər dəyişikliklər əslində təhsil islahatına əngəl törədir. Biz, istənilən dəyişikliyin nəticəsini gözləmədən digərini başlayırıq. Bu da çox zaman eksperimentlərimizi uğursuzluqla sonlandırır”.
Təhsil üzrə ekspert Elşad Qafarov isə dövlət imtahanının ləğvini zəruri hesab edir:
“Ali məktəblərdə dövlət imtahanının ləğvi bir neçə il idi ki, gündəmdə idi. Bu da təsadüfi deyil. Çünki, yeni attestasiya qaydaları təsdiq olunmalıdır. Bu attestasiyanın yekunu olaraq məzunlara dövlət nümunəli sənəd verilməlidir. Hesab edirəm ki, ötən əsrin 60-70-ci illərin şablonlarına, məzunlarımızın əmək bazarına layiq olduğu kadr kimi yetişməsinə yenidən baxmalıyıq.
Ümumiyyətlə, ali təhsilin məzmununda ciddi dəyişikliklər lazımdır. Ali məktəblərdə praktik dərslərin həcmi artırılmalıdır. Hesab edirəm ki, birinci kursda dərslərin 20 faizi praktik olmalıdır. İkinci kursda bu 40, üçüncü kursda 60, dördüncü kursda isə bu 80 faizə qaldırılmalıdır. Nəticədə məzunun diplom işi bir tədqiqat mənbəyinə çevrilməlidir. Yəni hansı sahə üzrə kadr hazırlanırsa, tələbə o sahə üzrə daha çox tədqiqat işlərini verməklə yekunda attestasiyaya gəlib çıxa bilər.
Dövlət imtahanı yolu ilə attestasiyanın keçirilməsi bəzən neqativ hallara gətirib çıxarır. Ona görə də məzun olan hər bir tələbə ortaya tədqiqat işi qoymalıdır. Və sonda da tələbənin biliyinin attestasiyası həmin tədqiqat işinə görə aparılmalıdır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar