Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ-ın Qarabağ həmləsinin qarşısı necə alınır? – Şərh

Tarix: 03-02-2019 13:20     Baxış: 2250 A- / A+
ABŞ-ın Qarabağ həmləsinin qarşısı necə alınır? – Şərh


ABŞ-ın Qarabağ münaqişəsinin həlli üçün etdiyi həmlələr hər zaman Rusiyanın antihəmlələri ilə qarşılaşıb. Belə ki, 2000-ci ildə ABŞ həmləsinə cavab olaraq, Ermənistan parlamenti gülləbaran edildi, hazırda isə ABŞ-ın təşəbbüslərinə qarşı Ermənistana Rusiya tərəfindən “kökə və qamçı” siyasəti tətbiq edilir.

Manevr.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Dağlıq Qarabağ ətrafında sülhyaratma prosesində irəliləyişlərin qarşısını alınmasında hər zaman Rusiya fəallıq göstərib və nəticəyə də nail olub:

“Sülhyaratma prosesində ilk həmlə ABŞ-ın təşəbbüsü ilə 1998-2000-ci illəri əhatə edir. Həmin vaxt ABŞ-ın o zamankı dövlət katibinin səlahiyyətli nümayəndəsi Bakı-İrəvan-Vaşinqton arasında daim səfərlər edərək, tərəflərin sülhə meyillənməsi və kompromislər hesabına sülhə nail olunmasına gətirib çıxaran razılaşmalar əldə edə bilib. Bu razılaşmalar 2000-ci ildə ATƏT-in İstanbulda keçirilən zirvə toplantısında imzalanmalı idi. Amma bu proses yarımçıq qaldı. Beləliklə, “ABŞ-ın birinci həmləsi” adlandırılacaq bu həmlə nəticəsiz qurtardı. Bunun əsas günahkarının o zamanlar Rusiya olduğu ehtimal edilirdi. 2000-ci ildən sonra bölgədə sülhyaratma prosesi ilə guya Rusiya məşğul olmağa başlayıb. Putinin prezidentliyə gəlməsi ilə ABŞ-ın postsovet məkanındakı fəallığı heçə endirildi. Nəticədə Dağlıq Qarabağ problemi ilə məşğul olmaq Rusiyanın inhisarına keçdi. Rusiya bir neçə dəfə bu problemin həlli ilə bağlı prezidentlərin görüşünü və buna bənzər müxtəlif imitasiyalar etdi. Bu imitasiyalar Kazanda, Sankt-Peterburqda, Moskvada baş tutsa da, danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə nəticəsiz bitdi”.

Politoloq vurğulayıb ki, ABŞ 2018-ci ilə qədər proseslərdən kənarda qalsa da, süni surətdə irəliləmələrin qarşısı alındığı bu prosesə yön vermək üçün artıq yenidən təşəbbüslər göstərməyə başlayıb:

“Bu təşəbbüslərdə onu dünyanın inkişaf etmiş 7 ölkəsinin nümayəndələri (“Böyük yeddilər”) də müdafiə edir. ABŞ 2018-ci ildən qəti surətdə problemin həll olunmasını nəzərdə tutan diplomatik səylərə start verib. Çünki ABŞ başa düşür ki, postsovet məkanındakı bütün münaqişələri, ilk növbədə Dağlıq Qarabağ problemini həll etmədən burada Rusiyanın nüfuzunu sarsıda biləcək addımlar atmaq mümkün olmayacaq. Ona görə də bu problemin həllinə girişməyi məqsəd kimi qarşısına qoyub. Dağlıq Qarabağ münaqişəsi həll edilsə, bu, postsovet məkanındakı digər münaqişələrin də həllinə stimul verəcək. Məhz ABŞ-ın təşəbbüsü ilə Avropa Parlamenti, Avropa Şurası Parlament Assemblyası, NATO-nun zirvə toplantıları 2015-ci ildən başlayaraq, Azərbaycanın ərazi bütövlüyü barəsində kifayət qədər cəsarətli bəyanatlar irəli sürüb. ABŞ dünya ictimai rəyini bu tezis ətrafında formalaşdırmağa çalışır”.

Politoloq qeyd edib ki, tərəfləri sülhyaratma prosesinə meyilləndirmək üçün ardıcıl təşəbbüslər irəli sürülür:

“Amma bu məsələlərdə aparıcı rolun yenə də ABŞ-a məxsus olduğunu hiss etdikdə Rusiya təlaşa düşür və yenidən Ermənistana qarşı təzyiqlər edir. Buna misal olaraq, Karasinin bu günlərdə İrəvana səfəri, Paşinyana güclü təzyiqlər göstərilməsini deyə bilərik. “Kökə və qamçı” siyasəti, yəni əvvəl təzyiqlər, daha sonra Ermənistana hərbi yardımlar göstərilməsi, Su-30 təyyarələrinin veriləcəyi ilə bağlı vədlər yenidən ABŞ təşəbbüsünə qarşı Rusiya tərəfindən əks həmlələrin başladığını deməyə əsas verir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar