Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən qədim mumiyaları tapıldı

Tarix: 01-05-2019 21:50     Baxış: 3199 A- / A+
Dünyanın ən qədim mumiyaları tapıldı

Çilidə yerləşən dünyanın ən quraqlıq ərazisində - Atakama səhrasında eramızdan əvvəl 7-5-ci minilliyə aid olan qədim mumiyalar aşkar edilib.


Manevr.az
xəbər verir ki, burada yaşamış Çinçorro qəbiləsinə aid olduğu ehtimal edilən bu mumiyaların yanında keramika məmulatları da tapılıb. Bu arxeoloji tapıntıların tarixinin Misir ehramlarında olan mumiyalardan ən azı 2 min il qədim olduğu bildirilir.

Arxeoloqlar qeyd ediblər ki, cəmiyyətin elitasını – firon ailəsinin üzvlərini mumiyalayan misirlilərdən fərqli olaraq, Çilidəki bu böyük qəbilədə dulusçuları və digər sadə insanları da bu prosedurdan keçirirmişlər. Bu tapıntılardan sonra Çilinin hakimiyyət strukturları onların Dünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün UNESKO-ya müraciət edəcəklərini bəyan ediblər.

Azapa vadisindəki San-Miquel kəndində tapılan mumiyalar və digər tapıntılar ölkədəki Arxeologiya Muzeyinə təhvil verilib. Onların nümayiş etdirilməsi ilə paralel olaraq, mumiyalar üzərində elmi tədqiqatlar da aparılır. Çilili alimlər mumiyaların hazırlanması zamanı matəm ayinlərinin icra edildiyi əşyaları da qiymətli və nadir arxeoloji tapıntılar kimi dünyadakı həmkarlarına təqdim edəcəklər. Bundan başqa, yerli hakimiyyət orqanları Çinçorro qəbiləsinin yaşadığı yerləri turizm məkanına çevirmək niyyətindədir.kult.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar