Xəbər lenti
Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsalı üçtəkərli mikromodel üçün 40-60 min funt-sterlinq arasında qiymət proqnozlaşdırılır.
Cəmi 137 santimetr uzunluğunda və 106 santimetr enində olan zeytun yaşılı avtomobil cəmi bir nəfər və bir alış-veriş çantası üçün nəzərdə tutulub. Avtomobilin arxa ötürücü pilləsi olmadığı üçün sürücü geriyə hərəkət etmək məqsədilə arxadakı xüsusi tutacaqdan tutaraq nəqliyyat vasitəsini əl ilə qaldırıb çevirməlidir. Şəhər içi istifadə üçün dizayn edilən bu mikromodel 49 sm³ həcmində mühərriklə təchiz olunub və maksimum 64 km/saat sürət yığır.
1962-1965-ci illər arasında cəmi 50 ədəd istehsal olunan "Peel P50" modelindən günümüzə 30-dan az nümunə çatıb. 1964-cü ildə 199 funt-sterlinqə (hazırkı alıcılıq qabiliyyəti ilə təxminən 3635 funt) satılan bu nəqliyyat vasitəsi nadirliyinə görə dövrün bir çox klassik Britaniya idman avtomobillərindən daha baha qiymətləndirilir. Hərraca çıxarılacaq nümunə 1964-cü ildən bu ilin əvvəlinə qədər Finlandiyada orijinal vəziyyətdə saxlanılıb. Satış 14 noyabr tarixində baş tutacaq. oxu24.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
İdman
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































