Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Yetərincə Sözün ətəyindən tutub yeriyən yazarlarımız var" - Təranə Dəmir yazır

Tarix: 08-07-2025 20:07     Baxış: 3356 A- / A+
                    Təranə Dəmir

   Keçmişlə  gələcəyin  arasında  ilişib  qalıb müasir ədəbiyyat. Nə keçmişdən  tuta  bilir , nə də  gələcəyə  adlamağı  bacarır.  Bir sözlə,  taleyi  sual  altındadı  indi  doğulan  yazıların. Söz  dəyərdən düşübmü, ya onu da dəyərdən salmağa çalışan qüvvələr var? Yoxdumu  sanballı, ürəkdən  tikan çıxaran  yazılar?  Var, əlbəttə. Mövzu  qıtlığıdımı? Xeyr. Yetərincə Sözün ətəyindən tutub yeriyən yazarlarımız var. Amma onlara  lazımınca  diqqət  və qayğı göstərilirmi? Meydan verilirmi  müqəddəs Sözə? Gün işığına  çıxmağa  qoyurlarmı bu nümunləri?  Yoxsa yazılanlar  elə  bir  ovuc  oxucu arasında  müzakirə  və  mübahisə obyektinə  çevrilir?  Hərdən  insanın  qarşısına  elə gözəl  ədəbi  nümunlər  çıxır ki,  onun bu çağacan  gün  üzünə çıxa bilməməsinə təəccüb edirsən. Sonra  bu işıqlı yazıların müəllifini  axtarırsan. Sevinirsən ki, nə yaxşı ədəbiyyat  hələ ayaq üstədi, diridu, təptəzədi.

Şair Zabil Pərviz  demiş  hamısı  ədəbiyyat  faktorudu, sözün əsl  mənasında  ədəbiyyatın özüdü. Amma  ortalığa  çıxmağa nə şərait var, nə də  auditoroya. Onların kölgəsində  cılız, sicilləmə yazılar  daha  sönük  və  dəyərsiz görünür.  Nə yazıq  ki, meydan da  onlara  verilir. Mətbu orqanları, kütləvi informasiya  vasitələri  onlara  işləyir. Əsl  sözsə itib  batır  beləcə. Bir növ Söz  bizdən  küsür.  İndiki  yazarlar  niyə  klassiklər kimi  tanına  bilmir? (indi  heç klassiklərimizi  də  tanıtmağa  imkan vermirlər) Əlbəttə  əsl  yazarlardan danışıram. Həmişə sual doğuran mövzudu. Eyni zamanda  adamı  narahat  edən  və düşündürən. Söz  bu qədərmi   cılızlaşıb  və  əhəmiyyətini  itirib?  Ya  təbliğat  əks  istiqamətdə  aparılır? Qayıdaq  bir  az əvvələ, lap  yaxın keçmişə. Biz ədiblərimizi  hardan tanıyırdıq? Evdə  birinci  valideynlərimiz ən böyük  təbliğatçı idilər. Körpəlikdən  ruhumuza  laylalarla , ninnilərlə sığal  çəkilirdi. Sonra  nənələrimizin, analarımızın  nağıllarıyla  baxırdıq  dünyaya. Xeyir  və şərin, işıqla  zülmətin  mübarizəsini izləyirdik  və həmişə işığın yanında dayanırdıq. İçimiz nurluydu  deyə  dünyanı da işıqlı  görürdük.  Uşaq ağlımızla  mühakimə edirdik  və inanırdıq  ki,  sonda  qalib tərəf  biz  olacağıq. Biz  böyüdükcə  Söz  bir az böyüdü  gözümüzdə. Ağlımız  kəsdikcə   Söz də  aliləşdi  bizimçün,   toxunulmaz  oldu. Çünki  birinci  növbədə bizə  sözə  ehtiram və hörmətlə yanaşmaq  öyrətdilər. Laylalarla , bayatılarla   böyüdükcə  içimizdəki  işıq  bir az da artdı. Əvvəlcə   elə, obaya, ataya, anaya, torpağa sevgini  öyrəndik  şeirlərdən, nağıllardan.  Kitaba  and  içdik ,  sözü   müqəddəs bildik.  

Demək burda da təbliğat  öz işini  görmüşdü. Orta  məktəbdə  müəllimlərimiz , evdə  valideynlərimiz  bizi  tərtəmiz  ruhda  yetişdirirdi.  Dərsliklərdən tanıdırdılar  bizə    klassiklərimizi  , şairlərimizi , yazıçılarımızı  , bütövlükdə  ədəbiyyatımızı. Özümüzü  əsər  qəhrəmanlarına  bənzədirdik .   Bir sözlə ədəbiyyat  bizə  yol yoldaşı oldu. Nizami Gəncəvini, Füzulini, Xaqanini, Səməd Vurğunu, Sabiri, Şaiqi, Bəxtiyarı,  Mirzə  İbrahimovu, Ordubadini  və  onlarla, yüzlərlə söz  adamlarını  kitablardan tanıdı , sevdik. Demək  xoşumuza gəlməyən  sovet  ideologiyasının da  işıqlı tərəfləri varmış. Cavidi, Əhməd Cavadı  , Müşfiqı  də   məktəb dərsliklərindən tanıdıq ,  oxuduq , düşündük, nəticə çıxardıq , öyrəndik, ən əaası   sevdik. Yəni  təbliğat  öz  müsbət  nəticələrini verdi. Kitaba məhəbbətlə , sözə ehtiramla  böyüdük. Bəs indi  vəziyyət necədi? Azadlıq  və müstəqqilik  dönəmində  hansı  şairləri  və yazıçıları  tanıyır  indiki  gənclik? Uşaqlar  ədəbiyyatı  və kitabı bizim kimi sevə bilirlərmi?   Bu boyda söz və  informasiya  bolluğunda  uşaqlar  , elə  gənclər  niyə bu qədər  sözdən , nağıllardan , şeirdən , nəğmədən uzaq düşüblər? Demək yetərincə  təbliğat  yoxdu  . İndi  orta  məktəb  dərsliklərinə salınan dırnaqarası  şeir  və hekayə  müəlliflərinin  əksəriyyəti  nə şairdinə də yazıçı. Yazdıqları da  sanun köpüyündən başqa  heç nə deyil. İndi  tanınmaqçun  söz yox , tapşırıq  və yaxınlıq əsas  rol oynayır. Təhsil  Nazirliyinin tərtib etdiyi  dərsliklərdə  məktəbliyə  aid  olmayan, cansız, nəfəssiz   yazılar  verilir. Müəllifləri  belə cəmiyyət tanımır. Şagirdi  həvəsləndirən , onun yaddaşında iz buraxan  mükəmməl  və  dünyəvi  mövzular  yoxdu. Heç bir  tərbiyəvi əhəmiyyəti  olmayan quru  söz yığınından ibarət  yazılar  yer alır  dərsliklərdə.  Axı Azərbaycanda yetərincə  söz adamı var. Niyə  onların yaradıcılığına  yer ayrılmır? Niyə qohumluq , dostluq , tapşırıq  sindromundan  çıxa bilmir  elmin, təhsilin başında oturanlar? Hamımızın yetərincə  vətənpərvərli, dostluq, torpaq, el -oba haqqında  yazılarımız  var. Hamısı  idrakımızın və düşüncəmizin məhsullarıdı. Niyə  birinə  yer  yoxdu bu kitablarda? Səbəb?  

    Şair-publisist Qəşəm Nəcəfzadə  bir neçə dəfə bu mövzuya  toxundu,  topa tutdular. Verdiyi  sualların hamısı  havada  qaldı. Biri də cavablandırılmadı. Dərsliklərə salınan materialların   böyük   qisminin ədəbiyyatla əlaqəsi  olmadığını dedi. Yazıların üstə (mən onların heç birini  ədəbi nümunə adlandıra bilmirəm) təhlillər  apardı, cavab gözlədi. Nəticəsi  oldumu? Yox. Bəlkə  meydanda  tək  gördülər  Qəşəm Nəcəfzadəni?  Bəlkə hamılıqla  səs salsaq  nəsə əldə etmiş  olarıq. Bu qədər  yazıçının, şairin  əsərlərindən seçib dərsliklərə  niyə  salınmır? Təkrar  edirəm  niyə  dostluq , qonşuluq və başqa  prinsiplərlə  işləyir  təhsilin  başında  oturanlar? Dərslyə salınan o cızmaqaralardan  məktəbli  nə öyrənəcək?  Niyə  bu qədər  söz  adamının əsərlərinə  bu qədər  biganə yanaşılır? Təbliğat  əks  istiqamətdə getdiyindən  oxucu -məktəbli  əsl  sözü tanıya  bilmir.  Nəticədə  zövqsüz  və savadsız  nəsl  formalaşır.  Bu  ədəbiyyatın  və bütövlükdə  cəmiyyətin  faciəsidi. Yazdıqlarım  kiminsə və ya  kimlərinsə xoşuna  gəlməyə  bilər. Bu təbii haldı. Amma susduqca  daha  dərin problemlər yaranır.  Bəlkə bu gün  gec deyil , amma  səhər  çox  gec  olacaq. Bu gündən  o yana  keçə  bilmirik. Belə getsə müasir Azərbaycan ədəbiyyatının çöküşünü  izləyəcəyik. Həyəcan  təbili  çalmağın  əsl  vaxtıdı. Böyük   Sözə  bu qədər biganə qalmaq olmaz. Axı hər zülmətin gecənin sonu işıqdı. Qaranlıq  nə qədər at  oynatsa da günəş onsuz da çıxacaq.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar