Xəbər lenti
"ƏDƏBİYYAT BAZARIna sürüklənən bir gəncliyin ... "
Emil RASİMOĞLU
Həə…bunu yazmağın önəmli olduğunu düşündüm, əziz oxucu! Daha dəqiq desəm, kələfin ucunu itirmiş ədəbiyyat və ədəbiyyat adamlarının, qələm sahiblərinin mətbuatı piştaxtaya döndərib bazar açması və bu bazarda “qurbanlıq” gedən ədəbi gəncliyin (özləri də bilmədən) aldığı yazıqlaşmış görkəmi məni vadar etdi bunu yazmağa.
Bir az da dəqiq desək, növbəti dəfə məni o görkəmlə üz-üzə qoyan hamımızın tanıdığımız KULİS.AZ saytı oldu. Belə ki, artıq son günlər gedən virtual təbliğatdan hər birimizə bəllidir ki, KULİS.AZ saytı tərəfindən “BU MƏNİM HEKAYƏM” adlı müsabiqə elan olunub. Müsabiqənin şərtləri və gənc yazarların kütləvi şəkildə bu müsabiqəyə qatılması dediyim kimi, məndə bir daha BAZAR, PİŞTAXTA və QURBANLIQ təsvirini yaratdı. Öncə onu deyim ki, mən müsabiqəyə təqdim olunan (bir çox oxuduqlarım) mətnlərin bədii keyfiyyətindən söz açmayacağam (bu tamam başqa mövzudur).
Gəlirəm deyəcəyim əsas məsələyə. Belə ki, KULİS.AZ-ın bu addımından mətbu orqanlarımızın (demək olar əksər qəzet, jurnal, sayt, portal) ədəbi gəncliyə və ümumiyyətlə yaradıcılığa nə dərəcədə DIRNAQARASI yanaşması bir daha öz təsdiqini tapdı.
Belə ki, elan olunmuş müsabiqənin şərtlərindən göründüyü kimi, gənc istedadları başına toplayıb sonra da onları facebook səhifəsində LİKE (bəyəndim) axtarışına çıxarmaq əslində İSTEDADı bir LİKE-in səviyyəsinə endirib ucuzlaşdırıb cılızlaşdırmaq deyilmi ?! Yəni o mətbu orqanda (Kulis.az-da) bir ədəbiyyat adamı yoxdurmu mətnlərə bir yaradıcı qiyməti verə..?! Heç onu sözügedən sayt özü belə fikirləşməyib. Çünki bu addımda yalnız və yalnız məqsəd şəxsi maraqlara xidmətdən doğan reytinqin səviyyəsini artırmaq dayanır.
Axı görəsən, bu və ya bu kimi addımlarla bir reytinq səviyyəsini artıran mətbu orqan(lar) (nəinki Kulis.az) böyük bir ədəbi səviyyəsizlik, yaratdığının fərqindədirmi ?! Bəli, ədəbi səviyyəsizlik – ədəbi aşağılıq – ədəbi cılızlıq…! Axı bu günün ziyalısının, ədəbiyyatçısının açdığı bu və ya bu kimi “yol”larla hara gedir ədəbi gənclik.
Ədəbi inkişaf adı altında bir tərəfdən mütiliyə, köləliyə, bir tərəfdən pivəxanalara, bir tərəfdən tərif quyusuna, bir tərəfdən də ƏDƏBİYYAT BAZARIna sürüklənən bir gəncliyin, bir yaradıcılığın sonu uçurum deyilmi?! Vaxtın olanda düşün (əgər düşünə bilirsənsə), ay uçurum(lar) yiyəsi ( və ya yiyələri ).
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar