Xəbər lenti
Yurd ağrılarından yurd vüsalına...
Malik Əhmədoğlu
O yerlərin bitmək bilmir həsrəti,
Neçə ildir dağ-daş bizi gözləyir.
Qartal kimi sevən varmı dağları,
O dağlara yoldaş bizi gözləyir.
Bu misralar tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Malik Əhmədoğlunun "Həsrətimin sonu gəlmir" kitabındandır. Malık Əhmədoğlu ilə tanışlığımın və yaxınlığımın bir 20 ilə qədər tarixi var, amma onun məni tanımasının tarıxı özünün dediyi kimi 35-40 ildən çoxdur. Mənim bu dəyərli şairimizlə yaxınlığımın təməli məhz "Dirili Qurbani" məclısində qoyulmuşdur. Yaradılmasının 18 illiyinə hazırlaşdığımız "Qurbani məclisi" ədəbiyyatımıza və poeziyamıza bir çox dəyərli söz adamları bəxş edib. Onlardan biri də haqqında söhbət açacağım Malik Əhmədoğludur.1968-ci ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub. Mənim ilk gənclik illərim və əmək fəaliyyətim Dağtumas kəndi və sovetliyi (o zamankı ifadə ilə) ilə bağlı olduğuna görə bu yerləri çox yaxşı tanıyıram. Malikin doğulduğu kənd Tumas dağının ətəyində meşəliklərlə əhatə olunmuş iki dağ sinəsinin arasında, yamaclarından diş göynədən təbii bulaqlar qaynayan gözəl, unudulmaq bilməyən havası olan bir məkan idi. Şübhəsiz ki,belə bir təbii gözəlliyə malik,ekoloji baxımdan çox əhəmiyyətli olan bir yerdə bəlkə də şair olmamaq mümkün deyil:
Səhərin küləyi könül oxşayır,
Paylayır ətrafa zümzüməsini.
Təbiət çıçəyin,gülün üstündə,
Gəzdirir sevgiylə xoş nəfəsini.
Malik müəllim uzun müddətdir-yarandığı gündən "Qurbani məclisinin "üzvü və təşkilati işlər üzrə rəhbərlərindən biridir. Bütün bu illər ərzində o özünü həm bir vətənpərvər şair-publisist, həm də təşkilatçı kimi göstərə bilmişdir. Onun "Ölməyə qoymayın ümidlərimi", "Bir də baxacaqmı gözüm dağlara", "Sevincim qəmim vətən", "Söz gərək deyilsin öz zamanında", şeirlər, "İtirilmiş ömür"- hekayələr və "Dağtumas şəhidləri" bədii-publisistik kitablarının yalnız bir qayəsi, bir mövzusu var: vətən, ana torpaq, yurd ağrıları, torpaq və şəhid itkiləri və bundan qaynaqlanan ağrı-acılar, bütün bu vətənpərvərlik duyğuları vətən sevdalısı M.Əhmədoğlunun yaradıcılığından qırmızı xətt kimi keçir. Poeziyanın əzəli və əbədi bir neçə mövzusu var ki, bu bütun şairlərin yaradıcılığında özünü göstərir: Bu vətən və sevgi mövzusudur. M.Əhmədoğlunun vətən sevdalı şeirləri onun dərdli-yaralı ürəyinin qəlbgöynədən duyğularıdır. Demək olar ki, biz hər gün onun adını çəkdiyimiz kitablarında, həm də sosial-şəbəkələrdə vətən sevgisinə köklənmiş şeirlərini oxuyuruq. 2020-ci il sentyabrın 27-si və noyabrın 10-na qədər olan şeirlərdə ab-hava başqa, bu müddətdən, yəni 44 günlük müharibədən sonrakı günlərdə yazılan şeirlərin ruhu bir başqa olsa da, bunların ümumi məcmusu vətənə, torpağa, elə-obaya məhəbbətidir:
Malik, gözlərində yurd salıb qubar,
Hər dərddən eylədin həyatda nübar
Od olub dünyanı yaxmağa nə var
Gözümdən getməyən külün dərdidir.
Vətən müharibəsindən sonra yazılan şeirlərin mövzusu bir olsa da təbii olaraq onların ruhu bam-başqadır. İgid Azərbaycan əsgərinin, dünyaya səs salan Azərbaycan Milli Ordusunun və müzəffər Ali Baş Komandanmızın artıq zərbi-məsələ çevrilmiş "Qarabağ Azərbaycandır!" ifadəsinin könülləri oxşayan xoş ovqatından sonra şeirlərin məzmununda bir yenilik, təzəlik, yüksək əhval-ruhiyyə özünü göstərir:
Gəlmişəm dağlara söhbət etməyə,
Cox sayda deməyə sözüm var mənim.
Qaya kölgəsində illərlə qalan,
Alışmaq istəyən közüm var mənim.
Ömür başa catır dərd hədəfində,
Unudub ziyanın daha nəfində,
Uzanan çöllərin hər tərəfində,
Ünvanı axtaran izim var mənim.
Bəli, şair o qayaların, düzlərin, şır-şır bulaqların, büllur kəhrizlərin hər birində hər birimizin izimiz,nəfəsimiz var,illərdir o iz, o nəfəs bizi gözləyir. Bir az da dözüm olsa hər şey düzələcək:
Malikəm, taleyin verdiyi dərdim,
Üst-üstə yığıldı çox sayda dərdim
Bu qədər dərdimdən çoxdan ölərdim.
Nə yaxşı canımda dözüm var mənim.
M.Əhmədoğlunun adını cəkdiyim kitablarını vərəqləsək orada yüzlərlə vətən, torpaq Cəbrayıl, Qarabağ həsrətli şeirlərə rast gələrik. Bu şeirlərin hər biri müəyyən bir hadisə, yaddaşa gələn düşüncə və ağrı-acılardan qaynaqlanmış şeirlərdir. Hələ neçə il öncə yazdığı "Cəbrayıl" şeirinin misralarına nəzər salaq:
Yenə yaraların qopdu qaysağı,
İçimi yandırdı közüm, Cəbrayıl!
Kədərdən, qüssədən qopa bilmirəm
Sevincin itirib sözüm, Cəbrayıl!
Malik necə dözsün de, həsrətinə,
Son qoydu ayrılıq səadətinə.
Bir gün layiq olub məhəbbətinə,
Sarılım boynuna özüm, Cəbrayıl!
Şairin illər öncəsi yazdığı bir neçə Qarabağ ünvanlı şeirlərindən birinə baxaq:
Bir vaxt sevinərdi, bir vaxt gülərdi
İndisə aglayan gözdü Qarabağ!
Həzm edə bilməyir bu qədər dərdi,
Dillərdə ən acı sözdü Qarabağ!
Malik, bu dərdlərə dözmək çətindi,
Sınmayan qamətlər bu dərddən sındı.
Zəfər tonqalıdır həsrəti indi
Bir nəfəs gözləyən közdü Qarabağ!
Bu şeirlərin hər birində şair torpağa, elə-obaya dönəcəklərini xüsusilə vurğulayır və buna böyük inamla özünü də oxucusunu da inandırır. Və inandıq, hamımız inandıq ki, artıq bizim Qarabağımız zəfər soraqlı oğullarımızın qəhrəmanlığı ilə geri qaytarıldı.
Poeziyamızda ən çox önəmli yer tutan poetik mövzulardan biri də "Dağlardır" elə bir şair tapa bilmərik ki, o öz yaradıcılığında dağlara xitab etməsin. Bunun ən başlıca səbəbi isə aydındır: Dağlar dolayısı və elə birbaşa yolla vətənin rəmzidir. Sən dağları vəsf edirsənsə, deməli vətəni tərənnüm edirsən. Malikin dağlara həsr etdiyi şeirləri birbaşa vətənə həsr olunmuş şeirlərdir, sadəcə olaraq burada söz, ifadə, müraciət dağlara ünvanlanır:
Eldən ayrı soldu ömrüm,
Ağla məni ağla, dağlar.
Tənhalaşan bu ruhumu
Vüqarına bağla dağlar.
VƏ YA:
Tənhalıq görməsin kimsə dünyada,
Bu ağrı evini yıxdı dağların.
Elini itirib yalqızlıq görmək,
İllərlə qəlbini sıxdı dağların…
Yuxarıda qeyd etdiyim kimi dağlar təbiətin insanlara bəxş etdiyi ən gözəl və əvəzsiz bir nemətdir. Dağ havası sağlamlıq və gözəllikdir. M.Əhmədoğlunun şeirlərində təbiətin bu ecazkar gözəlliyi, xüsusilə onun doğulduğu bölgənin al səhərləri, işıqlı gündüzləri, güllü-çiçəkli çölləri, al-əlvan tarlaları böyük məhəbbətlə tərənnüm edilir. İnanırıq ki, M.M.Əhmədoğlu tezliklə gözəl Qarabağımızın bənzərsiz gözəlliyə malik Dağtumas dağlarını və meşələrini öz bədii poetik lövhələri ilə vəsf edəcək, yeni-yeni əsərlərini yaradacaqdır.
Qarabağ münaqişəsini mənfur düşmənlərimizin amansız Qarabağ müharibəsinə çevirdikləri Qarabağ savaşı Azərbaycanın bütün ailələrinə müxtəlif dərəcəli itkilər, dağıntılar, fəlakətlər gətirdi. Bu müsibət Malikin də ailəsindən yan keçmədi. I Qarabağ savaşında qardaşı Zöhrab Məmmədov Cəbrayıl uğrundakı döyüşlərdə qəhrəmanlıqla şəhid oldu. Üstəlik Malik müəllimin 20-yə yaxın qohum-əqrəbası bu döyüşlərdə şəhid oldu, itgin və girov düşdü. Bütün bunlarla bağlı onun "Dağtumas şəhidləri" publisistik kitabında geniş məlumat verilsə də, onun poeziyasının əsas mövzularından biri də elə şəhid şeirləri, şəhid ağrıları, Xocalı, Şuşa faciələri ilə bağlıdır:
Düşmənin önündən dönmədi geri,
Sonadək meydanda durdu şəhidlər.
Döyüş dəftərinə öz möhürünü,
Qanıyla canıyla yazdı şəhidlər.
Vətənin alınmaz qalasına çevrilən igid döyüşçülər, şəhidlər haqqında nə qədər əsərlər şeir və poemalar, musiqi əsərləri yazılsa yenə də azdır. Çünki onlar bu döyüşlərə gedərkən ölümü canla-başla qəbul edib getmişdilər. O cümlədən M.Əhmədoğlu qardaşı Zöhraba həsr etdiyi şeirdə yazır:
Şəhidlik yolunu seçdin əbədi,
Qoynuna baş qoydun ana torpağın.
Bağlamaq olmadı yaralarını,
Bələndi bir anda qana torpağın.
Onun digər bir şeiri "Anam necə ağlamasın" adlanır. Burada şair öz anasının timsalında bütün anaların dərdinə yanır onlara sanki təsəlli olur, onları əzizləyir:
Ürəyində bala dağı
Anam necə ağlamasın?
Görə bilmirsə torpağı
Anam necə ağlamasın?
…Malik, dözmək olmur dərdə,
Tükənibdir səbirlər də.
Yetim qalıb qəbirlər də,
Anam necə ağlamasın?
M.Əhmədoğlunun vətənpərvərlik şeirləri içərisində Xocalı faciəsinə həsr olunmuş bir neçə şeiri vardır. Bu şeirlərin hər birində müəllifin vətən yanğısı, günahsız insanların başına gətirilən amansız və heç bir insanlıq qanunlarına sığmayan əməllərini təsvir etdiyi göstərilir:
Cəsədlər yan-yanadır,
Bu dərd bizi sınadı,
Baxdım ürək qanadı,
Qədərinə Xocalı
Yolu yağı bağladı,
Ürəkləri dağladı,
Azərbaycan ağladı,
Xəbərinə Xocalı.
-deyir və şeiri nikbin notlarla bitirir:
Qisasını alarıq,
Dünyaya səs salarıq,
Bir gün şahid oıarıq
Zəfərinə Xocalı.
Poeziyanın əbədiyaşar mövzulardan biri də sevgi şeirlərdir. İnsanı yaradan da, yaşadan da, onu ən xoş əməllərə səsləyən və aparan da sevgi-məhəbbətdir. Hər bir şair poeziya kəhkəşanında özünün sevgi yolunu da tapır. M.Əhmədoğlunun da yüzlərlə sevgi-məhəbbət şeirləri var. O, burada sevgilisini gah dağlar qoynunda, qaynar bulaqların gözündə, allı-güllü yaylaqlarda, lalələrin, nərgizlərin əhatəsində tərənnüm edir:
Malik, məhəbbətə bələ ömrünü,
Sevgisiz keçməsin ömrün bir günü.
İstəməz sahildə görə özünü,
Sevgi dənizində üzən ürəklər.
Və yaxud:
Səni itirməyim nə verdi mənə,
Qazancım həyatda hicranın oldu.
Yaddaşa ömürlük həkk olan yenə
Gülüm, bu dünyada son anın oldu.
Bu səpkidən olan bir şeirində isə şair deyir:
Hər zaman hicranı günahkar bilib
Arzusu gözündə qalan sevgilər.
Leylisin itirib Məcnuna dönüb
Meylini çöllərə salan sevgilər…
M.Əhmədoğlunun şeirlərinin bədii siqləti, bədii emosional təsir dairəsi də çox qüvvətlidir. "Həsrətimin sonu gəlmir" kitabındakı şeirlərin əksəriyyəti qoşma və gəraylılar, digər ənənəvi şeirlərdir. O cümlədən kitabda poeziyamızda az müraciət olunan divani şeir forması da vardır ki, bunlar şairin şeirlərindəki orijinallıqdır. Eyni zamanda şeirlərdə işlədilən bədii təsvir və ifadə vasitələri şeirləri daha oxunaqlı edir və təsirini artırır
Kitabda "Həsrətin Bəzz qalası" poeması da yer almışdır. Poema Malik Əhmədoğlunun Cənubi Azərbaycana səfər edərkən orada Bəzz qalasını-Babək qalasını ziyarət etməklə bağlı müəllifin lirik düşüncələrindən qaynaqlanmış gözəl bir lirik poemadır. Bayatı tez əzbərlənən, mütəhərrik və yaddaqalan bir janr olduğuna görə şübhəsiz ki əksər şairlərin yaradıcılığında yer almışdır. M.Əhmədoğlunun kitabında iri həcmli bir bölməni əhatə edən bayatılar demək olar ki, bütün mövzuları əhatə edir. Ağrı-acı, nakam sevgi, vəfasız dost, qarı düşmən, etibarsızlıq, vətən, hicran bu bayatıların məğzini təşkil edir.
Dəyərli şairimiz M.Əhmədoğluna yeni yaradıcılıq uğurları arzulamaqla bərabər, istərdim ki, o bundan sonra yurd vüsalına köklənmiş yeni əsərləriylə könlümüzü dönə-dönə şad eləsin!
Tariyel ABBASLI, filologiya üzrə fəlsəfə doktoru

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar