Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Müəllim-valideyn münasibətləri yeni müstəviyə qaldırlmadıqca…” - Təhsil eksperti

Tarix: 12-05-2023 20:48     Baxış: 3374 A- / A+
Manevr.az xəbər verir ki , “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi bu sözlər dövlətin, cəmiyyətin həyatında təhsilin, elmin, məktəbin ən vacib amil olduğunu, məktəbin, təhsilin, elmin uğur qazanmasında valideyinlərin, bütövlükdə cəmiyyətin xüsusi rolunu, yerini və vəzifələrini bir daha təsdiqləyir.
Bu gün həssas və mühüm inkişaf sahəsi sayılan təhsildə dinamik dəyişikliklər, müasir islahatlar aparılır. İslahatlarda təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar, yeni stereotiplər formalaşır, diqqət və qayğı artırılır. Təlim-tərbiyənin, təhsilin komponentləri, faydalanan hədəf qrupları, iştirakçılar və idarəedicilər dəqiqləşdirilir, vəzifə, məsuliyyət və hüquqlar dəyərləndirilir. Pedaqoji heyətin, müəllimin imkanları ilə yanaşı, alternativ imkanlar araşdırılır, ailənin, valideynin bu proseslərdə rolu və məsuliyyəti məsələsi aktuallaşır. Valideynlərin təlim-tədris prosesinə cəlb etmək üçün yeni modullar düşünülür, bu sahədə maarifçilik və praktik tədbirlər həyata keçirilir.
Hal-hazırda valideynlər, məktəb kollektivi və rəhbərliyi arasında qarşılıqlı münasibətləri tənzimləyən əməkdaşlıq konsepsiyası yoxdur. Bu qarşılıqlı münasibətlərin təşkil edilməsi və tənzimlənməsinin vahid sistemi işlənib hazırlanmamışdır. Məktəb rəhbərlərinin pedaqoji kollektivlə valideyn resurslarından səmərəli istifadə etmə istiqamətində apardıqları iş bir o qədər effektli deyil, müəllimlərin valideynlərlə apardığı iş o qədər də ürəkaçan deyil. Valideynlərin məktəb həyatına cəlb olunması mexanizmi, onların təhsilin imkişafında iştirakı, məktəbə kömək imkanlarını müəyyənləşdirən konsepsiyanın ortalığa qoyulmasına böyük ehtiyac duyulur.
Belə ki, bu sahədə fəaliyyətin uğuru əsasən iki amildən asılıdır: Təhsil sisteminin, təlim-tərbiyə işinin konseptual dəstəklənməsi və məktəbə, məktəb kollektivinin bütün üzvlərinə cəmiyyət və ictimaiyyət tərəfindən hörmət və qiymətləndirmə mədəniyyətinin formalaşdırılması.
Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz fikirlə razılaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır. Məktəbin və cəmiyyətin vəziyyəti arasında həmişə bir eyniyyətin olması fikri bir çox mütəfəkkirlərimizin yaradıcılığında də də özünə geniş yer alıb.. Ancaq, indi bir çoxları tərəfindən nədənsə valideyn-müəllim-şagird münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxılır. Bəlkə də, yüksək texnologiyaların insanlararası canlı ünsiyyəti üstələməsi, virtuallıq buna şərait yaradır. Ona görə də valideynlə müəllim arasında sanki, müəyyən uçurum yaranıb.
Bir vaxtlar “Məktəb üçbucağı”- məktəb, ailə və cəmiyyət anlayışı pedaqoji ədəbiyyatda və kütləvi mətbuatda ən çox işlənən ifadələrdən biri idi. Hamı dərk edirdi ki,bu üçbucağın bütün mexanizmləri işlək vəziyyətə gətiriləndə məktəb həyatı da saat mexanizmi kimi işləyir, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara və nailiyyətlərə gətirib çıxarır. Hansı tərəfdəsə ciddi çatışmazlıq olarsa, onda həm cəmiyyət, həm ailə, həm də məktəb problemlər qarşısında qalır, arzuolunmaz nəticələrə gətirib çıxarır. Axı, insanı yetişdirən, formalaşdıran ilk ocaq sayılan ailədən sonra məktəb və pedaqoji mühitdir, və burada hər şey düzgün idarəçilikdən asılıdır.
Heç də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını tələb edir. Təhsil siyasətinin uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.
Bu kimi məsul vəzifələrin yerinə yetirilməsində 2005-ci ildə Təhsil Nazirliyinin və BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə yaradılmış “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” - AVMA təhsil platformasıdır. Assosiasiya təhsilə, məktəbə dəstək funksiyasını, eyni zamanda, qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyə uyğun olaraq ictimai nəzarəti həyata keçirir. AVMA-nın əsas məqsədi ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, təhsil mühitinin formalaşdırılmasına dəstək olmaq, həmçinin müəllim, valideyn və şagirdlərin hüquqlarını müdafiə etmək və müxtəlif sosial xarakterli layihələri həyata keçirməkdir. Assosiasiya həm məktəbə ictimai nəzarət edir, həm də təhsil müəssisələrinə maddi, texniki və mənəvi dəstək olur. AVMA artıq ictimaiyyət tərəfindən cəmiyyətdə təhsilə böyük dayaq mərkəzlərindən biri kimi dəyərləndirilir. Sıralarında böyük kollektivi - təhsil ekspertlərini, müəllimləri, məktəb direktorlarını, valideyn və şagirdləri birləşdirən assosiasiya Bakıda və regionlarda təhsil müəssisələrində bir sıra təlim, görüşlər təşkil edib, müxtəlif layihə və proqramlar həyata keçirib.
Bu gün müasir kurikulumun tələbləri, xüsusilə də məktəb valideyn münasibətlərində yaranan, yumşaq şəkildə desək müəyyən sərinlik, müəllim-şagird arasında baş verən bir sıra xoşagəlməz anlaşılmazlıqlar bizi əslində bir növ məktəb ailə münasibətlərini yeni müstəviyə qaldırılması zərurəti ilə üz-üzə qoyub. Maraqlı olan əsas tərəflərdən biri kimi valideynlər təhsil prosesinin fəal iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə demokratik, aşkarlıq və şəffaflıq ab-havası gətirirlər, şagird-müəllim-valideyn əlaqələrinin mərkəzində dayanaraq, məktəbin məhsuldar fəaliyyətini tənzimləyirlər. Məktəblərdə yaradılan assosasiya, komitə, icma olmasından asılı olmayaraq bunun bir adı, bir məramı, bir məqsədi var – birgə əməkdaşlığa əsaslanmaq fərdin, şəxsiyyətin formalaşdırılması və inkişafının tənzimləyicisi olmaq.
Ümidvar olaq ki, “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası”nın sabah keçiriləcək, ölkə ictimaiyyəti nümayəndələrinin iştirak edəcəyi 16-cı Ümumi Yığıncağı məktəb – valideyn – müəllim münasibətlərinin yeni mərhələyə qədəm qoymasına impuls verəcək, bu sahədə görüləcək işlərin daha da canlandırılmasına və təkmilləşdirilməsinə təsirsiz ötüşməyəcək. Unutmayaq ki, müəllim-valideyn münasibətləri yeni müstəviyə qaldırlmadıqca, məktəblərdə və ailədə tərbiyə işinin vəhdətinə nail olmaqda müəyyən problemlərin yaşanması qaçılmaz olacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar