Xəbər lenti
Təranə Dəmirin "Yarımçıq duyğular"ı
Təranə Dəmir
YARIMÇIQ DUYĞULAR
Oyansa da yerinin içində qurcuxa-qurcuxa qalmışdı. Neynirdisə dura bilmirdi. Dünənki yorğunluq hələ canından çıxmamışdı. Ayaqları sızıldayırdı.axdı. 9-un yarısıydı. Düz 8 saatdı ki, yatırdı. Ömründə bu qədər yatmazdı. Gör necə yorulub ki, daş kimi düşüb qalıb. Gözlərini yumub açırdı.Yataqdan qalxmağı gəlmirdi. Bir az o üz bu üzə çevriləndən sonra yorğanı üstündən kənara atdı. Yorğun-yorğun durub yerinin içində oturdu.
Oturduğu yerdə boynunu, boğazını, kürəyini şaqqıldatdı. Sonra durub çəkələklərini ayağına keçirdi. Vanna otağına keçib əl-üzünə su vurdu. Ayaqları sızıldayırdı. Qollarını çəkicin altına qoyub əzmişdilər elə bil. Əynindəki gecə paltarını çıxarmağa belə ərinirdi. "Yox, gedim əynimi dəyişim. Qəfildən kimsə gələr. Belə qarşılamayacam ki".Sonra isti duşun altında dayanıb yuyunmaq keçdi könlündən. Suyun altına girdi. İsti su dəydikcə elə bil bədəninin ağrıları da xəfifləməyə başladı. Qəribə bir yüngüllük gəldi bədəninə.
...Heç suyun altından çıxmaq istəmirdi. Su dəydikcə bütün əzaları yumşalırdı. "Dirçəlirəm deyəsən. Yaxşı ağıl elədim". Düz bir saat beləcə qaldı.Vanna otağını buxar götürdü. Ürəyi sıxıldı bir az.
Qorxdu ki, başı gicəllənib yerə dəyər. Suyun altından çıxdı və tez mələfəyə bürünüb yataq otağına keçdi. Bədəni boşalmışdı. Otaqda yaxşı-yaxşı qurulanandan sonra xalatını əyninə keçirdi. Birdən iri, bədənnüma güzgüdə gözü özünə sataşdı. Yaş saçları sinəsindən aşağı tökülmüşdü. Saçlarının suyu ağappaq çiyinlərindən, qollarından üzüaşağı damcılayırdı. Yanaqları qıpqırmızı qızarmışdı.Yaşı 40-ı keçməsinə baxmayaraq çox təravətli və gözəl görünürdü. Özü özündən utandı.Tez xalatının düymələrini bağlayıb mətbəxə keçdi. Qazı yandırdı. Bazar gün idi. Bu gün əməllicə istirahət edəcəkdi. Dünən evi başdan ayağa təmizləyib səliqəyə salmışdı. Kirli paltarları yumuşdu, təmizləri ütüləmişdi. Hələ bir qazan kələm
dolması da bişirib qoymuşdu. Bu gün axşamacan dincələcəkdi. Heç şəhərə də çıxmayacaqdı. Özünə qulluq edəcəkdi.Təzə çay dəmlədi. Soyuducudan yağ, pendir, qaymaq, bal çıxatdı. İstədi yumurta da çala. Ərindi. Səhər yeməyindən sonra mətbəxi səliqəyə salıb qonaq otağına keçdi. Televizoru yandırdı. Diktor qızın tələmtələsik verdiyi xəbərlərə bir az qulaq asdıqdan sonra daha baxmağa hövsələsi çatmadı.Televizoru söndürüb telefonunu əlinə aldı. Mesaj qutusu doluydu. Baxmadı. "Eh, işi düşməsə kim yazar e. Bu gün yazışmaq da yox". Sonra
saytlardakı xəbər başlıqlarını oxudu. Ölkədə baş verən hadisələr, yeniliklər barədə məlumat aldıqdan sonra telefonu da qırağa atdı. Nədənsə heç nəyə marağı yox idi bu gün. Birdən qulağına səs gəldi. Kimsə qapını astaca döyürdü. "Kim olar bu vaxtı?" Durub ayağını sürüyə-sürüyə qapıya yaxınlaşdı. Gözlükdən baxdı. Heç kimi görmədi. Geri qayıtmaq istəyəndə yenə qapı döyüldü:
– Kimdi?
– Qonşudu. Sizə dəvətnamə gətirmişəm.
– Hansı qonşu?
– 6-cı mərtbədəki.
Yenə gözlükdən baxdı. Bu dəfə gördü ki, cavan oğlan əlində nəsə tutub dayanıb qapının ağzında. Diqqətlə baxdıqdan sonra tanıdı. Qonşu Sənəmin
oğluydu. Ərindən ayrıldığı üçün uşaqları anasının adıyla tanıyırdılar. Yəni "Sənəmin oğlu", "Sənəmin qızı" Qapını açdı.
– Salam. Anam sizi dekabrın 15 nə bacımın toy məclisinə dəvət edir,
Dilbər xanım.
– Salam. Çox mübarək. Xoşbəxt olsunlar.
– Çox sağ olun.
Sonra gənc tələsik sağollaşıb qaça-qaça aşağı düşdü. Görünür o biri qonşulara da dəvətnamə paylayacaqdı.
Qapını çəkib dəvətnaməyə ötəri nəzər saldı.
"Nağıl" şadlıq sarayının binası elə də dəbdəbəli olmasa da şəhərin orta və kasıb təbəqəsi çox vaxt toy etməkçün oranı məkan seçirdilər.Heç bilmirdi gedəcək, ya yox. Qonşunun qızı gözəl olsa da nədənsə yubanmışdı. 35 ya 36 yaşı olardı. Amma hələ evlənməmişdi. Heç nişanlı olduğunu
da bilmirdi.
"Görəsən kimlərdəndi? Kiminlə ailə qurur. Təki xoşbəxt olsun. Sağ əli başıma. "Ağlından keçirdiyi fikrə dodağı qaçdı". 40 dan sonra kim alacaq məni?
Heç cavan qızları alan yoxdu. Kimdi mənə yaxın duran? "Birdən-birə üzü düşdü, bayaqkı həvəsindən əsər-əlamət qalmadı.
...Dilbər şəhərin məşhur həkimlərindən biri Cavad Sahiblinin qızı idi.Elə anası da tanınmış pedaqoqdu. Aman zaman bir qızları vardı. Ona da istədikləri kimi böyüdüb tərbiyə vermişdilər, amma ərköyün etməmişdilər. Pulları, imkanları var deyə hər istədiyini yerinə yetirməmişdilər. Bir az sərt xarakterləri vardı rəhmətliklərin. O da dostları, rəfiqələri kimi həyat sürmüş, onlardan artıq heçnəyi olmamışdı. Bu mənada valideynləri çox ciddi idi və Dilbər də bundan qətiyyən narazı deyildi. Əksinə atasını da, anasını da çox sevirdi və heç vaxt onların sözündən çıxmırdı. Məktəbi medalla bitirdikdən sonra yüksək balla da universitetə daxil olmuşdu.
...Filoloq olmaq istəyirdi lap uşaqlıqdan. Anası kimi. Düzdü atası onu həkim görmək istəyirdi. Amma Dilbər ədəbiyyat, söz vurğunuydu. Ağlı kəsəndən ədəbiyyatla maraqlanırdı. Klassiklərdən tutmuş müasir dünya ədəbiyyatı ilə yaxından tanış olur, harda kitab görürdüsə alıb oxuyurdu. Bu istək, bu sevgi yəqin ki, anasından keçmişdi. Oxuduğu kitabları təhlil edir, müxtəlif nəticələrə gəlirdi. Obrazların diliylə danışır, özünü əsər qəhrəmanlarına bənzətməyə çalışırdı. Məktəbi bitirəndən sonra da qəti qərarı bu idi ki, ədəbiyyatçı olacaq, araşdırmalar aparacaq, tədqiq və təbliğ edəcək. Xəyalən özünü yüksək tribunalarda görürdü. Hər kəs onu alqışlayacaq, respublikanın adlı-sanlı alimlərindən biri olacaqdı.
Universitetə qəbul olanda da hamıdan çox anası sevinirdi. Elə atası da. Baxmayaraq ki, qızını ağ xalatda görmək istəyirdi. Qızı tələbə adını qazanmışdı. Bundan böyük uğur ola bilərdimi? Hətta dostu, tanışı başına yığıb qonaqlıq da vermişdi. İllərlə qızının arzuladığı qızıl saatı da alıb hədiyyə etmişdi. Saat indi də durur. Hər dəfə qoluna taxanda ilk gənclik illəri, atalı-analı günləri yadına düşür.
Hələ universitetə getdiyi ilk gün, ilk sevinc, ilk həyəcan heç vaxt yaddan çıxmaz. Atası da, anası da onunla idi. Dilbəri qapıdan içəri keçirib geri
qayıtmışdılar. Pillələri yuxarı qalxdıqca ayağı ayağına dolaşırdı. Elə bilirdi ki, hamı ona baxır. Hələ filologiya fakültəsinin işıqlı dəhlizindən keçmək həyəcanı vardı. Auditoriyada tanımadığı gənclərlə utana-utana salamlaşmışdı. Özünə yer edib oturandan sonrasa bütün həyəcanı, qorxusu uçub getmişdi. Min ilin doğması gəlmişdi hər kəs, hər şey ona. Hər kəsə gülümsəməyə başlamışdı. Hələ o qara
oğlan....
***
– Salam. Olar burda oturum?
Başının üstündəki qarayanız, hündürboy gənc oğlanı təpədən dırnağa süzdü:
– Salam. Əlbəttə.
Oğlan təşəkkür edib oturdu. Sonra adını, hansı məktəbi bitirdiyini soruşdu.
– Dilbər Sahibli. 22 saylı məktəbi bitirmişəm.
– Əhməd Nağızadə. 3 saylı internat məktəbini bitirmişəm. Uşaq evində
böyümüşəm. Adımı, soyadımı da anam qədər sevdiyim Adilə müəllimə verib.
"İnternatda böyüyüb. Yazıq".
Bilmədi nə cavab versin. Elə sakitcə:
– Lap yaxşı. Şad oldum. İnşallah bundan sonra hər şey gözəl olar.
– İnşallah.
Söhbətləri burda bitdi.Yəqin oğlan da hiss etmişdi ki, qız utanır və ona görə
də söhbəti davam etdirmədi.
Beləcə günlər keçdi. Yavaş-yavaş bütün tələbələr bir-birinə isinişdi, doğmalaşdı. Arada bir yerdə kinoya, teatra da gedirdilər. Bir növ qaynayıb
qarışmışdılar bir-birlərinə.
Əhməd yetim olduğu üçün və universitetə ən yüksək göstərici ilə qəbul olduğu üçün sinfin nümayəndəsi seçilmişdi. İşinin öhdəsindən də gözəl gəlirdi. Hamıyla mehriban və səmimi olmağa çalışırdı. Sonralar Dilbər öyrəndi ki, Əhməd dərsdən sonra çalışıb həm kirayə qaldığı evin pulunu ödəyir, həm də öz özünü dolandırır. Yaxşı oxuduğu üçün tələbə təqaüdü də alırdı. Bir növ zirək oğlan idi.
Dost olmuşdular bir-birilə. Bir gün Əhməd dərsin ortasında ona bir kağız uzatdı bə tapşırdı ki, indi açmasın, evdə oxuyar.
Maraq güc gəlsə də açıb oxumadı. Dərsin bitməsini gözlədi. Evə çatan kimi cibində gizləydiyi kağızı tələmtələsik çıxarıb oxumağa başladı: "Bəlkə də sənə qəribə gələr. Kimsəsizlər evində böyüyən bir yetim Cavad Sahibli kimi məşhur cərrahın qızına necə cürət edib bu sözləri yaza bilər axı? "Mən kim, o kim?" deyə də bilərsən. Amma mən həmişə cəsarətli və tutduğunu buraxmayan biri olmuşam. Nə olur-olsun heç vaxt fikrimdən daşınmamışam, yolumdan dönməmişəm. Mənimlə dostluq əlaqəsini kəsə də, dalaşa da, haqqımda dekanlığa şikayət də edə bilərsən. Atana deyib məni universitetdən qovdura da bilərsən. Hamısını gözə almışam. Amma ürəyimə hökm edə bilməzsən. Mən oxumağa gələndə özümə söz
vermişdim ki, başımı ancaq dərslə, işlə qatacam. Özümdən başqa heç kimim yoxdu. Ayaq üstə durmaqçun ancaq çalışıb vuruşmalıyam. Başımı heç nəylə qatmayacaqdım. Səni ilk dəfə görəndə fikirlərim bir-birinə qarışdı. O qədər gözəl, məsum və doğma göründü ki, elə bildim səni bir əsrdi tanıyıram. Öz özümə fikirləşdim ki, bu qızı mənim qarşıma Allah elə belə çıxarmayıb. Bu təsadüf ola bilməz. Gündən-günə
yaxınlaşdınürəyimə,həyatımın bir parçası oldun. Su kimi, hava kimi lap. Cavab verməyə də tələsmə. Amma mənə doğru, düzgün cavab verməyə çalış. Ürəyinin hökmüylə. Mənimsə ürəyim sənindi. İstəyirsən götür, istəmirsənsə vur daşlara çiliklə "Dilbər kağız əlində donub qalmışdı. Qəribə hislər bürümüşdü qəlbini. "Axı biz dostuq".Bəs sonra? Sonrası olmadı. Dilbər bütün universitetdə oxuduğu illər boyu Əhmədi danışdırmadı. Onun yanında da oturmadı daha, başqa yerə keçdi. Xalidin yanına. Sevgisini ayaqlar altına atıb tapdayan oğlanın. Əhməd bir də o söhbətə qayıtmadı. Elə uzaqdan-uzağa kəsilə-kəsilə qaldı. "Ürəyə hökm etməz olmaz" deyib qismətiylə razılaşdı. Sevgisini könlünə gömdü. Amma dərslərdən də yayınmadı. Dilbərsə ürəyini Xalidə verdi, amma sevdiyi oğlan o ürəyə sahib çıxa bilmədi. Ən yaxın rəfiqəsi Xavərlə ona xəyanət etdi. Eyni zamanda həm sevdiyindən, həm də ürəyinin sirdaşı bildiyi rəfiqəsindən ən ağır zərbəni aldı. Günlərlə, aylarla, bəlkə də illərlə özünə gələ bilməsə də toparlana bildi. Amma nəticədə güvəni, etibarı sarsıldı. Universiteti bitirib hərəsi bir tərəfə dağıldı. Dilbər də şəhərin ən mötəbər məktəblərinin birində dil-ədəbiyyat müəlliməsi kimi fəaliyyətə başladı. Sıx-sıx görüşməsələr də bir-birlərindən azdan,çoxdan xəbər tuturdular. Öyrəndi ki,
universitet rəhbərliyi təhsilini davam etdirməkçün Əhmədi hansısa xarici ölkəyə göndərib. Bütün oxuma, xaricdə qalma xərcini də dövlət öz öhdəsinə götürüb. "Halaldı ona. Savadlı oğlandı. Həm də ağıllı". Ürəyində özünü o ki var danlayırdı da Əhmədə etdiklərinə görə. Xalidsə Xavərlə ailə qurmuşdu. Başqa heç kim heçnə bilmirdi onlar haqda. Eşidəndə vecinə də olmamışdı. Əksinə yuxusuz gecələrinə, göz yaşlarına görə özünü o ki, var danlamışdı da. Anası, atası nə qədər arzu etsələr də Dilbərin toyunu görə bilmədilər. Ürəyincə adamlar çıxmadı qarşısına. Əvvəlcə atasını ürəktutmasından itirdi. O vaxt 30 yaşı olardı. Atasının vəfatından beş il sonra da anası beyin işemiyasından dünyasını dəyişdi.
Dilbər də qaldı bu dörd oraqlı mənzildə tək-tənha."Gör bircə dəvətnamə məni haralara apardı e. Nələri yadıma saldı". Darıxdı. Saata baxdı. 3 ə qalırdı. Durub çöl-bayır paltarlarından birini əyninə keçirdi, bir az saçlarını səliqəyə saldı. Xalasıgilə gedib fikrini dağıtmaq istədi. Həyətdə qapıbir qonşusu Atlazla rastlaşdı. Salamlaşdılar. Atlaz 50-55 yaşlarında kök, sarışın qadın idi. Çirkin olmasa da özünə baxan qadın deyildi. Üstbaşından pintilik yağırdı. 4 uşağı vardı. Hamısını evləndirib yerbəyer etmişdi. Oğluyla yaşayırdılar. Arada səsləri, küyləri gəlsə də keçinib gedirdilər. Dilbəri hər görəndə dilək-dua edirdi.
Elə indi kimi:
– Allah sənə də bir yaxşı yerdən qismət açsın. Sənəmin qızı da heç kimi bəyənmədi. Hərəyə bir mız qoydu. İndi yaxşı bir oğlana nişanlanıb. Toyu da edib götürüb aparacaq xaricə. Baxtında bir şey varmış.
– Bilirəm. Səhər mənə də dəvətnamə gətirmişdilər. Amma xaricdə yaşayacaqlarını bilmirdim. Allah xoşbəxt eləsin.
– Amin. Sağ əli başına.
– Çox sağ ol.
Atlaz ağzını açıb yenə nəsə demək istəyirdi ki, Dilbər onunla sağollaşıb yoluna davam etdi.Yoxsa axşamacan onun cəngindən qopa bilməyəcəkdi.
Yol gedə-gedə qonşu qızına bir xeyli dilək dua etdi və bu toyda iştirak etmək qərarına gəldi. Həm yaxşı qonşu idilər, həm qızın qəlbisınıq idi, həm atasızlığına, həm də elə özünün marağına görə. "Nə vaxtdı toya-zada getmirəm. Həm eynim açılar, həm də adam insan görərəm. Nə qədər ev-iş olar axı. Bir dəyişiklik olar mənimçün də".
Beləcə qonşuların da, elə Dilbərin də maraqla gözlədiyi toy günü gəlib çatdı. Hamı fikirləşirdi ki, görəsən Aysunun bəxti kimə açılıb? Axı yaxından-uzaqdan, elə qonşuların özündən də bu qıza elçi gedən çox olmuşdu. Qızsa heç kimə razılıq verməmişdi, anası demiş ağ atlı oğlanı gözləyə-gözləyə gəlib 35 yaşına çatmışdı. Xarici ölkələrdə bu normal hal kimi qəbul olunsa da burda insanlar ayrı cür
düşünür axı. Buranın adamlarının fikrincə qızın 18 yaşı tamam olan kimi evlənməlidi. Yoxsa ağlı kəsəndən sonra heç kimi sevməyəcək və ümumiyyətlə evlənməyəcək. Bəlkə də düz düşünürlər. Belə yaxşıdı? Bəlkə də yox."Yaxşı ki, şənbə gününə salıblar toyu. Yorğun olacam. Bazar günü yatıb dincələrəm".
Payız olsa da hava günəşli idi. Adamın ürəyi açılırdı. Yaxşı-yaxşı yuyundu. Bir stəkan pürrəng çay içəndən sonra yataq otağına keçdi, paltar dolabını açdı. Keçən il xalası qızı Nazlının toyuna aldığı paltarı çıxarıb kənara qoydu. Saçlarını qurutdu. Saat beşə işləyirdi. Bir azdan gəlinin dalınca gələcəkdilər. Qonşusu Atlazla gedəcəkdi toya. Sözləşmişdilər. Yavaş-yavaş hazırlaşmağa başladı.
Güzgünün qarşısına keçdi. Bir az üz gözünə əl gəzdirdi, saçlarını səhmana saldı. Yaxın adamların toyunda gözəllik salonlarına gedirdi. Belə qonşu, tanış toyunda isə özünə evdə çəki düzəm verirdi. Lazım bilmirdi məxsusi toya hazırlaşmağı. Bir də ki, hələ gənclik təravəti üstündəydi. Bəzənib evdən çıxanda hamının gözü onda olurdu. Ənlik kirşanı da çox sevmirdi. Təbiiliyi qoruyub saxlamağa çalışırdı.
İnkibator kimi bir-birinə bənzəyən, burnu dik, dodağı şişirdilmiş, saçları neçə rəngə salan qadınlardan heç xoşu gəlmirdi.
Saçlarının ağını da elə özünə uyğun boyayla örtürdü. Sadəliyi sevirdi.
Maşın siqnallarının səsinə xəyallardan ayrıldı. Pəncərənin pərdəsini aralayıb çölə baxdı. Oğlan evinin adamlarıydı.Gəlini aparmağa gəlmişdilər.
Maşınların hamısına qırmızı lent bağlamışdılar. Gəlin maşını diqqətini çəkdi. Elə də bahalı olmasa da təzə idi. Deyəsən maşını bəy idarə edirdi. Siqnal səsinə hamı pəncərəyə qaçmışdı. Üzbəüz binadakı pəncərələrdən baxan kim, həyətə düşüb tamaşa edən kim. Ürəyindən qəribə hislər keçdi. Gözləri doldu. Uşaqlıqdan adəti idi. Gəlin köçən qızların yerinə ağlayırdı. Necə olmasa ayrılıqdı. Doğulub boya başa çatdığın evdən, doğmalarından ayrılıb sənə tamam yad olan mühitə düşmək və buna alışmaq elə də asan deyil. Asan olsaydı boşanmaların sayı bu qədər artmazdı ki.
Lap bir-birlərini dəlicəsinə sevib evlənən gənclər də bir gün hər şeyi uçurub dağıdırlar. Uşaq da bağlaya bilmir heç onları. Dilbərə görəsə ailə
müqəddəsdi. "Nə olur olsun onu qoruyub saxlamaq lazımdı. Ailə oyuncaq deyil ki. Kiçik cəmiyyət qurursan və onu qorumaq da sənin borcundu.Qurmaq çətin, uçurmaq asandı". Fikirləşdi ki, ondan həm də yaxşı ana olar. Qismət. Bu fikirlərlənazik payız gödəkçəsini və çantasını götürüb evdən çıxdı. Qonşunun qapısını döydü. Qapını Atlaz açdı. Əməllicə bəzənmişdi. Saçlarını yığdırmış, üz-gözünü boyatdırmışdı. Bayram
kuklasına oxşayırdı. Parıltılı paltar geyinmişdi. Dilbərin dodağı qaçdı.
Nədənsə Atlazı sirk ustalarına bənzətdi.
– Salam. Hazırsansa düşək. Gəlini aparmağa gəldilər.
– Salam. Səninçün olsun. Necə görünürəm?
– Qəşəng. Özü verdiyi cavaba özünün gülməyi gəldi.
"Qəşəng ha...?"
Oğlan evi zurna qavalla yuxarı çıxırdılar deyə daha Dilbərgil aşağı düşmədilər ki, gələnlərə mane olmasınlar. Bir də ki, bəyi görmək marağı da vardı hər ikisində. Bilmək istəyirilər ki, heç kimi bəyənməyən qonşu qızın ürəyini oğurlayan bu igid kimdi. Əlində gül tutan, qara kostyumlu, hündürboy, qarayanız oğlanı (bəyi) görəndə Dilbəri sanki ildırım vurdu. "Əhməd? Bəy mənim ürəyini qırdığım, məhəbbətini çilik-çilik etdiyim kimsəsizlər evindən çıxdığı üçün bəyənib könül vermədiyim o qara oğlandımı? Taleyin işinə bax. Gör indi o hardadı, mən harda? O nəhayət ki, sevgisini tapdı. Gec də olsa. Mən qaldım ortalıqda". İçindən nəsə qopub düşdü sanki. Ağlamaqdan özünü zorla saxladı.
– Yaraşıqlı oğlandı yaşı ötsə də. Həm də ağıryana, centlmen.
Atlazın daha nə dediyinə məhəl qoymadan onu qapılarının ağzında qoyub öz mənzilinə keçdi.
Əl-ayağı soyumuşdu. Heç yerə gedəsi halda deyildi. Qısqanclıq qarışıq qəribə hiss bürümüşdü onu. "Heç yanımdan keçəndə mənə tərəf baxmadı da. Yəqin tanımadı. Axı çox dəyişmişəm. Yaşlanmışam. O isə bir az kökəlib, vəssalam. Yaraşıqlı olub əksinə. Üzündən bədbəxtə oxşamırdı. Xoşbəxt görünürdü. Yox bir mənim yasımı saxlayacaqdı". Bu fikirlərlə kresloda nə qədər oturduğunu bilmədi.
Hava qaralmışdı. Məhlədə sakitlik idi artıq. Gəlinə gələnlər də çıxıb getmişdi. Heysiz-heysiz durub otağın işığını yandırdı. Gözü güzgüyə sataşdı. Özünə yazığı gəldi. Bu otaqlar, bu sükut, bu təklik dörd tərəfdən üstünə hücum çəkdi və oturub hönkür-hönkür ağlamağa başladı.
BİR OVUC DUA
Bütün günü küçədə veyllənməkdən heyi qalmamışdı. Nimdaş ayaqqabısının söküyündən soyuq dolub barmaqlarını keyitmişdi. Elə əyni başı da tökülürdü. Nəyi təzə idi ki? Soyuq iliyinə işləmişdi. Hiss etdi ki, titrəyir. Siqareti də qurtarmışdı.
Pulu da yox idi ki, gedib bir qutu siqaret alsın. Səhərdən də heçnə yeməmişdi.
Aclıq bir yandan, soyuq da bir yandan lap kələyini kəsmişdi. Evə getməyə də həvəsi yox idi. Gedib neyləyəcəkdi. Neçə vaxt idi ki, işsizdi. Həyat yoldaşı da qızını götürüb atasıgilə getmişdi. Onların yanında da üzüqara idi. Heç arxalarınca getməyə də üzü gəlmirdi. Gedib nə deyəcəkdi? Heç özünü doyura bilmirdi, onları nəylə yedirib içirəcəkdi?" Allah zəmanənin üzünü qara etsin. Ailə, uşaq yanında da
xəcil olmuşuq".
Hava yavaş-yavaş qaralırdı.
Yolu keçib böyük bir ticarət mağazasının qarşısında dayandı. Bahalı, nömrəsi göz yandıran maşınların yanından sakitcə keçib əlini cibinə atdı. 7 manat pulu vardı. Bir beşlik, 1 manatlıq və iki 50 qəpik. Aclıqdan,yorğunluqdan da heyi qalmamışdı. "Bir az kolbasa, bir dənə çörək alaram. Puldan artıq qalsa üç-dörd dənə siqaret də (Siqareti dənəylə də satırlar) götürərəm". Bir az düşünəndən sonra qapıya yaxınlaşdı. Qapı öz özündən açıldı və sakitcə mağazaya daxil oldu. Burda hər şey adama gəl-gəl deyirdi. Piştaxtalar ağzınacan doluydu. Müxtəlif firmaların (yerli və xarici) məhsullarıyla qablaşdırılmış rəflərin yanından udquna-udquna keçdikcə qızını xatırlayırdı. "Görəsən ac deyillər? Xətrinə dəyən olmur ki?" Sonra
cibindəki 7 manatın haqq hesabını çəkməyə başladı. Qiymətlər gözünü yandırırdı. Fikri isə cibindəki pullarında qalmışdı. Əlləri cibindən utanırdı
sanki.Burnuna təndir çörəyinin ətri doldu birdən. Orta yaşlı qadınlar əllərində əlcək isti çörəkləri təndirdən çıxardıqca aclığı daha da güc gəlməyə başladı. Yadına nənəsi düşdü. Hər dəfə kəndə gedəndə nənəsi mütləq xəmir yoğurub təndirə çörək bişirərdi. Bacı-qardaş yığışardılar təndirin başına. Nənəsi çörəkləri teştə yığdıqca hərəsi bir yandan cumardılar çörəklərin üstünə. Əlləri yana yana kəsib yeyərdilər. Didik-didik edərdilər çörəyi. Heç nə deməzdi nənəsi. Qıraqdan baxıb gülümsəyərdi.
Sonra gedib motaldan pendirqarışıq şor da çıxarardı ki, isti çörəklə yesinlər. Şəhərin qalac çörəyini heç sevməzdilər (bərəkətindən iraq). Kövrəldi birdən-birə. Gözləri doldu...
Sonra kolbasaların qiyməti ilə maraqlanmağa başladı. Qeyri-ixtiyarı əlini cibinə atdı. İstilik basdı bircə anda onu. Narahatlıq keçirdi ürəyində. Sonra özünü ələ aldı. Satıcı qıza kilosu 5 manata olan kolbasadan 300 qram kəsməyi xaiş etdi.
– Bu məsləhətli deyil.Bu kolbasaları adətən adamlar it,pişikçün alır.Amma
yenə məsləhət sizindi.
– Elə bundan çəkin, xanım?
Sonra da ürəyində fikirləşdi ki, guya mənim itdən-pişikdən fərqim var ki?
Bir az da satıcı qızın qarasına asıb kəsməyə başladı. "Axı sənin nəyinə gərəkdi? Sənə nə deyirlər, onu da et də. Qudurmuşluğa bax. İtə-pişiyə kolbasa vermək olar?"
Satıcı qız kolbasadan 300 qram çəkib verdikdən sonra "nuş olsun" deməyi də yaddan çıxarmadı. Kolbasanı alıb bir dənə çörək də götürəndən sonra kassaya yaxınlaşdı. Burda da növbə idi. Əli, arabası dolu adamlar bir birinin ardınca dayanıb növbə gözləyirdilər. Fikirləşdi ki, görəsən bu adamlar pulu hardan tapır?
Bizə niyə qəhətdi? Sonra adamların üzünə, əlinə, ayağına, əyninə başına nəzər saldı. Tər-təmiz, səliqəli, ütülü paltarlardan hamı xoşbəxtə oxşayırdı. Amma zənni insanı yanılda da bilər. Bir az özünü də söydü ki, vaxtında oxuyub adam olmadı.
Anası yazıq nə qədər etsə də oxumadı. Qoşuldu Nəcibənin yetimlərinə avaralandı bütün günü. Axırı da bu. Oxusaydı bəlkə elə bu boyda mağazanın sahibi də olardı. Sahibi olmasa da babat iş verərdilər. Yavaş-yavaş adamlar seyrəldikcə növbəsi yaxınlaşırdı. Nəhayət növbə buna da çatdı. Əlindəki kolbasanı və bir ədəd zavod çörəyini kassirə uzatdı.
– 2 manat 26 qəpik.
Cibindən beşliyi çıxarıb qıza verdi.
Kassir qız pulu xırdalayıb artıq qalanını ona uzatdı. Elə ordaca pulu saydı. 2 manat 70 qəpik. 4 qəpik kəsmişdilər. Bir anda ağlından oğurlanan qəpiklər gəlib keçdi. Hər adamdan bu qədər (ən az) qəpik oğurlasalar bu pulları yığıb yığışdıra bilməzlər. Hələ bunun tərəzidə oğurluğu, qiymətlərin süni şişirdilməsi var. Yəni mədəni surətdə cibimizə girirlər. Mənim ölüm-zülüm qazandığım qəpiklər bunların cibinə gedir. "Haram xoşunuz olsun". Pulu cibinə qoyub aldıqlarını da götürüb çölə çıxdı. Hava elə gözəl gəldi ki, ona. Dərindən nəfəs aldı. Elə bil qəfəsdən çıxmışdı.
Paltosunun yaxasını qaldırdı. Qaranlıq bir az da artmışdı. Adamlar bir-bir, iki-iki mağazaya daxil olurdular. Birdən kimsə onu çağırdı. "Əmi, ay əmi. Allah yolunda mənə çörək pulu ver də". Arxasında 6-7 yaşlarında bir oğlan uşağı dayanmışdı.
Soyuqdan gömgöy göyərmişdi. Suyun içindəydi.
– Sənin atan,anan hanı?
– Atam xəstədi, anam da ölüb.
Birdən birə qızı gözlərinin önünə gəldi. Gözləri doldu. Bir uşağa, bir də
əlindəki sellafon torbadakı kolbasa çörəyinə baxdı.
– Al, oğlum, get evə. Hava çox soyuqdu. Donarsan. Yəqin atan nigarandı. Uşaq ğöyərmiş əlləriylə ona uzadılan torbanı qamarlayıb aldı və "Allah əvəzin versin, əmi" deyib qaça-qaça onun yanından uzaqlaşdı. İxtiyarsız başını qaldırıb göyə baxdı. "Görəsən Allah gördümü?" İçinə qəribə rahatlıq doldu və birdən yadına düşdü ki, siqaret almayıb. İstədi təzədən mağazaya girib siqaret alsın. Fikrindən daşındı.
Əllərini cibində gizlədib iri addımlarla özünü qaranlığın qucağına atdı.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar