Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: “Hər kəs öz işi ilə məşğul olmalıdır...”

Tarix: 07-05-2023 18:50     Baxış: 4338 A- / A+
Nadir İsrafilov

“Bir əldə iki qarpız” tutmağın fəsadları yəqin ki, çoxlarının yadından çıxmamış olar. Mən həm ali məktəblərdə dərs demişəm, eyni zamanda, həm də elmi fəaliyyətlə məşğul olmuşam. Bunun nə olduğuna öz təcrübəmdən yaxşı bələdəm. Bu gün dünya iqtisadiyyatı elmi biliklərə söykənən inkişaf xətti götürüb. Bu hal, bir çox aparıcı ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir. Odur ki, yalnız ölkədaxili sosial-iqtisadi tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə, qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur. Bütün inkişaf etmiş ölkələrdə elmlə təhsilin sintezi istiqamətində sistemli şəkildə bir neçə mərhələdə islahatlar aparılır. İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir. 
Bu sözləri tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov  bir sıra elmi müəssisələrlə ali təhsil müəssisələri arasında anlaşma memorandumları imzalanması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 
Ekspertin sözlərinə görə bir müddət əvvəl də "Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumu"nun imzalanması mərasimində nazirliyə tabe institutların rəhbərləri ilə ali təhsil müəssisələrinin rəhbərlərinin görüşündə universitet və elmi tədqiqat institutlarının əlaqəli şəkildə fəaliyyət göstərməməsi məsələsinə toxunulmuş, universitetin strukturunun elmi tədqiqat aparmağa imkan verməməsi,  onların daha çox tələbə cəlb etməyə istiqamətlənməsi məsələsinə toxunulmuş, universitetlərin tədqiqat institutları ilə birgə əməkdaşlığı ilə elmi tədqiqatlar yaradılması zəryrəti önə çəkilmişdi.
Yeri gəlmişkən, “bir əldə iki qarpız” tutmağın fəsadları yəqin ki, çoxlarının yadından çıxmamış olar. O qədər də uzaq olmayan bir vaxtlar rektorlarımızın demək olar ki, az qala yarısı deputat mandatına sahiblənib, Milli Məclisdə təmsil olunurdu. Yüksək çinli məmurlarımızın da böyük əksəriyyəti eyni zamanda ayrı-ayrı universitetlərdə dekan, kafedra müdiri və digər məsul postları tuturdular. Eyni vaxtda 3-4 vəzifə aparanlarımız olub. Bu mənada Nazirin təbirincə desək, “Bizim yanaşmamız ondan ibarətdir ki, magistratura proqramları birgə olsun. Məsələn, tələbə qəbulu Bakı Dövlət Universitetinə olsun, onun tədqiqat hissəsi isə şərti olaraq Fizika, Kimya İnstitutunda aparılsın. Yəqin ki, daha çox o istiqamətə doğru irəliləyəcəyik.”
Bəli, hər kəs öz işi ilə məşğul olmalıdır. Tələbə hazırlığına cavabdeh olan qoy mühazirəsini oxusun, tələbə hazırlığı ilə məşğul olsun, elm yolunu seçənlər isə müvafiq  institutlarda öz elmi tədqiqatlarını aparsınlar. Təhsil haqqında Qanunun müvafiq.maddəsinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsi,  magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. Bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi,  bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir.  Halbuki, belə təsnifat bir çoxlarına bakalavriat təhsilinın yarımçıq, kollec, “köhnə dildə” desək texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllərdə olduğu kimi ali təhsili bitirənlər kimi yanaşmağa “əsas” verib. Həmin vəziyyət eynilə təhsilin sonrakı səviyyələrində də təkrarlanır. Bu gün tədqiqat institutu adı almaq üçün real imkanları və nəticələri olan iddialı universitetlərimiz var. Sadəcə, alimləri elmi tədqiqatlara yönəltmək üçün imkanlar araşdırılmalı, maqistratura pilləsinə münasibətdə yanaşma tərzi dəyişdirilməlidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar