Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycandan Türkiyəyə tələbə axını AZALIR? - Zəlzələyə görə

Tarix: 06-04-2023 17:57     Baxış: 4330 A- / A+


Azərbaycandan Türkiyəyə tələbə axını AZALIR? - Zəlzələyə görə
Türkiyədə 50 mindən çox insanın ölümünə səbəb olan zəlzələnin xaricdən tələbə axınına mənfi təsir göstərəcəyi ehtimal olunur. Təhsil müzakirələrində bildirilir ki, Kahramanmaraş bölgəsində baş verən zəlzələ regionda da ciddi təşviş yaradıb və bu səbəbdən valideynlər övladlarını ali təhsil almaq üçün bu ölkəyə göndərməkdən çəkinirlər. 
 
Maraqlıdır, bu il zəlzələ səbəbindən Azərbaycandan Türkiyəyə tələbə qəbulu azalacaqmı? 
 
Mövzu ilə bağlı  danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib ki,zəlzələnin təhsilə heç bir təsiri olmamalıdır. Deputat bununla bağlı Yaponiya təcrübəsini nümunə göstərib.
 

 
"Ən çox zəlzələ olan ölkələrdən biri Yaponiyadır. Bu məntiqlə yanaşsaq, Yaponiyaya nə tələbə, nə də turist gedər. Kimin hansı ölkəyə istəyi varsa, ora da gedəcək. Zəlzələ proqnozlaşdırılan təbiət hadisəsi deyil. Zəlzələ baş verən ərazidə 10 illərlə təbiət hadisəsi baş verməyə bilir. Ona görə də, mən belə təbliğatın aparılmasının əleyhinəyəm. Təhsil sahəsində hər şeyin öz qaydasına düşəcəyini düşünürəm. Digər yandan iqtisadiyyatda da hər şey normallaşacaq. Kimsə oturub, yeni bir təbii fəlakəti gözləməməlidir. Yaxşı olar ki, qanuni şəkildə həmin ali məktəblərin elan etdiyi tələbə qəbulunun tələblərinə uyğun oxumağa getsinlər. Eyni zamanda zəlzələdən sonra Türkiyədə bütün binaların monitorinqi aparılıb. Əslində, monitorinq təkcə, Türkiyədə aparılımır, dünyanın əksər ölkələrində də belə yoxlamalar həyata keçirilir. Hələlik monitorinqlər pessimist notlardan ibarət deyil", - parlamentari bildirib.
 
Deputat vurğulayıb ki, Türkiyəyə təhsil almaq üçün gedənlərin bir sıra səbəbləri var:
 
"Səbəblərdən biri bizim ölkədə özəl ali təhsil sisteminə etimadın azalmasıdır. Ən aşağı bal toplayan tələbələr özəl universitetlərə müraciət edirlər. Digər yandan Türkiyədə təhsilin keyfiyyəti texniki, xüsusilə təbiət elmləri üzrə yüksəkdir. Humanitar elmləri də bura aid etmək olar. Öyrəniləsi təhsil sistemidir, çirkli təhsil sistemi yoxdur. Bu da insanları cəlb edir. Məzunların işlə təminatı ilə bağlı onlara zəmanət verilir".
 

 
Təhsil eksperti Nadir İsrafilov isə bildirib ki, zəlzələdən sonra ilk mərhələdə Türkiyədə təhsil alan tələbələrin və təcili köməyə ehtiyacı olan şəxslərin təxliyəsi həyata keçirilib.
 
"Xatırladım ki, belə bir hadisə 2020-ci ilin yanvarında da baş vermişdi. Türkiyənin Elazığ şəhərində baş vermiş təbii fəlakətdən sonra orada təhsil alan 102 azərbaycanlı tələbə xüsusi reyslə evakuasiya edilərək Bakıya gətirilmişdi. Hadisədən bir müddət sonra tələbələrin əksəriyyəti təhsillərini davam etdirmək üçün geri dönmüşdülər. Bu dəfə də belə olacağını düşünürəm. Hesab edirəm ki, Türkiyəyə təhsil üçün gedənlərin sayı azalmayacaq. Biz Elazığ zəlzələsindən sonra tələbə axınında azalma olmadığını gördük. Valideynlərin əlavə qayğısı isə danılmazdır. Onsuz da zəlzələdən asılı olmayaraq, övladları xaricdə təhsil alan bütün valideynlər qayğı içində olur. Bu, qürbət anlayışı, qəribçilik psixologiyası ilə bağlı məsələdir. Türkiyə universitetlərinin bir çoxunda minlərlə tələbələrimiz oxuyub və onlar diplomlarını tanıdaraq ölkəmizdə işləyirlər. İntensiv əlaqələrin bundan sonra da davam edəcəyinə şübhə ola bilməz", - deyə mütəxəssis vurğulayıb.
 
Qeyd edək ki, ötən ilin statistikasına əsasən 26 mindən çox azərbaycanlı tələbə Türkiyədə təhsil alır.(Modern.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar