Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Şairlik həyatın bütün fəlsəfəsini ilmə-ilmə qəlbə toxuyan sevgi sənətidir

Tarix: 10-04-2023 10:15     Baxış: 1342 A- / A+

                                            Nəsib Abid,  Vüsal Ağa


Böyük ingilis yazıçısı Anri Morua "Ağ və qara" romanında yazırdı ki, orta əsrlərdə, şairlərin 40 yaşından əvvəl kitab çap etdirməyi məqbul sayılmırdı.

Şairlik həyatın duyğularla aşıb daşan söz sənətidir.
Şairlik həyatın izahını realizə edən, könül sənətidir.
Şairlik həyatın bütün fəlsəfəsini ilmə-ilmə qəlbə axıdan sevgi sənətidir.
Duyğularla həyatı izah edən şairlərin Sözü keçərlidir hər yerdə..
Həyatı könül ehtizazı ilə dilləndirən şairlərin ruhu daima axtarışdadır.
Həyatda sevgi ilə ürəyi qidalandıran şairlərin qəlbi daima narahatdır..
Cavanlıq ömürdən keçən qırmızı bir həyat xəttidir.
Cavanlıq ömürdən keçən qaynar bir həyat biçimidir.
Cavanlıq ömürdən keçən həyatın çalxantılı maqmasıdır..
Həyatın qırmızı xətti onun olar-olmazlarının Xəzinəsidir.


Qaynar bir həyat yaşantısı insanın olub-bitənlərini üzə çıxardır. Yerin maqması kimi insan həyatının cavanlıq nüvəsi təəssüf ki keçicidir. Çağdaş şerimizin sıralarında öz poetik üslubu və həyat duyumu ilə seçilən Şairlərdən biri Vüsal Ağadır. Gənclik eşqi ilə yazıb-yaradan şairin poeziyasının həyat ruhu şairin istedadlı bir gənc Şair kimi ədəbi mövqeyini ortaya qoyur..

Şair, Sözə əkinçidir,
Əkdiyindən şe(i)r bitir.
Ay,  Sözün ilham Pərisi,
Mənə də bir, Səda gətir.

Bir Sözün xətrinə şair,
Torpaq qazar, Göyə qalxar!
Səmalarda, Aya dönər,
Yerə, Günəş kimi baxar!


Ana obrazı, Şairlərin ən çox sevdiyi həyat obrazıdır. Ana obrazı, Şairələrin ən çox hörmətlə yanaşdığı sənət obrazıdır. Ana obrazı, Şairlərin ən çox ilham aldığı gözəllik obrazıdır. Həyat obrazı kimi, Ana obrazı bəşəri bir obrazdır. Sənət obrazı kimi, Ana obrazı daima insanın daxili dünyasının izahını verir. Gözəllik obrazı kimi, Ana obrazı, daima sevginin həyat hikmətini özündə barındırır.
Vüsal Ağa nın həyat obrazı kimi yaratdığı Ana obrazı ilk növbədə bəşəri duyğuların ölməzliyinin obrazıdır. Şairin yaratdığı Ana obrazı gözəl yaradılmış həm sənət obrazı, həm də insani gözəlliyin həyat obrazı kimi dəyərlidir..


Ağlama, ay Ana, qurbanın olum,
Göydə,  Mələklər də, eşidir Səni!
Başını söykəmə soyuq məzara,-
Onsuz da, qəm-qüssə, üşüdür Səni !

Üzülmə, ay Ana, Allaha inan,
Bilirəm ağırdı, bir bala dərdi.
Bir də onu bil ki, gəldiyim məkan,
Hamının əbədi, gəldiyi Yerdi.


Şer ruhun könüllərə açdığı bir həyat qapısıdır. Şer ruhun qəlblədə axtardığı bir duyğu axışdır. Şer ruhun həyat sevdasının, həyat sevgisinin nəticəsidir .Könüllərə açılan həyat qapısı kimi, şerin həyat cazibəsini göstərən Sözün sehridir.
Duyğu axışı kimi hər bir şerin həyat hökmü ilə səslənmiş məntiqi var.Həyat sevdasının danışan dili kimi, şerin bir həyati-ruhi daşıyıcısı var.
Vüsal Ağa nın lirikasının həyati ruhi motivləri oxucuya həyati gözəllikləri daima platonik olaraq ortaya çıxarır..

Deyirəm,- ürəkdən süzülüb gələn,
Dildə  şəkər olan, -Söz nə gözəldir!
Qara qaş altından, yara yönələn ,
Naz ilə süzülən,- Göz  nə gözəldir!

Qapqara tellərdə, qızıldan daraq,
Sevda yollarına, nur saçan çıraq,
Aşiqə, sevgili yarından soraq,
Xoş xəbər gətirən, - iz nə gözəldir!

Sevgi şerləri yazmaq , könül dünyasının iztirablarını həyatla əlaqələndirməkdir.Sevgi şerləri yazmaq, könül dünyasının sevinclərini könüllərə axtarmaqdır. Sevgi şerləri yazmaq, həyatın platonik duyğularını acılı-şirinli həssasiyyəti ilə yaratmaqdır. Könül dünyasının həyatla əlaqlənməsi, İnsana həyatı sevdirir. Könül dünyasının sevinclərini həyata axtarmaq insanın həyat eşqini sağlamlaşdırır. Həyatın acılı-şirinli dünyasını verə bilmək mənəvi düçüncənin fəlsəfi ortaqlığını yaradır. Vüsal Ağanın lirikasının həyati fəlsəfəsi sevgi dünyasına qapı arxasından səsli ünsiyyət qurmaqla şərtlənir..

Yığışdıqca, Dərd bağrına,
Qəlbin alır, duman-çəni.
Ürək dözür hər ağrına,
Günahım yox, - sevdim Səni!

Mən sevdikcə, alışırdım,
Eşq oduna qarışırdım,
Sən küsəndə, barışırdım,
Günahım yox, - sevdim Səni!


İctimai məfkurəvi həyati düçüncə, insanın Dünyaya baxışını ifadə edir. İctimai məfkurəvi həyati düşüncə, insanın yaradıcı əməyini nəticəsi kimi qarşıya çıxır. İctimai məfkurəvi həyati düşüncə, insanın təbiətlə qarşılıqlı münasibəti aydınlanmasını ortaya qoyur. İnsanın Dünyaya baxışını müəyyən edən onun həyat duyğusallığının yaşam tərzidir. İnsanın yaradıcı əməyinin dəyəri, onun həyati kimliyinin göstəricisidir.
İnsanın həyat fərqliliklərini müəyyən edən, həm də onun bəsirətinin yanğılarıdır. Vüsal Ağa nın lirikasının ictimai-məfkurəvi xarakteri şairin sənət dili ilə üzə çıxır daima...


Gedibdir ərənlər, qalıb tüləklər,
İmansız ürəklər, gücsüz biləklər!
Yel kimi sovurub  haqqı , küləklər,
Çörəyin dadı itib, duzu çatışmır !

Həsrətdən gözləri toxdu, bu Xalqın ,
Evini namərdlər yıxdı, bu Xalqın,
Nadanı-əyrisi çoxdu, bu Xalqın,
Amma,- Ədaləti, Düzü çatışmır!


İnsan obrazı kimi, hər bir şairin öz sənət imici var.
İnsan obrazı kimi, hər bir ədəbi obrazın öz poetik rəngi var .
İnsan obrazı kimi, hər bir poetik obrazın öz həyatiliyi var ..
Vüsal Ağa nın həyat obrazları olduqca canlıdır.
Şairin  həyat obrazlarının cazibəli xarakteri var
Sənət obrazı kimi yaradılan obrazlarda, dünyəvi və bəşəri bir Ruh var..
Qadın obrazı, poeziyanın ən həyati obrazı olub həmişə...
Vüsal Ağanın yaratdığı  ümumiləşmiş həyat qadını obrazı öz fikir oluşumu ilə gözəl həyat obrazı olduqca kövrək duyğularla əhatə olunub..


Qadın da, hardasa şe(i)r kimidir,
Gözəl misraları, Hecaları var !
Hərdən, Məftun edən, - Sehr kimidir,
Hərdən də, içində acıları var  !

Baxar, ürəyinin gözüylə Qadın,
Görər, ürəyindən gəlib-keçəni.
Yüz fikir gətirər, özüylə Qadın ,
Şer tək yatmağa, qoymaz Gecəni!


Vətən şerləri  hər bir vətəndaş şairin poeziyasının həyat ruhunu göstərir.
Vətən şerləri, hər bir Sənət adamının könül dünyasının həyat işığıdır.
Vətən şerləri, hər bir şairin söz dünyasının özüdür.
Vüsal Ağanın lirikasının sağlam duyğularla həsbi-halı, olduqca möhtəşəm bir Vətən sevgisi ilə inşa olunub 
Şairin poeziyasının həyat fəlsəfəsinin izahını, onun Vətən şerlərində dərin həyəcan təbiiliyi ilə üzə çıxır..


Günəşin yanan yeri,
İgidlərin, qan yeri,
Bu millətin, şan yeri,
Yaşa, Azərbaycanım!

Bu, - məğrur çağın ilə,
Bu,- dürr torpağın ilə,
Ucal  - Bayrağın ilə
Qoşa, Azərbaycanım!


Vüsal Ağa öz ədəbi düşüncə tərzi olan Söz-sənət dünyası olan şairlərimizdən biri kimi həyatın izahını realizə edir lirikası ilə.
Şairin poeziyasının şeriyyəti də, həyati məfkurəsi də müasir həyatımızın duyğu və düşüncənin mərkəzində özünəməxsus yer tutur.
Vüsal Ağa nın poeziyasındakı şeriyyət və cazibəlilik şairin poeziyasının həyat ruhunu gələcəyə sağlam addımlarla daşıyır..

Sızlama, ay ürək! Göynəmə belə,
Hələ şimşək olub, çaxasıyam mən !
Hər nə demişəm, sısqa demişəm,
Hələ, leysan olub, yağasıyam mən !

Hələ, bu dünyaya, səfərim durur!
Hələ, gözlədiyim, hünərim durur!
Hələ, çalışmayan, zəfərim durur!
Hələ, könüllərə , axasıyam Mən!


Gözəllik sənətidir Poeziya sənəti..
Həyat sənətidir Poeziya sənəti.
İnsanlıq sənətidir Poeziya sənəti.
Vüsal Ağanın poeziyası, həyatın bütün fəlsəfəsini izah edən poeziyadır .
Vüsal Ağanın poeziyası, gözəlliyin həyat ahəngini sözlə kəşf edən ünsiyyətdir.
Vüsal Ağanın poeziyası, sevgi hissini qəlblərə daşıyan poeziya kimi möhtəşəmdir.
Gənc şair kimi Vüsal Ağanın qəlblərdə yuva quran poeziyası Sözün hikməti ilə həyatın gözəlliyi ilə baxır daima.
Uğurlar arzulayıram Şair qardaşıma..

 Nəsib Abid, müəllim-filoloq.
9 aprel 2023-cü il
Savalan.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar