Sizin Reklam Burada
Xəbər lenti
28-11-2026
27-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ukraynanın dövlət borcu rekord həddə çatdı

Tarix: 29-11-2026 10:12     Baxış: 326 A- / A+
Ukraynanın dövlət borcu 235 milyard dollara çatıb.
Manevr.az xəbər verir ki, bu barədə TASS respublikanın Maliyyə Nazirliyinə istinadla məlumat yayıb.
Nazirliyin proqnozlarına görə, cari ilin sonunadək bu göstərici təxminən 240 milyard dollara yüksələcək.
2026-cı ilin sonunadək borcun həcminin təxminən 240 milyard dollara, 2027-ci ilin sonunadək isə proqnozlara əsasən, ən azı 290 milyard dollara çatacağı gözlənilir. Bu isə o deməkdir ki, 2026-cı ilin sonuna hər bir vətəndaşın payına 8,5 min dollar, 2027-ci ilin sonuna isə təxminən 10,4 min dollar dövlət borcu düşəcək.
Maliyyə Nazirliyinin hesablamaları faktiki olaraq tələb olunacaq əlavə borclanmanın həcmindən aşağı ola bilər. Hazırda Kiyev hərbi xərclərin qarşılanması üçün Avropa İttifaqından əlavə 27 milyard dollar vəsait istəyir. 2027-ci ildə isə ölkəyə daha 70 milyard dollar lazım olacaq.
Maliyyə Nazirliyinin məlumatına görə, avqustun sonuna dövlət borcu təxminən 215 milyard dollar təşkil edib, sentyabrda 223 milyard dollara, noyabrda isə 227 milyard dollara çatıb. İlin sonuna borclanma səviyyəsinin artması növbəti ilin yanvar-fevral aylarında həyata keçirilən ənənəvi maliyyələşdirmə ilə əlaqədardır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar