Sizin Reklam Burada
Xəbər lenti
19-11-2026
18-11-2026
BÜTÜN XƏBƏRLƏR

Qız həqiqəti gizlətdiyi üçün toy ləğv edildi - Kosmik tədqiqatlar üzrə alimi necə aldadıblar?

Tarix: 19-11-2026 21:42     Baxış: 325 A- / A+
Hindistanda kişi gələcək həyat yoldaşının işlədiyi yer barədə həqiqəti gizlətdiyini öyrəndikdən sonra evlənməkdən imtina edib.

Qadın dövlət qulluqçusu olduğunu bildirsə də, müvəqqəti müqavilə əsasında işlədiyini açıqlamayıb.

Bəyin dostu deyib ki, o, gələcək həyat yoldaşı ilə tanışlıq tətbiqi vasitəsilə tanış olub. Qadın özəl kolleci bitirib və dövlət qurumlarından birində işləyib. Tanışlığın ilk mərhələsində o, potensial həyat yoldaşının maaşı ilə maraqlanıb və öz tələblərini sadalayıb. Qadın maddi təminatı yaxşı olan, şəxsi mənzili və avtomobili olan, həmçinin boyunun hündür olması arzuolunan bir kişi axtarırmış.

Bəy isə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) alimi olub. O, nüfuzlu kollecdə mühəndislik təhsili alıb, daha sonra xaricdə magistratura pilləsini bitirib. Dostunun sözlərinə görə, kişi yaxşı qazanc əldə edir və heç nəyə ehtiyac duymurmuş. Bununla belə, boyu təxminən 165 santimetr olub, halbuki qadın daha uzunboylu kişilərə üstünlük verirmiş.

İlk vaxtlar tanışlıq uğurla davam edib, hətta ailələr nişan mərasiminin tarixini də müəyyənləşdiriblər. Lakin sonradan bəyin qohumları qadının müvəqqəti müqavilə əsasında işlədiyini öyrəniblər. Bundan sonra kişi evlənməkdən imtina etmək qərarına gəlib.

Şərh yazanların çoxu bəyin qərarını dəstəkləyib və hesab edib ki, belə bir məlumatı toydan əvvəl gizlətmək olmaz. publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar