Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Repetitor olmasa, təhsildə nə dəyişər? - Hətta nazir də bunu etiraf edib...

Tarix: 09-05-2023 20:30     Baxış: 3263 A- / A+


Repetitor olmasa, təhsildə nə dəyişər? - Hətta nazir də bunu etiraf edib...
Azərbaycanda repetitorluq fəaliyyətinə münasibət birmənalı deyil. Bir çox valideynlər övladlarının yaxşı nəticə əldə etməsində repetitorların böyük rol oynadığını deyir, bəzi millət vəkilləri isə bunun əksini düşünür. Belə ki, əksər parlamentarilər hesab edirlər ki, repetitorluq fəaliyyətinə son qoymaqla, diqqəti orta məktəblərdə təhsilin inkişafına yönəltmək lazımdır.
 
Bəs repetitorlar olmasa, təhsilimizdə nə dəyişər? Onların fəaliyyəti vacibdirsə, qanunla necə tənzimlənməlidir?
 
Manevr.az bildirir ki, mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Nadir İsrafilov hesab edir ki, dövlət repetitorluq fəaliyyətinə ciddi nəzarət etməlidir:
 
“Təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda, birmənalı qarşılanmayan problem olaraq qalan, el arasında “zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandırılsa belə,  ilk vaxtlar təzahür kimi ortaya çıxan və günümüzdə təhsilin əsas problemlərindən birinə çevrilən bu qeyri-rəsmi fəaliyyət növü haqqında ən aşağı və yüksək səviyyələrdə nələr deyilməyib, nələr yazılmayıb…
 
Bununla belə hələ ki məsələyə rəsmi mövqeyimiz ondan ibarətdir ki, “təhsil sistemi ən öndə olan ölkələrdə də repetitor fəaliyyətindən istifadə edilir”, “Hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər”, “Repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər”, “Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər” və s. 
 
Artıq bir çox müəllimlər, təkcə dövlət büdcəsindən maaş alan qulluqçu kimi yox, həm də “repetitor” biznes strukturunun əməkdaşları kimi fəaliyyət göstərirlər. Razılaşaq ki, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına, başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər fəaliyyət növü ilə məşğul olmaq onların Konstitusiya ilə təsbit olunmuş hüququdur. Digər tərəfdən mövcud durumda repetitorluq bu dərəcədə qaçılmazdırsa, məktəblərin reytinqi hələ ki, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünək”.
 

 
Ekspert məktəblərdə təhsilin səviyyəsinin ürəkaçan olmadığını, hətta nazirin də bunu etiraf etdiyini söyləyib:
 
“Repetitorluğun qayəsini ali məktəbə hazırlıq təşkil edirsə və nazir də etiraf edirsə ki, “Məktəblər təhsil vermir və biz bunu bilirik”; “Biz əgər mərkəzləşmiş imtahan ediriksə, repetitorluq üçün hər zaman münbit şərait olacaq”; “Repetitor ali təhsil müəssisələrinə qəbul üçün lazımdır” istənilən halda biz bu vəziyyətlə bağlı nəsə etməliyik.
 
Bir neçə il öncə, Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər yayılmışdı. Açıqlamalara və rəsmi məlumatlara əsasən məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verilməsi bildirilirdi. Qərara əsasən, təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə, üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalaya bilərdi. Bakı şəhəri üzrə Təhsil idarəsi rəsmisinin sözlərinə görə, valdeynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstəriləcəkdi. Bu variant da elə vəd olaraq qaldı.
 
İstəsək də, istəməsək də nazirin bir fikri ilə razılaşmalıyıq ki, “Nələrisə dəyişsək, repetitorluq öz-özünə əhəmiyyətsizləşəcək". Ancaq nələr və bu nələri kimlər dəyişməlidir? Bu suala cavab versək, repetitorluq təhsilimizdə necə təşəkkül tapmışdısa, eləcə də təhsilimizi tərk edib gedəcək”.
 

 
Təhsil eksperti Kamran Əsədov isə şagirdlərin kurslara və repetitorlara müraciət etmədiyi təqdirdə yüksək nəticə qazanmasının inandırıcı olmadığını bildirib.
 
“Əfsuslar olsun ki, nəinki ölkəmizdə, hətta postsovet ölkələrinin əksəriyyətində təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir. Bunun səbəbləri kifayət qədər dərindir. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq lazımdır. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repetitorlara müaciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz.
 
Əslində, təhsildə kütləvi şəkildə repetitorluq modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular. Repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir. Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edir. Bu şərtlə ki, şagirdə həm valideyn ciddi nəzarət etsin, həm də məktəb dərsin keyfiyyətinə fikir versin”.
 
Ekspertin fikrincə, son vaxtlar xidmət haqqına görə abituriyentlərin repetitorlara müraciəti azalıb.
 
“Abituriyentlərin repetitorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır. İllərlə bu sahədə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymətə xidmət təklif edirlər. Valideynlər isə daha ucuz xidmət haqqına meyl edirlər. Valideyin iki repetitora 200 manat verməkdənsə, 5 fənn üzrə kursa göndərməyi üstün tutur. Bundan başqa, son dövrlərdə qəbul imtahanlarında baş verən dəyişiklikləri repetitorlar yaxşı mənimsəmir, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə müracət etməli olurlar.
 
Hesab edirəm ki, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərir. Ona görə də Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Dövlət Vergi Xidmətinin iştirakı ilə komissiya yaratmaq olar. Həmin komissiya tərəfindən təhsil xidmətləri göstərən şəxslər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir. Bu gün taksi fəaliyyəti göstərmək üçün uyğunluq sertifikatı verilir. Düşünürəm ki, bunu repetitorluq, hazırlıq kursları sisteminə də tətbiq etmək lazımdır”.
 

 
Ekspert, həmçinin repetitorluq fəaliyyətinin bir qisim işsiz və ya cüzi əmək haqqı alan alim və müəllimlərimizin əsas gəlir mənbəyinə çevrildiyini vurğulayıb:
 
“Ümumilikdə, repetitorluq əvvəldən mövcud olub, maddi cəhətdən imkanlı insanların övladları üçün nəzərdə tutulan xüsusi təlim-tədris vasitəsi kimi yüksək səviyyəli elitaların yetişdirilməsində mühüm rol oynayıb. Təəssüflər olsun ki, hazırda müəyyən istisna hallardan başqa, bu qədim təlim-tədris vasitəsi öz tarixi mahiyyətini itirərək, bir qisim işsiz, habelə cüzi əməkhaqqı alan alim və müəllimlərimizin əsas ruzi mənbəyinə çevrilib. Repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da istisna deyil. Ancaq bu gün repetitorların əksəriyyətini bilavasitə şagirdlərin orta məktəb müəllimləri təşkil edir. Müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcburən sövq edildiyini də qəbul etməyə borcluyuq. Bununla belə, istənilən halda repetitorluq təhsilin səviyyəsini aşağı salmaz, yalnız yüksəldə bilər və bayaq qeyd etdiyim kimi, əgər bu tədris vasitəsi də olmasaydı, bu gün təhsilimiz tamamilə iflasa uğrayardı”.
 

 
Təhsil eksperti İlqar Orucov repetitorluq fəaliyyəti ilə bağlı xüsusi qaydaların tətbiq olunmasının məqsədəuyğun olduğunu düşünür.
 
“Repetitorların fəaliyyətinin geniş yayılması günümüzün reallığıdır. Hazırda istənilən şəxs repetitorluq fəaliyyəti ilə məşğul ola bilir. Düşünürəm ki, bununla bağlı qadağaların tətbiqi mümkündür. Amma hazırda belə bir mexanizm yoxdur. Amma o mexanizmlər işlənib hazırlansa, bu fəaliyyət növü ilə bağlı çərçivələr müəyyənləşdirmək mümkündür. Fikrimcə, bu barədə geniş araşdırma aparmaq lazımdır. Çünki şəxs vergi verdiyini, müvafiq qeydiyyatdan keçib, qanunlar çərçivəsində fəaliyyəti reallaşdırdığını iddia edə bilər. Bu effektivliyi təmin etmək məqsədilə dünya təcrübəsi və beynəlxalq təcrübəyə nəzər salmaq olar. Əgər bu halla əlaqədar qaydalar varsa, həmin qaydalar Azərbaycanda da tətbiq olunmalıdır. Amma hazırkı reallıqda repetitorluq nəzarətsiz fəaliyyət sahəsinə çevrilib. Bu  da narahatlığa səbəb olur. Çünki xidmətdən narazı qalan şəxslər bununla bağlı hara müraciət etmək lazım olduğunu bilmir. Yeni qaydaların tətbiq olunması bəzi məsələlərin həllində mühüm rol oynayacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar